Braziliyanın vitse-prezidenti: "COP29 qlobal əməkdaşlıq üçün yeni perspektivlər açdı"
"Bakıda ötən ilin noyabr ayında keçirilmiş Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm platformaya çevrildi".
Oxu.Az xəbər verir ki, bunu Braziliyanın vitse-prezidenti Jeraldo Alkmin ölkənin nüfuzlu maliyyə qəzeti "Valor Econômico"nun təşkil etdiyi "Rumos 2025" (İstiqamətlər-2025) tədbirində bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən beynəlxalq tədbir "yaşıl iqtisadiyyat" və dayanıqlı inkişaf sahəsində qlobal əməkdaşlıq üçün yeni perspektivlər açıb.
"COP29 çərçivəsində Braziliyanın təqdim etdiyi ekoloji və iqtisadi təşəbbüslər ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolunu daha da gücləndirmək niyyətini ortaya qoydu. Braziliya istixana qazı emissiyalarını 2035-ci ilə qədər 59-67 % azaltmağı hədəfləyib", - deyə J.Alkmin bildirib.
O, həmçinin COP30-un Braziliyada keçiriləcəyini xatırladaraq, bunun ölkəsi üçün böyük imkanlar yaradacağını qeyd edib.
"Biz enerji keçidinə xüsusi önəm veririk və Braziliya bu sahədə mühüm nümunədir. Ölkəmizin elektrik enerjisinin təxminən 90 %-i su, günəş, külək və biokütlə kimi bərpa olunan mənbələrdən əldə edilir. Bu, bizim üçün böyük üstünlükdür. Biz karbon bazarının tənzimlənməsi, "yaşıl hidrogen" istehsalı və davamlı sənaye inkişafı istiqamətində ciddi addımlar atırıq. Bu sahədə beynəlxalq əməkdaşlıq bizim üçün prioritetdir", - deyə Braziliyanın vitse-prezidenti əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 964 Tarix: 25 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYüzlərlə "iPhone" sulara qərq oldu
Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi batıb. "Yeni Sabah" xəbər verir ki, gəminin konteynerlərində "Apple" şirkətinə məxsus yüzlərlə "iPhone" smartfonu, bahalı brend ətirlər və digər lüks mallar olub. Hadisədən dərhal sonr
15.10.2026 437 Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida
Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk
15.10.2026 395 Mask Zelenskinin getməsini istəyir: "Ədalətli sülh belə olmalıdır"
"SpaceX" və "X" sosial şəbəkəsinin sahibi, amerikalı milyarder İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifəsindən istefa verməli olduğunu bildirib.
. Milyarder "X" platformasında istifadəçilərdən birinin Zelenskinin britaniyalı jurnalist Pirs Morqana verdiy
11:25 111 Folqa Wi-Fi sürətini artırır - Maraqlı təcrübə
Mətbəxdə istifadə olunan alüminium folqanın zəif Wi-Fi bağlantısını yaxşılaşdıra biləcəyi barədə məsləhətlər internetdə çoxdan yayılır. Bu üsulu sınaqdan keçirənlər evin bir hissəsində məlumat ötürmə sürətinin təxminən beş dəfə artdığını müşahidə ediblər. xarici mediaya istinadla xəbər verir ki, müəlli
15.10.2026 396 Bəhruz Quliyev: Vahid məktəbli forması və intizam qaydaları dünyəvi təhsilin və milli təhlükəsizliyin tələbidir
"Vahid məktəbli formasının tətbiqi və təhsil müəssisələrində intizam qaydalarının qorunması hər bir dövlətin təhsil siyasətinin mühüm tərkib hissəsidir. Məktəb, ilk növbədə, bilik və tərbiyə ocağıdır. Burada əsas məqsəd şagirdlər arasında bərabərliyi təmin etmək, vahid intizam mühiti formalaşdırma
11:54 80 Bacısı komaya düşdü, efirə çıxmadı
Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-
10:07 197 Bakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ
Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ
15.10.2026 384 Məktəbin toxunulmazlığı - milli dəyərimiz, dövlətçilik məsuliyyətimiz!
Məktəb bir millətin yaddaşını gələcəyə daşıyan, onun düşüncəsini formalaşdıran və yeni nəsillərə həyat yolunu göstərən mühüm ocaqdır. Burada uşaqlar yalnız dərsliklərdən bilik almır, həm də cəmiyyətin bir parçası olmağı, məsuliyyət daşımağı, insanlara hörmət etməyi və Vətən qarşısında vəzifələrini dər
11:48 84 AQEM-ə sədrliyin uzadılması Azərbaycana etimadın göstəricisidir
Oktyabr ayının 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) ölkəmizin bu təşkilara sədrliyi daha iki il uzadılıb. Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında buna görə üzv dövlətlərə təşəkkür edib. "Azərbaycanın AQEM-ə sədrliyini
10:37 130