"Mavi bölgələr"də yaşayan insanlar həqiqətən daha uzunömürlüdür?

"Mavi bölgələr"də yaşayan insanlar həqiqətən daha uzunömürlüdür?İllərdir "mavi bölgələr" adlanan ərazilər burada yaşayan insanların daha uzun və sağlam ömür sürdüyünə dair xəbərlər və araşdırmalarla diqqət mərkəzindədir. Okinava (Yaponiya), İkariya (Yunanıstan), Olyastra (Sardiniya) və Nikoya (Kosta Rika) kimi bölgələrin sakinləri təbii hərəkətə əsaslanan həyat tərzi keçirir, stres azaldan gündəlik vərdişlərə sahib olur, əsasən bitki mənşəli və şüurlu qidalanır, orta miqdarda spirtli içki qəbul edir, güclü ailə və sosial bağlar qururlar. Alimlər hesab edirlər ki, bu ümumi vərdişlər həmin bölgələrdə uzunömürlülüyə əhəmiyyətli dərəcədə töhfə verir.

Bəs mavi bölgələrin sakinləri həqiqətən daha uzun yaşayır? Yoxsa bu iddialar elmi faktlardan çox, bir mifdir?

Mavi bölgələr və uzunömürlülük iddiaları

BiG.AZ qaynarinfo.az-a istinadən xəbər verir ki, "mavi bölgələr" terminini ortaya atan amerikalı səyyah və jurnalist Den Buetnerin həmmüəllifi olduğu 2016-cı il tarixli bir məqaləyə görə, bu ərazilərdə yaşayan insanlar ABŞ sakinlərindən 100 yaşına çatmaq baxımından 10 dəfə daha çox şansa sahibdir.

Lakin hazırda Böyük Britaniyanın Oksford Universitetinin Əhali və Yaşlanma İnstitutunda tədqiqatçı olan Dr. Saul J. Nyuman bu iddiaların arxasında duran məlumatların etibarlılığına şübhə ilə yanaşır.

Nyuman 2019-cu ildə "bioRxiv" platformasında dərc olunan məqaləsində maraqlı bir nümunə aşkar edib: ABŞ-ın ştatları doğum sənədlərini məcburi tətbiq etməyə başladıqdan sonra 110 yaşını keçən insanların sayında 82% azalma müşahidə olunub. O, mavi bölgələrdə qeydə alınan yüksək uzunömürlülük səviyyəsinin əslində sağlam həyat tərzi ilə deyil, daha çox qeydiyyat səhvləri və saxta məlumatlarla bağlı olduğunu iddia edir.

Nyumanın əks iddiaları

Nyuman bir addım da irəli gedərək bir çox mavi bölgənin ortaq xüsusiyyətlərə malik olduğunu vurğulayır: aşağı gəlir səviyyəsi, aşağı savadlılıq nisbəti, yüksək cinayət göstəriciləri və ölkə üzrə orta ömür uzunluğundan daha aşağı göstəricilər. Bu amillər, əslində, uzunömürlülüyü artırmaqdan daha çox, azaltmağa meyilli olmalıdır. Nyuman həmçinin aşağı gəlir və savadlılıq səviyyəsinin bəzi insanların pensiya məqsədilə yaş saxtakarlığı etməsinə yol aça biləcəyini irəli sürür.

Bundan başqa, 2024-cü ildə o, mavi bölgələrə dair apardığı tədqiqatlarda statistik bir uyğunsuzluq aşkar edib. Onun sözlərinə görə, bu bölgələrdə 110 yaş və daha yuxarı yaşa çatan insanların doğum tarixləri qeyri-adi şəkildə 5-ə bölünən günlərə (məsələn, 5, 10, 15, 20, 25) təsadüf edirdi. Bu isə qeydlərdə geniş yayılmış saxtakarlıq və səhvlərin göstəricisi kimi şərh edilə bilər.

Alimlərin cavabı

2024-cü ilin oktyabr ayında aparıcı mavi bölgə tədqiqatçıları Nyumanın tənqidlərinə sərt şəkildə etiraz edərək onun yaş təsdiqi və statistik analizdə tətbiq edilən ciddi metodları nəzərə almadığını bildiriblər.

Məsələn, Sardiniyada mavi bölgə kəndlərində 100 yaşını keçmiş insanların yaşları bir neçə fərqli mənbə əsasında yoxlanılıb: 1866-cı ilə qədər uzanan mülki status bazaları, XVII əsrdən bəri aparılan əl yazısı kilsə qeydləri və 1866-cı ildən etibarən kənd sakinlərinin nəsil şəcərəsinin yenidən qurulması.

"Təkcə yüz yaşlıların doğum və ölüm tarixləri yoxlanılmadı, həm də onların bacı-qardaşlarının məlumatları da qarşılıqlı olaraq dəqiqləşdirildi. Bu isə Sardiniyadakı yüz yaşlılar arasında mümkün şəxsiyyət dəyişdirmə halları kimi saxta vakaların istisna edilməsinə imkan verdi", deyə alimlər bildirirlər.

Eyni zamanda, Kosta Rikanın Nikoya bölgəsində aparılan tədqiqatlar zamanı yalnız fərdi bəyannamələrə əsaslanılmayıb, həm də ölkənin rəsmi əhali reyestrindən alınan doğum tarixləri istifadə edilib. Nyumanın doğum tarixi uyğunsuzluqları və ya yaş bölgüsündəki yığılmalarla bağlı iddiaları da rədd edilib və belə bir problemin qeydə alınmadığı bildirilib.

Sardiniyanın mavi bölgəsində yüksək cinayət və yoxsulluq nisbətləri ilə bağlı Nyumanın iddiasına cavab olaraq tədqiqatçılar qeyd ediblər ki, geniş regional statistika bu kiçik kənd icmalarını tam əks etdirmir.

Artıq daha uzun yaşamırlar?

Nyumanın yaş məlumatlarının səhv olduğu fikrini rədd edən mavi bölgə tədqiqatçıları, eyni zamanda bu bölgələrin uzunömürlülük üstünlüyünün azalmaqda olduğunu da qəbul edirlər.

2023-cü ildə demoqraf Luis Rosero-Bixbi Kosta Rikanın Nikoya bölgəsində uzunömürlülükdə baş verən dəyişiklikləri üzə çıxaran bir araşdırma yayımladı. O, müəyyən edib ki, 1930-cu ildən sonra doğulan Nikoya sakinləri artıq qeyri-adi dərəcədə uzun ömür sürmürlər. Araşdırmaya görə, 1905-ci ildə doğulan Nikoya kişiləri arasında ölüm nisbəti 33% daha aşağı idi, lakin 1945-ci ildə doğulanlarda bu göstərici 10% daha yüksək olub.

Okinavanın uzunömürlülük ənənəsi də azalır. Demoqraf Mişel Pulen 2024-cü ildə nəşr olunan məqaləsində bildirib ki, yaşlı nəsil hələ də yüksək uzunömürlülük göstəriciləri ilə seçilsə də, gənc nəsillərdə ölüm göstəriciləri artıq Yaponiya üzrə ortalamadan daha yüksəkdir. Alimlər Okinavadakı bu dəyişikliyi müasir qidalanma vərdişlərinin və asanlaşan nəqliyyat imkanlarının təsiri ilə izah edirlər.

Dr. Rosero-Bixbinin sözlərinə görə, yeni nəsillər arasında bu cür dəyişikliklər göstərir ki, mavi bölgələrdə qeydə alınan uzunömürlülük müvəqqəti bir fenomen ola bilər. Yəni, bu ərazilərdə insanlar bir vaxtlar orta göstəricidən daha uzun yaşamış olsalar da, bu üstünlük sürətlə yox olmaqdadır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1474   Tarix: 30 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür

Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri

08.11.2026 506
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 327
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1653
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

07.11.2026 387
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 555
.

Estetik əməliyyata 100 min dollar xərclədi - FOTOLAR

Sosial media fenomeni Eylül Öztürk estetik əməliyyat etdirmək üçün Amerikadan Türkiyəyə gəlib. 6 saatlıq əməliyyat üçün 100 min dollar ödəyib. Bunu Türkiyə mediasına istinadən bildirib. Öztürk əməliyyatdan sonra çəkilmiş fotolarını yayımlayıb. Fotolarda fenomenin alnındakı sarğılar və üzündəki əməliyya

12:08 293
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

10.11.2026 1099
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 367
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

08.11.2026 317
.