"İlham Əliyevin Çinin CGTN kanalına müsahibəsi qəti siyasi iradə ifadəsi hesab oluna bilər" - Deputat

"İlham Əliyevin Çinin CGTN kanalına müsahibəsi qəti siyasi iradə ifadəsi hesab oluna bilər" - DeputatAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhrrəmov bildirib ki, prezident İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN kanalına müsahibəsi dərinləşən qlobal ziddiyyətlər fonunda Azərbaycanın müəyyən etdiyi yol xəritəsi, o cümlədən qlobal Şimal və qlobal Cənub arasında ölkəmizin körpü rolunun effektiv formada artırılması üçün qəti siyasi iradə ifadəsi hesab oluna bilər:

"Aydındır ki, bir ölkənin yaratdığı reallıqları qoruması və bütövlükdə qlobal proseslərə təsir imkanına malik olması üçün ilk növbədə həmin dövlət özü suveren imkanlara malik olmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev adıçəkilən müsahibədə xüsusi olaraq qeyd etdi ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası olub. Üstəlik Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq hərbi-siyasi tədbirləri öz gücünə həyata keçirməklə cari reallığı formalaşdıra bilib. Təbii ki, qeyd olunan amil Azərbaycan dövlətinin artan güc və imkanlarının inikası olmaqla bərabər, həm də etibarlı tərəfdaş və təhlükəsiz mühit baxımından investisiya axını üçün də cazibədar məkan anlamına gəlir. Məhz bu reallıqlar, o cümlədən dövlət başçımızın da ifadə etdiyi kimi, Azərbaycanın özünü təmin edən iqtisadiyyat qurması, ÜDM-ə münasibətdə xarici borcun səviyyəsinin 6.9%-ə endirilməsi fonunda ölkəmiz regionda bağlantılar yaradan geniş miqyaslı layihələr həyata keçirə və Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tuta bilmişdir. Heç şübhəsiz ki, qeyd olunan uğurlu konfiqurasiyanın təməlində dayanan bazis elementlərdən biri Azərbaycanın xarici siyasət istiqamətinin sadəcə siyasətə deyil, həm də mahiyyətə əsaslanmasıdır. Dövlət başçımızın da ifadə etdiyi kimi, hər bir ölkə öz diqqətini özünün gündəminə yönəltsə, başqa ölkələrin işlərinə müdaxilə etməyə çalışmasa, problemlər, o cümlədən münaqişələr, narazılıqlar və müharibələr də olmaz. Bu gün dünyada müşahidə olunan qeyri-sabit vəziyyətin, o cümlədən münaqişələrin də əsas səbəbi məhz imperialist keçmişi olan ölkələrin digər dövlətlərin daxili işinə beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin ziddinə olaraq müdaxilə etməyə, həmin coğrafiyalarda dominantlıq iddiasına düşməyə çalışmasıdır. Dövlət başçısı məhz bu aspektdən Azərbaycanın mövqeyini bir daha ifadə edərək Bakının beynəlxalq hüquqa və özünün tərəfdar çıxdığı öhdəliklərə sadiq qaldığını, BMT Nizamnaməsinin əsas şərtlərindən olan dövlətlərin əməkdaşlığı prinsipinə uyğun davranmağı xarici siyasət kursunun prioriteti kimi müəyyən etdiyini bəyan etmişdir. Təsadüfi deyil ki, bu günə qədər Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb, habelə Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik münasibətləri rəsmiləşib. Müsahibədə də ifadə olunduğu kimi, hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var və bu, Azərbaycanın həm də daxili siyasətinin davamıdır. Beynəlxalq hüquqa, ümumbəşəri dəyərlərə sadiq olan Azərbaycan həm də artıq yaratdığı yeni geosiyasi reallıqla yalnız Cənubi Qafqaz və Xəzər regionunda deyil, daha geniş coğrafiyada sabitliyə, regional sülhə töfhə verməkdədir və bu, bir sıra qlobal aktorlar, o cümlədən Çin tərəfindən çox yüksək qiymətləndirilir. Məlumdur ki, Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq Bəyannaməsi qəbul edilib, eyni zamanda hər iki tərəf Ümumdünya Ticarət Təşkilatı da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi də daxil olmaqla, geniş spektrli tərəfdaşlığın genişləndirilməsi iradəsini göstərməkdədir. Aydındır ki, Çin dünyanın əsas qlobal qütblərindən biri, xüsusən birmənalı şəkildə ən sürətlə artan aparıcı iqtisadiyyatlardan, bəlkə də, birincisidir. Belə olan tədqirdə Çinlə münasibətlər dərinləşən qlobal ziddiyyətlər fonunda xarici siyasət kursunun balanslaşdırılması və iqtisadiyyatın bir qütbdən aslılığını aradan qaldırılması baxımından mühüm önəmə malikdir. Eyni zamanda Prezident İlham Əliyevin müsahibədə ABŞ ilə əlaqələrimizə də xüsusi yer ayırması, Azərbaycana qeyri-dost münasibət sərgiləmiş Bayden administrasiyasından fərqli olaraq Tramp iqtidarı ilə əməkdaşlığa inam ifadə etməsi göstərdi ki, qlobal Şimalla qlobal Cənub arasında münasibətlərin hansı formatda kəskinləşməsindən asılı olmayaraq Azərbaycan önəmli körpü rolunu daha da möhkəmləndirməkdə israrlıdır və bu tezislərin məhz Azərbaycan liderinin dilindən Çin televiziyasında yayımlanması xüsusilə önəmli oldu. Müsahibədə Azərbaycan Prezidentinin xüsusən Çin-Azərbaycan tərəfdaşlığı zəminində yeni məqsədlər ortaya qoyması qeyd etdiyimiz birləşdirici rolun təməllərinin daha mökhəm bazisə əsaslanacağını deməyə əsas verir. Dövlət başçısının çıxışında ən mühüm aspektlərdən biri də Azərbaycana çoxsaylı hücumlar, qarayaxma və böhtan kampaniyaları fonunda ölkədə xalq-iqtidar münasibətlərinə dair əsl reallığın bəyan edilməsi oldu. Reallıqsa ondan ibarətdir ki, Azərbaycan xalqı Azərbaycan Prezidentinə inanır və suverenliyimizin, ərazi bütövlüyümüzün və milli ləyaqətimizin hərbi-siyasi qələbələr fonunda bərpa edilməsi ilə çoxsaylı kənar cəhdlərə baxmayaraq xalq Heydər Əliyev kursu ətrafında sıx birləşmişdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 13 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

TOP MP3