"Cənubi Qafqazda kiçik bir müharibə Ermənistanın məğlubiyyəti ilə nəticələnəcək"-Tural İsmayılov

"Cənubi Qafqazda kiçik bir müharibə Ermənistanın məğlubiyyəti ilə nəticələnəcək"-Tural İsmayılovRusiya ilə Ukrayna arasındakı hərbi toqquşmaların yaratdığı təhdidin və təhlükənin miqyası gündən-günə artmaqdadır. Ukraynanı bu döyüşdə tək buraxmamaq üçün hərbi güc istisna olmaqla bütün qüdrətini səfərbər edən Qərb Kremli çətin vəziyyətə salıb. Bütün sferalarda Kremlin "yolunu" bağlayan Qərbin hazırkı qeyri-hərbi koalisiyası tətbiq etdiyi sanksiyalarla müharibənin gedişatında geridönüş yaratmağa çalışır. Bir sıra siyasi ekspertlər isə geridönüşü mümkünsüz sayır. Hətta mövcud vəziyyəti ötən əsrdə baş verən iki Dünya müharibəsi ərəfəsi ilə əlaqələndirənlər də var. Belə ki, bir sıra politoloqların fikrincə, 1914, 1939-cu illərdəki siyasi-hərbi situasiya məhz hazırkı duruma çox bənzəyirdi. Təsadüfi deyil ki, dünyada baş verən siyasi prosesləri dəyərləndirən zaman vahid qənaət formalaşır: bütün səbəblər III dünya müharibəsini şərtləndirməkdədir.

Bəs III Dünya müharibəsi Cənubi Qafqazdan başlaya bilərmi?

III Dünya müharibəsinin ayrı-ayrı fraqmentlər üzrə başladığını deyə bilərik. Türkiyənin xarici işlər naziri Hakan Fidan da daxil olmaqla dünyanın önəmli siyasi şəxsləri artıq III Dünya müharibəsinə qədəm qoyduğumuzu açıq şəkildə qeyd edib.
Bu baxımdan baş verən hadisələrin gedişatı da onu göstərir ki, III Dünya müharibəsi ayrı-ayrı coğrafiyalarda fraqmental olaraq başlayıb. İstər Ukrayna müharibəsi, istərsə də, Yaxın Şərqdə baş verən hadisələr müharibəyə qədəm qoyduğumuzu söyləməyə əsas verir:

"Cənubi Qafqazda kiçik bir müharibə Ermənistanın məğlubiyyəti ilə nəticələnəcək"-Tural İsmayılov"Lakin III Dünya müharibəsinin Cənubi Qafqazda, ayrıca bir paraqraf və ya fraqmentinin təkrarlanacağını mən düşünmürəm. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında müharibə bitib. Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Bizim ölkə Cənubi Qafqazda sülhü, barışı və əməkdaşlığı təşviq edən ölkədir. Buna baxmayaraq Ermənistanın kütləvi şəkildə silahlandırılması, havadarlarının Azərbaycana qarşı təxribatları davam edir. Bu da Cənubi Qafqazda Ermənistanın növbəti müharibəyə hazırlandığını söyləməyimizə əsas verir. Ermənistanın Azərbaycana qarşı təxribatları davam edərsə, Azərbaycan adekvat və yerindəcə cavab verəcəkdir. Bu da müharibənin bölgədə aktual olmasına əsas verir.
Sülh müqaviləsi bağlanmayıbsa, Ermənistan bu məsələdən yayınırsa Cənubi Qafqazda yeni gərginlik ocaqlarının yaranma ehtimalı böyükdür.
Lakin istənilən halda kiçik bir müharibə Ermənistanın məğlubiyyəti ilə nəticələnəcək. III Dünya müharibəsində Cənubi Qafqaz üçün hansısa kilid nöqtə hesab edilə bilməz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 762   Tarix: 16 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.