Uşaqlarımıza şükür etməyi necə öyrədək? - ARAŞDIRMA
Rəhman Allah hər birimizin ixtiyarına çox sayda nemət qoymuşdur. Lakin biz insanlar bəzən bu nemətərə görə şükür etməyi unuduruq. Biz gərək uşaqlarımıza kiçik yaşlarından şükür etməyi öyrədək. İxtiyarımızda olan nemətləri onlara tanıdaq və Allaha necə şükür edə biləcəyimizin yollarını onlara təlim verək. (Tebyan)Uşaqları İlahi nemətlərə şükür etdirməyə adət etdirməyin müxtəlif yolları vardır. Bunlardan bəzisinə işarə edək:
1. Uşaqlarınıza başa salın ki, nəyə görə Allaha şükür edirsiniz. O zaman ki, yemək süfrəsindəsiniz, ya maşında sükan arxasındasınız, malik olduğunuz nemətləri səsli şəkildə yadınıza salın və onlara görə Allaha şükür etməli olduğunuzu bəyan edin. Misal üçün övladınıza deyin ki, bu nemətlərə görə və ya Allahın səni mənə verdiyinə görə Ona şükür edirəm. Hətta gözəl havaya və ya gözəl bağçaya malik olduğuna görə şükür etdiyini övladına söylə.
2. Uşaqlarınızdan soruşun ki, hansı şeylərə görə Allahdan razıdır. Onlar yəqin ki, belə cavablar verəcəklər: "Bizə ev verdiyinə görə, maşın verdiyinə görə...". Belə düşünməklərinin eybi yoxdur. Onlara başa salın ki, bu dünyada hər nəyi varsa, ona görə Allahdan razı olmalıdır.
3. Nemətlərin adını çəkin. Namaz və dua edəndən sonra övladınızı yanınızda əyləşdirib, Allahın insana verdiyi hər bir nemətin adını çəkin. O nemətlərin adını çəkin ki, uşaq onlara indiyə qədər diqqət etməmişdir, bədən üzvləri, sağlamlıq, valideyn kimi.
4. Sadə yaşamağa çalışın. O zaman ki, uşağın həyatı sadə olar, şükür etməyi daha asan öyrənə bilər. Oyuncaqla dolu olan otaq yerinə, uşağınız üçün ancaq sevdiyi bəzi oyuncaqların olduğu otaq təşkil edin. Övladınızın qarşısına cürbəcür yemək qoymaq yerinə, ona iki cür yemək arasında seçim etməsini söyləyin.
5. Kiçik şeylərə diqqət etməyi öyrədin. Övladınıza ətrafındakı nemətlərin xırdalıqlarına diqqət etməsini öyrədin. Yarpaqların rəngi, günəşin batması, dənizin dalğaları kimi. Uşaq başa düşəcəkdir ki, bu xırda şeylər belə, Allahın nemətlərindəndir.
6. Başqalarına təşəkkür etməyi öyrədin. Övladınızın ad günündə ona hədiyyə gətirən hər bir kəsə təşəkkür etməsini ona öyrədin. Həmçinin bayramlarda və ya xüsusi günlərdə ona edilən hər bir yaxşılığa görə təşəkkür etməsini öyrənsin.
7. Uşaqlarınıza infaq etməyi öyrədin. Nə zaman övladınızın paltarı əyninə kiçik olsa, onu başqa ehtiyacı olan uşaqlar üçün ayırmasını söyləyin. Bu əməl uşağınıza şükür etmək hissinin şirinliyini daddırar.
8. Uşağınızın yanında başqalarının yaxşı cəhətlərini söyləyin və onları tərifləyin. Övladınıza başqalarının müsbət tərəflərini görməyi öyrədin.
9. Özünüz nümunə olun. Əgər övladınızın şükür edən olmasını istəyirsinizsə, gərək özünüz bu işdə nümunə olasınız. Çalışın az şikayət edin və həyatın müsbət tərəflərinə çox diqqət edin. Ona görə də Allaha tez-tez şükür edin. Bu zaman övladınız şükür etməyin mənasını dərk edəcəkdir. (Milli.az)
BiG.Az
Telegramda izləyin
İslam Baxılıb: 18383 Tarix: 22 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir" - Hacı Şahin
Dinimiz ümumiyyətlə insanın özünə xəsarət yetirməsini qadağan edir. Xüsusilə də bunu Kərbəla hadisəsi ilə əlaqələndirmək Kərbəla hadisəsinin mahiyyətini kölgəyə salır. Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Ş.Həsənli bildirib ki, Aşura günündə insanları
08.08.2022 13897 Ayasofyada Ramazan bayramı namazı qılınıb - VİDEO
Bu gün İstanbulun Ayasofya məscidində Ramazan bayramı namazı qılınıb. Artıq səhər saatlarından etibarən minlərlə Türkiyə vətəndaşı və xarici ölkələrdən gələn turistlər Ayasofya Meydanı ərazisinə doğru axışıb. Bayram namazın ardından Ayasofya məscidinin imamı Bünyamin Topçuoğlu minbərdən xütbə oxuyub
02.05.2022 14596 Bu qadınlarla evlənmək haramdır - SİYAHI
Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara "məhrəm" deyilir. Bəs görəsən "Qurani-Kərim"ə görə kişilər üçün haram sayılacaq qadınlar kimlərdir?
21.03.2022 21063 Ramazanda sahura qalxmaq vacibdir?
Bu gün artıq Ramazanın 9-cu günüdür. Ramazanda iftarla yanaşı ən çox diqqər göstərilən məsələrdən biri də məhz sahurla bağlıdır. Sahura qalxmağın nə qədər vacib olduğu müzakirə olunan məsələlərdəndir. -ın məlumatına görə, Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, dinimizə görə sahura (obaşdanlıq
09.03.2025 9574 "Günahları yuyan yağış", Quranda adı keçən tək ay - Ramazan haqqında maraqlı faktlar
Ramazan hicri-qəməri aylarından doqquzuncunun adıdır. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət müxtəlif cür izah olunur. xatırladır ki, bir qrup din alimləri bildirirlər ki, Ramazan sözünün kökü yağış mənası verən "ramda" sözündən alınıb. Yəni yağış yer üzünü təmizlədiyi kimi, Ramaza
02.03.2025 8133 Aşurada qətl sınana qədər işləmək günahdır? - ARAŞDIRMA
"İslamda Aşura günü işləməməklə bağlı hər hansı bir qadağa yoxdur. İslami nöqteyi-nəzərdən ümumiyyətlə belə bir qadağa ola bilməz. Aşura gününün digər günlərdən hər hansı bir fərqi yoxdur". Bunu Aşura günü işləmək qadağasının olub-olmamasl ilə bağlı -a açıqlama verən ilahiyyatçı Elşad Mahmudo
06.08.2022 17637 Mədəkiçiltmə əməliyyatı edənlər oruc tuta bilərmi? - Məşhur professor
Bütün bariatrik-metabolik cərrahi əməliyyat keçirmiş pasiyentləri ən çox narahat edən məsələlərdən biri də "Ramazan ayında oruc tutmaq olarmı" sualıdır. Buna əyani və elmi yanaşma olaraq İslam dövlətləri bariatrik cərrahlarının tədqiqatlarını birləşdirən bir məqalə hazırlanıb. Bu barədə -
12.04.2022 17446 İlahiyyatçı: "Aşura mərasimlərində insanların özlərinə fiziki işgəncə verməsi dinimizdə bəyənilmir"
İyulun 7-dən etibarən Azərbaycanda məhərrəm ayı başlayıb. Aşura günü isə iyulun 16-na təsadüf edəcək. Aşura günü bizim cəmiyyət müəyyən əməllərlə rastlaşır: qançıxarma, zəncir vurma. Bəs görəsən, bu məqamlar düzgündürmü? Necə tənzimlənməlidir? Dində necədir?. Mövzu ilə bağlı -a açıqlama verən Azərbayca
13.07.2024 10223 İnsan ölən zaman nələr görür və nələr baş verir?
Çoxlarımız üçün maraqlıdır ki insan ölüm anında nə görür? İmam Əli (ə.s) bu suala belə cavab vermişdir:. İnsan dünyanın son günlərində və axirətin ilk günlərində qərar tutan zaman anidən qarşısında bir sima görər ki, onun üçün naməlumdur. Ondan soruşar ki, sən kimsən ki, mən səni tanımıram? Deyər: "Mə
10.04.2022 19116