"Günahları yuyan yağış", Quranda adı keçən tək ay - Ramazan haqqında maraqlı faktlar
Ramazan hicri-qəməri aylarından doqquzuncunun adıdır. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət müxtəlif cür izah olunur.
Oxu.Az xatırladır ki, bir qrup din alimləri bildirirlər ki, Ramazan sözünün kökü yağış mənası verən "ramda" sözündən alınıb. Yəni yağış yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da möminləri günahlardan təmizləyər.
Digər bir qrup isə deyir ki, bu sözün kökü Günəşin hərarətindən torpağın qızması mənasını verən "ramad" sözündəndir. Yəni qızmar yerdə gedən adam ayaqlarının altının yandığına dözdüyü kimi, oruc tutan adam da aclıq və susuzluğun hərarətinə dözür. İsti torpaq gedənlərin ayaqlarını yandırdığı kimi, Ramazan da möminlərin günahlarını yandırar, yox edər.
Ramazan ayına "on bir ayın sultanı" deyilir.
Bu ayın xüsusiyyətləri belə sıralanır:
- Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə adı açıq olaraq keçən tək ay Ramazandır.
- Qurani-Kərimin məhz Ramazan ayında nazil olduğu bildirilir.
- Qurani-Kərimdə "min aydan daha xeyirli" olduğu ifadə edilən Qədr gecəsi də məhz Ramazan ayındadır.
- Dinimizin beş təməlindən biri olan oruc ibadəti də məhz Ramazan ayında müsəlmanlara fərz qılınıb.
- Fitrə sədəqəsi vermək də məhz Ramazan ayına məxsus olan bir ibadətdir.
- Alimlər maraqlı bir nəticəyə gəliblər: əgər Ramazan müddəti bir saat qısalırsa, ölkədə iqtisadi artım tempi 0,6-0,9% artır. Əksinə, orucluq müddəti uzandıqda iqtisadi artım yavaşlayır.
- Tibbi statistika Ramazan ayının qaydalarına düzgün riayət edildikdə orucluğun sağlamlığa müsbət təsirini göstərir. Araşdırmalar oruc tutanların əksəriyyətində xolesterol səviyyəsinin azalmasını, qan təzyiqinin normallaşmasını və metabolizmin yaxşılaşmasını göstərir.
- Bəzi ölkələrdə Ramazanda oruc tutmamaq hüquq pozuntusu sayılır. Orucun qəsdən pozulması isə cərimə və ictimai işlərlə cəzalandırılan cinayət hesab olunur.
- 2025-ci ildə ən uzun oruc müddəti martın 29-da Reykyavik (İslandiya) və Nuuk (Qrenlandiya) şəhərlərində 15 saat 52 dəqiqə, ən qısa oruc isə həmin gün Punta-Arenas (Çili) şəhərində 13 saat 38 dəqiqə davam edəcək.
BiG.Az
Telegramda izləyin
İslam Baxılıb: 8352 Tarix: 02 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNiyə dəfndən sonra məzarın üzərinə su tökürlər? - CAVAB inanılmaz
Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədisə əsasən, ölünün qəbrinin torpağı qurumayınca, onun qəbir əzabı təxirə salınar. Xüsusilə, dəfn gecəsində qəbir əzabının və sorğunun çox şiddətli olması məlumdur. Buna görə dəfndən sonra məzarın üzərinə su səpir
18.06.2022 18062 Mübarək Ramazan ayının ilk gecəsi nələr edilir?
Müqəddəs Ramazan ayı – orucun vacib olduğu aydır. 12 ayın sultanı Ramazan artıq bu axşam başlayır. Axşamdan müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər. BİG.AZ oxucuları bu gecənin əməlləri barədə məlumatlandırmaq istəyir. Niyyət axşamı nə etməli?. Bu gecə müqəddəs Ramaza
01.04.2022 34227 Mədəkiçiltmə əməliyyatı edənlər oruc tuta bilərmi? - Məşhur professor
Bütün bariatrik-metabolik cərrahi əməliyyat keçirmiş pasiyentləri ən çox narahat edən məsələlərdən biri də "Ramazan ayında oruc tutmaq olarmı" sualıdır. Buna əyani və elmi yanaşma olaraq İslam dövlətləri bariatrik cərrahlarının tədqiqatlarını birləşdirən bir məqalə hazırlanıb. Bu barədə -
12.04.2022 17659 İnsan ölən zaman nələr görür və nələr baş verir?
Çoxlarımız üçün maraqlıdır ki insan ölüm anında nə görür? İmam Əli (ə.s) bu suala belə cavab vermişdir:. İnsan dünyanın son günlərində və axirətin ilk günlərində qərar tutan zaman anidən qarşısında bir sima görər ki, onun üçün naməlumdur. Ondan soruşar ki, sən kimsən ki, mən səni tanımıram? Deyər: "Mə
10.04.2022 19424 Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək
İslam dünyasında Ramazan bayramı günü ilə bağlı yenə fikir ayrılığı yaranıb. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Şəvval ayının hilalını görə bilməyən ölkələr aprelin 21-ni orucluğun son günü elan ediblər. Həmin ölkələrdə bayramın ilk günü 22 aprel olaraq təyin olunub. Avstraliya
21.04.2023 15581 Ərdoğandan Aşura paylaşımı
"Birlik və bərabərliyin rəmzi olan Aşura günü və Məhərrəm ayının İslam dünyası üçün xeyirlərə vəsilə olmasını diləyirəm". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb. O, şəhadətinin ildönümündə şəhidlərin ağası, peyğəmbərimizin nəvəsi həzrəti Hüseyn və Kərbəl
08.08.2022 16977 İftar üçün dadlı reseptlər
Bu gün Ramazan ayının 29-cu günüdür. BİG.AZ axşam.az-a istinadən iftar süfrəsi üçün menyu təqdim edir:. Tərəvəzli, makaronlu şorba. Ərzaqlar:. Kök - 1ədəd. Yaşıl bibər - 1 ədəd. Pomidor - 1 ədəd. Kartof - 2 ədəd. Soğan - 1 ədəd. Makaron - 1 armudu stəkan. Yağ - 2 xörək qaşığı. Toyuq filesi - 200 qr
01.05.2022 16989 Dünyanın ən böyük məscidlərindən birinin açılışı oldu - VİDEO
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Mərkəzi Asiyanın ən böyük məscidinin açılışı olub. Məscidin tikintisi üç il davam edib. Yeni məscidin açılışında iştirak edən Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, dünyanın 10 ən böyük məscidi sırasına daxil olan tikilinin açılış
12.08.2022 15894 Əl-Əqsa məscidində bayram namazı qılınıb - VİDEO
Minlərlə müsəlman Şərqi Qüdsün İçəri şəhər bölgəsində yerləşən Əl-Əqsa məscidində bayram namazı qılıb. Qüds İslam Vəqfləri İdarəsindən verilən məlumata görə, bayram namazında təxminən 120 min insan iştirak edib. Bayram namazından sonra dualar oxunub, ehtiyaclı müsəlmanlara zəkat paylanılıb. ( )
21.04.2023 13524