"Birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik"

"Birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik""Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya "qara qutu"lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir".

"Qafqazinfo" xəbər verir ki, bunu Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

"Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə alıb və idarəetməni demək olar ki, itirib. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb. Bu, təyyarəyə yetirilən birinci xətərdir.

Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı.

Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir", - dövlət başçısı bildirib.

"Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik", - Prezident vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 657   Tarix: 29 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sumqayıtda qadın müalicə olunduğu xəstəxanada ölüb

Sumqayıtda qadın müalicə olunduğu xəstəxanada ölüb. "Report"un yerli bürosu xəbər verir ki, hadisə Təcili Tibbi Yardım Xəstəxanasında qeydə alınıb. 1959-cu il təvəllüdlü Nübar Aslan qızı Qasımova 1 aydır müalicə və müayinə olunduğu xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır

31.12.2024 269
.

Ölkəmizdə elektron siqaretlərə qadağa qoyula bilər?

Elektron siqaretlərin zərərindən dəfələrlə danışılıb və artıq bunun yalnız insanların özlərinə deyil, ətraf mühitə də ciddi ziyan vurduğu demək olar ki, hər kəsə məlumdur. Dünya ölkələrinin səhiyyə qurumları, həkimlər insanları bu təhlükə ilə bağlı mütəmadi məlumatlandırır, onları bu zərərli vərdişdə

31.12.2024 163
.

Lavrov: Rusiya Gürcüstanla münasibətlərin normallaşmasına hazırdır

Moskva Tbilisi ilə münasibətlərin normallaşmasına Gürcüstanın hazır olduğu qədər hazırdır. "Report" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına dair TASS-a müsahibəsində bildirib. "Rusiya – Gürcüstan münasibətlərinin normallaşmasına Tbilisinin hazır olduğ

31.12.2024 181
.

Naxçıvanın gələn il gözlənilən büdcə gəlirlərinin strukturu açıqlanıb

2025-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 493,2 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da 207,4 milyon manatını yerli gəlirlər təşkil etməlidir. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "Naxçıvan Muxtar Respublikasının 2025-ci il üzr

31.12.2024 206
.

Cənubi Koreya Prezidentinin vəkilləri onun həbsinə dair orderdən şikayət etmək niyyətindədir

Koreya Respublikasının Prezidenti Yun Sok Yolun vəkilləri Konstitusiya Məhkəməsinə onun həbs orderinin dayandırılması üçün məhkəmə qərarı verilməsi xahişi ilə müraciət edəcəklər. "Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Daha əvvəl Yüksək Vəzifəli Məmurlarl

31.12.2024 235
.

Mixail Kavelaşvili: Avrointeqrasiya kursunu spekulyasiyalara qarşı müdafiə etmək borcumuzdur

Gürcüstan Prezidenti Mixail Kavelaşvili "Səfirlər Konfransı 2024" çərçivəsində avrointeqrasiya və qərbyönümlü siyasət məsələləri ilə bağlı açıqlamalar verib. "Report"un Gürcüstan bürosunun məlumatına görə, Prezident vurğulayıb ki, Gürcüstanın konstitusiya ilə təsbit edilmiş qərbyönüml

31.12.2024 155
.

Bakıda kişi çimərliyə gedib canına QƏSD ETDİ

Bakıda intihar hadisəsi olub. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Görədil bağlar massivindəki çimərlikdə qeydə alınıb. 36 yaşlı Mahir Qinyaz oğlu Ədilov burada yerləşən yarımtikilidə özünü asaraq həyatına son qoyub. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılı

31.12.2024 409
.

İmişlidə pambıq yığımında yüksək məhsuldarlıq qeydə alınıb

İmişli rayonunda pambıq tarlalarında məhsul yığımı davam edir. Bu barədə "Report"un Muğan bürosuna İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib. Məlumata görə, bu il rayonda 7 033,7 hektar sahədə pambıq əkilib. İndiyə qədər sahələrdən 20 749,4 ton məhsul toplanıb. Hər hektara görə, ort

31.12.2024 201
.

Rusiyaya işləməyə gedənlərin nəzərinə: "Qara siyahı" yaradılır

Rusiya Baş naziri Mixail Mişustin qanun pozuntusu törədən miqrantlar üçün nəzarət edilən şəxslərin reyestrinin yaradılması haqqında qərar imzalayıb. -ın məlumatına görə, sənəd hüquqi məlumatların rəsmi internet portalında dərc edilib. Qərara əsasən, Rusiya Daxili İşlər Nazirliyi miqrasiya uçotunun dövlə

31.12.2024 288
.

TOP MP3