Zərdabda dəfn zamanı dirilən Səriyyə: "İki mələk mənə dedi ki..."

Zərdabda dəfn zamanı dirilən Səriyyə: "İki mələk mənə dedi ki..."Tibdə kliniki ölüm deyilən bir anlayış yer alır. Kliniki ölüm üç-altı dəqiqə ərzində yaşanır. Kliniki ölüm nə qədər erkən hiss edilsə, ölən şəxsin həyata qaytarılma şansı o qədər böyük olur.

Bəzən real həyatda kliniki ölüm keçirənləri bilməyərəkdən dəfn edirlər. Belə hadisələr nadir hallarda yaşansa da, Azərbaycanda da baş verdiyi istisna deyil.

İllər əvvəl belə nadir hadisə Zərdabda yaşanıb. Rayonun Məmmədqasımlı kəndində Səriyyə adlı qadın dəfn olunduğu zaman anidən oyanıb.

BiG.AZ xəbər verir ki, bu barədə sözügedən şəxsin yaxın qohumu İmran Məmmədov Bizim.media-ya danışıb:

"Hadisə illər əvvəl baş verib. Mənim o zaman yaşım az idi. Səriyyə nənəyə kənd arasında "uzun Səriyyə" deyilirdi. O bir gün dünyasını dəyişdi. Gecə olduğu üçün saxladılar və səhər dəfn olunmağa apardıq. Dəfn zamanı üstünə torpaq töküb, ağac qoyulurdu ki, birdən səs eşidildi. Sən demə Səriyyə Alıyeva sağ imiş", - deyə kənd sakini bildirib.

İmran Məmmədov qeyd edir ki, Səriyyə nənə ayılandan sonra bizə o biri dünyanın varlığı barədə danışdı:

"O deyirdi ki, mən o biri dünyanı görüb gəldim. O dünyanın haqq olduğunu anladım. Qəbirə qoyulan kimi iki mələk qapıdan girib mənə dedi ki, sən 80 yaşa kimi yaşayacaqsan və heç vaxt övladın olmayacaq. Sonra ayıldım ki, üstümə torpaq tökülür", - deyə müsahibimiz əlavə edib.

Müsahibimizin dediyinə görə Səriyyə Alıyeva həqiqətən də 80 yaşında dünyasını dəyişib və övladı olmayıb.

Niyə dünyasını dəyişmiş şəxsin dəfninə tələsirik? Ölən şəxsi bir neçə gün sonra dəfn etmək olmazmı?

Məsələyə münasibət bildirən Tural İrfan qeyd edib ki, islam dininə görə ölüm dəqiqləşməyibsə, insanı dəfn etmək doğru deyil:

"Ölünü tez, yaxud gec dəfn etmək barədə Quranda bir şey deyilmir. Amma mahiyyəti budur ki, ölünün ehtiramı aradan getməmiş dəfn etmək lazımdır. Böyük islam hüquqşünası İbn Rüşd və həkim-filosofu İbn Sina isə qətiyyətlə bəyan edib, sübut edirdilər ki, infarktdan, damar tıxanmasından və oxşar problemlərdən vəfat edən insanları 72 saat dəfn etmək olmaz. Onlar mütləq həyata qayıdırlar. Əsasən onlardan qan almaq yolu ilə həyata qaytarmaq mümkündür", - deyə ilahiyyatçı bildirib.

Tural İrfan əlavə edib ki, bir çox insanlar da dövrümüzdə tam ölməmiş. yaxud kliniki ölüm halında tələsik dəfn edilirlər:

"Şəxsən mən bir neçə belə faktla rastlaşmışam. Hətta həkim adama ölüm diaqnozu qoymuşdu, dəfn işləri görülən zaman adam ayılıb həyata qayıtdı. Ucqar rayonlarımızın birindən olan digər bir kişiyə də məşhur paytaxt xəstəxanalarının birində ölüm diaqnozu qoyulub rayona yola salmışdılar. Bir neçə saatlıq səfərdən sonra qəsəbəyə daxil olanda "ölü" dirilərək yanındakı adamlara şiddətli şəkildə acdığını demişdi. Birinci şəxslə də, ikinci ilə də həmsöhbət olmuşam.

Birinci şəxs həmin hadisədən sonra bir neçə il yaşadı. İkinci isə hazırda rayonlarımızın birində yaşayır. Odur ki, ölüm dəqiqləşməmiş dəfn etmək doğru deyil", - deyə müsahib qeyd edib.

İlahiyyatçının fikrincə, ölümü din xadimi yox, tibb mütəxəssisi təyin etməlidir, özü də dəqiq...

Dəfn etməyə də tələsmək lazım deyil. Peyğəmbərin özünü vəfat etdikdən 2 gün sonra dəfn ediblər. Bunun özü bir nümunə olmalıdır. Bəzi yerlərdə din xadimləri kiminsə öldüyünü eşidən kimi başqa dəfnlərə və yaslara da çatmaq üçün tələsik adamı dəfn etdirirlər ki, qazanc əldə etsinlər. Onlara əhəmiyyət vermək olmaz. Müasir zamanda ölmüş adamı lazım gələndə müxtəlif tibbi müdaxilələrlə uzun müddət də saxlamaq olur. Dində ölünü tez dəfn etmək barədə qəti hökm yoxdur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1806   Tarix: 18 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizi

15:49 173
.

Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən şəxs saxlanılıb. xəbər verir ki, müayinə zamanı N.Ağazadənin narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. Sürücü barəsində toplanmı

20:30 0
.

Həftəsonu çimərliklərə üz tutanlara - Müraciət

Fövqəladə Hallar Nazirliyi həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib. Müraciətdə deyilir:. "İsti yay günlərində əhalinin xüsusilə həftəsonları istirahət üçün kütləvi üz tutduqları məkanlardan biri də su hövzələridir. Lakin təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliy

15:10 157
.

Almaniya Parlamenti İsrailin mövcudluq hüququnun inkarını cinayət hesab edən qanun layihəsini təsdiqlədi

Almaniya parlamentinin yuxarı palatası olan Bundesrat cümə günü İsrailin mövcudluq hüququnun inkar edilməsini cinayət hesab edən qanun layihəsini dəstəkləyib. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, konstitusiya ekspertlərinin fikrincə, bu təklif ifadə azadlığını təhlükə altına ala bilər. Qanun layihəsin

11:33 204
.

Məktəbli forması ilə bağlı YENİ DƏYİŞİKLİKLƏR

Milli Məclisdə keçirilən iclasında "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. -un məlumatına görə, layihəyə əsasən, məktəbli formasına dair tələblərə riayət olunması hüquqi müstəvidə təsbit edilir. Belə ki, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikli

14:59 349
.

Emindən Kərəm Bürsinə hədiyyə - Video

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Kərəm Bürsin Bakıya gəlib. Axşam.az xəbər verir ki, sənətçi "Sea Breeze"dəki "Şöhrət xiyabanı"nda onun şərəfinə qoyulmuş "ulduz"un açılış mərasimində iştirak edib. Bununla bağlı Xalq artisti Emin Ağalarov sosial şəbəkədə paylaşım edib:

10:33 285
.

Gürcüstanda ilk dəfə Ana Südü Bankı fəaliyyətə başlayıb

Gürcüstanda ilk dəfə Ana Südü Bankı Batumidə, İaşvili adına Mərkəzi Ana və Uşaq Xəstəxanasında rəsmi olaraq fəaliyyətə başlayıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Açılış mərasimində Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcbur

17:50 141
.

Prezident: "Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır"

"Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki,bu sözləri Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə deyib. "İnd

20:18 43
.

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 22-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Bu barədə "AzPolitika"ya Dövlət Sosia

14:46 205
.

TOP MP3