Bir siqaret insan ömründən nə qədər alır? – ARAŞDIRMA

Bir siqaret insan ömründən nə qədər alır? – ARAŞDIRMATədqiqatın nəticələrinə görə, bir siqaret ömürdən orta hesabla 20 dəqiqə alır və bu, 2000-ci ildəki təxminlə müqayisədə demək olar ki, iki dəfə çoxdur. Beləliklə, 20 siqaretdən ibarət bir qutu insanın ömrünü orta hesabla yeddi saat azaldır.

Yeni araşdırma siqaretin zərərini əvvəlkindən daha ciddi göstərərək insanları 2025-ci il üçün siqaretdən tamamilə imtina etməyə çağırır.

"London Universitet Kolleci"nin tədqiqatçıları müəyyən ediblər ki, gündə 10 siqaret çəkən bir insan 1 yanvarda siqareti buraxsa, 8 yanvara qədər bir tam gün ömrünü qoruya bilər. Əgər 5 fevraladək siqaretdən uzaq dursa, ömrünə bir həftə, 5 avqustadək imtina etsə, bir tam ay əlavə edə bilər. İl sonuna qədər isə 50 günlük ömür itkisindən qaça bilər.

Tədqiqatın müəlliflərindən olan Dr. Sara Cekson (Sara Jackson) bildirib: "İnsanlar ümumilikdə siqaretin zərərli olduğunu bilirlər, lakin onun təsirini çox vaxt kiçildirlər. Siqaretdən imtina etməyənlər orta hesabla təxminən on il ömür itirirlər. Bu isə yaxınlarla birlikdə keçirilməli olan 10 dəyərli il, xatirələr və önəmli hadisələr deməkdir".

Siqaretin geniş yayılmış təsirləri

Dünya üzrə siqaret çəkmə, qarşısı alına bilən ölüm və xəstəliklərin əsas səbəblərindən biridir və uzunmüddətli istifadəçilərin üçdə ikisini öldürür. Böyük Britaniyada siqaretin hər il təxminən 80 min insanın ölümünə və İngiltərədəki xərçəng ölümlərinin dörddə birinə səbəb olduğu bildirilir.

Tədqiqat "Böyük Britaniya Səhiyyə Nazirliyi" tərəfindən sifariş olunub və siqaretin təsirlərini araşdırmaq üçün dünyada aparılmış ilk böyük tədqiqatlardan biri olan 1951-ci il "Britaniya Həkimləri Tədqiqatı"nın, eləcə də 1996-cı ildən qadınların sağlamlığını izləyən "Milyon Qadın Tədqiqatı"nın məlumatlarına əsaslanıb.

2000-ci ildə "BMJ"də yayımlanan bir araşdırma bir siqaretin ömürdən orta hesabla 11 dəqiqə apardığını göstərmişdi. Lakin son tədqiqat bu rəqəmi demək olar ki, iki dəfə artıraraq kişilər üçün 17 dəqiqə, qadınlar üçün isə 22 dəqiqə olmaqla orta hesabla 20 dəqiqəyə çatdırıb.

Dr. Cekson əlavə edib: "Bəzi insanlar qocalıqda xroniki xəstəliklərin çoxluğunu nəzərə alaraq ömrün bir neçə ilini itirməkdən çəkinmədiklərini düşünə bilərlər. Lakin siqaret yalnız ömrün sonundakı sağlam olmayan illəri qısaltmır. Əksinə, sağlam orta yaş dövründə xəstəliklərin başlamasına səbəb olur. Bu, o deməkdir ki, 60 yaşında siqaret çəkən bir insan 70 yaşlı siqaret çəkməyən bir insanın sağlamlıq vəziyyətinə sahib olur".

Siqaretdən tamamilə imtinanın əhəmiyyəti

Tədqiqatçılar vurğulayırlar ki, siqaretdən tamamilə imtina etmədən sağlamlıq və ömür uzunluğu ilə bağlı tam fayda əldə etmək mümkün deyil. Əvvəlki araşdırmalar göstərib ki, siqaret çəkməyin təhlükəsiz bir həddi yoxdur. Gündə bir siqaret çəkən bir insanın ürək xəstəliyi və insult riski gündə 20 siqaret çəkənlə müqayisədə yalnız 50% aşağıdır.

"Krallıq Həkimlər Kolleci"nin tütün üzrə xüsusi məsləhətçisi professor Sancay Aqraval (Sanjay Agrawal) bildirib: "Hər bir siqaret çəkilən zaman həyatın qiymətli dəqiqələrindən itir. Bunun ümumi təsiri təkcə fərdlər üçün deyil, həm də səhiyyə sistemimiz və iqtisadiyyatımız üçün dağıdıcıdır. Bu tədqiqat, siqareti ölüm və xəstəliklərin qarşısı alına bilən əsas səbəbi kimi hədəfə almağın nə qədər vacib olduğunu bir daha xatırladır". (Valyuta.Az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 755   Tarix: 31 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

08.11.2026 329
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

10.11.2026 1099
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

09.11.2026 258
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 555
.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

07.11.2026 337
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 367
.

111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı

Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar

08.11.2026 322
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 712
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 737
.