Dövrün bəlası olan autizmi uşaqlarda necə müəyyənləşdirə bilərik?

Dövrün bəlası olan autizmi uşaqlarda necə müəyyənləşdirə bilərik?Bu gün cəmiyyətin qorxulu bəlalarından biri də azyaşlılar arasında yayılmış autizm sindromudur. Demək olar ki, evində körpə böyüdən hər bir valideyn bu qorxu ilə yaşayır. 2-3 yaşlı uşaqların nitq və davranışında, psixi inkişafında yaşanan problemlərə bir çox hallarda autizm sindromu diaqnozu qoyulur.
Qeyd edək ki, autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beynin inkişafına mane olan xəstəlikdir. Bəs, günümüzdə bu xəstəliyin daha çox artmasının səbəbi nədir?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən psixo-pedaqoq Gülbəniz Seyidova bildirib ki, Autizm spektr pozuntusu, uşaqların sosial davranışlarında maneələrə səbəb olan ünsiyyət pozuntusudur. Bu da uşaqlarda kiçik yaşlardan müxtəlif əlamətlərlə üzə çıxır. Bu əlamətlər uşaqları digərlərindən fərqləndirir. Diqqətli valideynlər uşaqlarında olan fərqliliyi hiss edə bilərlər. Bu xəstəlik uşaqlarda 2 yaşından və ya daha tez müəyyən edilə bilər. Bəzən isə uşaqlar 3 yaşına çatana qədər xəstəlik özünü göstərmir. Bir şeyi xüsusilə qeyd etməliyəm ki, 4 yaşına çatmayan uşaqlara autizm diaqnozu qoymaq düzgün deyil. Lakin dövr və texnologiya dəyişdiyindən, biz mütəxəssislər məcburuq ki, uşaqlarda bu xəstəliyi daha erkən müəyyən edək və müalicəsinə başlayaq:

Dövrün bəlası olan autizmi uşaqlarda necə müəyyənləşdirə bilərik?"Autizmli uşaqların inkişafı fərqlidir. Lakin bir neçə oxşar əlamət var ki, valideynlər diqqət yetirməklə uşaqlarında bu xəstəliyin olduğunu aşkarlaya bilərlər. Bu əlamətlərdən biri uşaqların gec danışmasıdır. Normal uşaqlarda ilkin sözlər 9-10 aylığında deyilməyə başlasa da, autizmli uşaqlar ilkin sözlərini çox gec müddətdə deməyə başlayırlar.
Bundan başqa, autizmli uşaqlar digərləri ilə sosial əlaqə qurmaqda çətinlik çəkir. Bununla yanaşı, insanlarla göz təması qurmaqdan da çəkinirlər. Bu cür hallar təkcə bağçada və ya yaşıdları ilə deyil, ailədə də özünü göstərir. Biz də ilkin konsultasiya zamanı uşaqların bizimlə göz təması qura bildiyinə daha çox diqqət yetiririk.
Autizmli uşaqlarda sözlərin təkrarlanmasına da rast gəlirik. Belə ki, harada eşitdiyini bilmədiyi sözləri, mövzu olmadığı halda da tez-tez təkrarlaması, autizmin görülən səbəblərindən sayılır. Sözlərin təkrarlanması bəzən valideynləri aldadır. Lakin burada valideyn övladının sözləri hansı yerdə deməsinə diqqət etməlidir.
Bununla yanaşı, autizmli uşaqlarda bədən dili və jestlərdən istifadəyə ümumiyyətlə rast gəlmirik. Sevinclərini və ya kədərlərini göstərəcək hərəkətlər bu cür uşaqlara ögeydir.
Autizmli uşaqların müalicəsində daha çox ana ilə ünsiyyətə ehtiyacımız olur. Çünki ana vasitəsilə ilkin diaqnozu qoymaq mümkündür. Konsultasiya zamanı anada hansı xəstəliklərin olduğunu, hamiləlik dövründə hansı dərmanlardan istifadə etdiyini öyrənib, bundan sonra uşaqla ünsiyyət qurmağa başlayırıq.
Onu xüsusilə vurğulamalıyam ki, autizmli uşaqlara diaqnozun qoyulmasına psixoloqun, loqopedin ixtiyarı yoxdur. Uşaqlara autizm diaqnozunu psixiatr qoymalıdır. Əgər psixiatr yoxdursa, mütləq nevropatoloq və ya pediatr xəstəliyin müəyyənləşməsində iştirak etməlidir. Son nəticədə autizm diaqnozu həkim tərəfindən qoyulmalıdır. Unutmamalıyıq ki, erkən müdaxilə ilə yaxşı nəticə əldə etmək mümkündür.
Hazırda təəssüflər olsun ki, autizm xəstəliyi çox geniş yayılıb. Lakin bu qədər genişlənməsinin səbəbləri dünyada da araşdırma mövzusu olaraq qalır. Keçmişə nəzərən tibb elmi olduqca inkişaf edib. Ümid edirik ki, səbəbləri tez bir zamanda aşkarlanacaq. Müalicəsinə gəlincə isə, ötən illərə nisbətdə autizmli uşaqlara diaqnoz qoyulması və müalicəsində irəliləyişlər əldə edilib.
Bizim cəmiyyət olaraq inkişafımızın müsbət tərəfi ondadır ki, artıq valideynlər autizmi xəstəlik olaraq qəbul edib və müalicəsi üçün addımlar atırlar.
Autizm müalicəsiz xəstəlik olduğundan, müntəzəm olaraq təlimlərdə iştirak etməyi valideynlərə tövsiyə edirik. Təəssüflər olsun ki, bu sahəni bəzi işbazlar biznesə çevirib. Valideynlər maddi gücü özündə tapıb həkimə müraciət edə bilmirlər. Düşünürəm ki, gələcəkdə də bunun qarşısı alınacaqdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1254   Tarix: 25 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.