Adam öldürən şəhid qardaşı sərbəst buraxıldı
Abşeronda adam öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Mürvət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BiG.AZ Publika.az-a istinadla xəbər verir ki, şəhid qardaşı olan Mürvət Cinayət Məcəlləsinin 122.1-ci, yəni affekt vəziyyətində adam öldürmə maddəsi ilə təqsirli bilinib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Mürvət Əliyevin qətlə yetirdiyi 1978-ci il təvəllüdlü Rövşən Əbilovun ailəsi ondan şikayətçi deyil və yüngül cəza verilməsini istəyir. İstintaq müddətində Mürvət həbs edilməyib və ev dustaqlığına buraxılıb.
Həmçinin Mürvətin qardaşının 2008-ci ilin 25 aprel tarixində Qarabağ bölgəsində (Tərtər) ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olması qeyd edilib.
Qeyd edək ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində yerləşən "Saray Palace" şadlıq sarayının yaxınlığında baş verib.
Orada toyda iştirak edən şəxslər daha sonra zaldakı meyxana məclisinə baxıblar. Bu zaman Mürvət dostunu çağırmaq üçün çölə çıxıb. Şadlıq evinin foyesində Rövşən, Araz, Seymur adlı şəxslər Mürvəti bayıra dəvət edərək söhbət edəcəklərini deyiblər. Bu zaman onların arasında mübahisə baş verib və həmin şəxslərdən ikisi Mürvətə bıçaqla yüngül xəsarətlər yetirib. Həmçinin onun şəhid olmuş qardaşının ünvanına söyüş səsləndirilib. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olan Mürvət bıçağı götürərək həmin şəxslərə hücum edib və Rövşəni öldürüb.
O, hadisədən sonra maşına minərək uzaqlaşıb.
Ekspertiza Mürvət Əliyevin hadisə anında affekt şokunda olmasına rəy verib.
Abşeron Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Mürvət Əliyev 4 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək onun ayağına elektron təqib cihazı taxılıb. Həmçinin təqsirləndirilən şəxsin üzərindəki ev dustaqlığı qətimkan tədbiri də götürülüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 759 Tarix: 11 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQIZ UŞAQLARININ UŞAQLIĞINI KİM ƏLİNDƏN ALIR? İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikahın acı həqiqətləri
Azyaşlı qızların ərə verilməsi, susdurulan səslər, yarımçıq qalan təhsil və məhv edilən gələcəklər: hansı ənənə uşağın hüququndan üstün ola bilər?. Bir qız uşağı hələ məktəb partasında oturmalı, kitab oxumalı, gələcəyi barədə xəyallar qurmalı, dostları ilə oynamalı və həyatın gözəlliklərini kəşf etməlidir
14:12 97 Cavanşir Abbaslı: Azərbaycanın qərarına kənardan müdaxilə yolverilməzdir
"Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi məktəblərdə nizam-intizamın, vahid təhsil mühitinin və sosial bərabərliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəbli forması şagirdlər arasında geyim fərqlərini azaltmaqla onların diqqətinin təhsilə yönəlməsin
12:39 143 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi
Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. "Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaiti
11:52 247 "Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"
"Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərql
10:35 200 Paşinyan Aİ ilə bağlı mövqeyini dəyişir? Ermənistandan açıqlama
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı mövqeyini dəyişməkdə ittiham olunur. xəbər verir ki, Sputnik Armenia Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyanın açıqlamasını yayımlayıb. Erməni siyasətçinin sözlərinə görə, Paşinyan Ermənistanda və dünyada mövcu
10:34 139 Azyaşlı qızları ərə verən zehniyyət: İran, Əfqanıstan və bəzi ərəb ölkələrində uşaqlığın qətli!
"Azyaşlı qız uşaqlarının ərə verilməsi nə ənənə adı ilə ört-basdır edilə bilən, nə də dini və sosial bəhanələrlə əsaslandırıla bilən adi bir məsələdir. Bu, uşağın hüquqlarına, sağlamlığına, azadlığına və gələcəyinə vurulan ağır zərbədir. İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikah problem
14:32 94 Kəlağayı Azərbaycan qadınının zövqünün və gözəlliyinin göstəricisidir
"Tarixin bütün mərhələlərində keçdiyi keşməkeşli yola baxmayaraq, Azərbaycan xalqı milli mədəni irsini və adət-ənənələrini qoruyub saxlamağı bacarmışdır. Tarixin süzgəcindən keçən elə dəyərlər var ki, onlar bizim mənəvi sərvətimizdir. Kəlağayı da bizim mənəvi sərvətlərimizdən biridir". Bu sözlər
11:56 177 Leyla Əliyeva "44"ün təqdimat mərasimindən paylaşım etdi - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən "44" bədii filminin təqdimat mərasimindən görüntülər paylaşıb. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyeva paylaşımı instaqram hesabından edib. Həmin paylaşımı təqdim edirik:
10:31 151 Prezidentdən sərgi iştirakçılarına - Müraciət
Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi 6-cı Azərbaycan Beynəlxal
11:23 147