Davamlı və etibarlı yeni HONOR X9c smartfonu

Davamlı və etibarlı yeni HONOR X9c smartfonuHONOR şirkəti Azərbaycanda yeni HONOR X9c modelinin satışına start verib. Dünyaca məşhur istehsalçı, onu portfelində ən davamlı smartfon kimi təqdim edir. Davamlılığından əlavə, bir çox digər maraqlı xüsusiyyətlərə malik bu smartfon, sözsüz ki, istifadəçilərə yeni istifadə təcrübəsi bəxş edəcək. Belə ki, bu xüsusiyyətlərdən: tutumlu batareya, sürətli şarj, göz oxşayan displey və üstün foto imkanlarını qeyd etmək olar.

Həmçinin, nazik profili (smartfonun korpus qalınlığı 8 mm-dən azdır), demək olar ki, bütün ön paneli əhatə edən bir qədər axarı displeyi, bahalı saat çərçivəsi təsəvvürü yaradan kamera dizaynını, maraqlı rəng seçimlərinin mövcudluğunu buraya aid etmək olar.

Rənglərə gəlincə isə, HONOR X9c Azərbaycan bazarında üç variantda təqdim olunub: qara titan, jade mavisi və titan bənövşəyi rənglər. Birinci çalar, təbii ki, klassik rənglər sırasında yer alır və eyni zamanda, bu rəng dolğun zadəgan tutqunluğu və məxməri teksturanı özündə birləşdirərək üzərində barmaq izi qoymur.

Bənövşəyi model incə kirşan təəssüratı oyadır və daha çox zərifliyə üstünlük verən istifadəçilərin zövqünü oxşayaraq, son dərəcə uğurlu və narın rəng olaraq sayıla bilər.

Jade mavisi korpuslu modelin arxa tərəfi həm mərmər, həm də şaxtalı şüşə dizaynını xatırladan naxışlarla bəzədilib. Belə ki, sözü gedən çalarda təqdim edilmiş korpus həm, öz dizaynı ilə seçilir, həm də digər rənglərdə olduğu kimi, çirklənməyə və barmaq izlərinə qarşı praktikdir.

İlk baxışdan HONOR X9c öz qiymət kateqoriyasından üstün bir smartfon təəssüratı yaradır, cihazla daha yaxından tanış olandan sonra isə heçdə premium smartfonlardan dala qalmadığı təsdiqin tapır. İstehsalçı əlavə incəlik bəxş edən axarı kənarlar, zövqlü rəng seçimi və kamera blokunun maraqlı şəkildə təqdim edilməsi sayəsində belə bir görüntüyə nail olmuşdur.

Olduqca böyük ekrana sahib olmasına baxmayaraq, HONOR X9c-nin çəkisi sadəcə 189 q təşkil edir.

Smartfon diaqonalı 6,8" AMOLED displey ilə təchiz olunub. Ölçüsü 2700x1224 piksel olan bu ekran, 120 Hz yenilənmə sürətilə işləyərək, DCI-P3 rəng çalarında milyardlarla rəngi tam dəqiqliyi ilə nümayiş etdirir.

Qeyd edək ki, burada pik parlaqlıq 4000 nit təşkil edir və bu o deməkdir ki, hətta parlaq yay günəşi şüaları altında belə təsvirin dəqiq və aydın olacağına əmin ola bilərsiniz. Həmçinin, displey 3840Hz tezlikli geniş-impulslu modulyasiya parıltısı daxil olmaqla bir çox xüsusi görmə mühafizə texnologiyasını özündə birləşdirir.

HONOR X9c üstünlükləri bununla bitmir, smartfon həm də davamlılığı ilə fərqlənir. Belə ki, amortizasiya qəlbləri üzərində yığılan daxili komponentlər və gücləndirilmiş korpus sayəsində, zərbə zamanı cihazın qorunması təmin olunur. Nəticədə, smartfon hətta 2 metrə qədər hündürlükdən düşərsə belə funksionallığını qoruyub saxlaya bilir.

Displey və kamera bloku üzərində istifadə edilən gücləndirilmiş şüşə isə, smartfonun davamlılığını artırır. HONOR bildirir ki, sözü gedən material poladdan daha sərtdir, və onun köməyi ilə smartfonunuz sadəcə düşmələrdən deyil, həm də cızıqlardan qorunur.

Həmçinin HONOR X9c IP65M standartına uyğun istehsal edilib. Üç qatlı mühafizə sistemi sayəsində yüksək suya davamlılıq təmin edilir ki, buda öz növbəsində sizə hətta yaş əllərlə və ya yağış altında sensorlu displeylə işləmək imkanı yaradır.

Əvvəllər yalnız flaqman modellərində istifadə olunan silikon-karbon batareya indi daha uyğun qiymət seqmentində də tətbiq edilərək, HONOR X9c-də istifadə edilib. Qeyd edək ki, smartfonun batareyası 6600 mAh tutumludur. Batareyanın bir dolumu təxminən bir gün onlayn video izləməyə və ya iki gün ərzində musiqiyə qulaq asmaq üçün kifayət edir.

Orta statistik istifadə şəraitində isə HONOR X9c-nin əlavə yükləməməsiz işləmə müddəti, təxminən iki-üç gün təşkil edir. Əlavə olaraq qeyd etmək lazımdır ki, smartfon sürətli yükləməni dəstəkləyir və komplektə 66 Vt gücündə müvafiq yükləmə cihazı daxildir.

HONOR X9c zamanla sınaqdan keçirilmiş Qualcomm Snapdragon 6 Gen 1 prosessoru üzərindən işləyir. Bu prosessor səkkiz nüvəyə malik olub, Adreno A710 qrafikası ilə təchiz edilmişdir. Onun ümumi performansı hətta tələbkar oyunlar üçün belə kifayət edəcək qədərdir.

Smartfon iki versiyada mövcuddur: 8 və 12 GB RAM. Hər iki versiyanın ümumi yaddaş tutumu 256 GB-dır.

Əlavə olaraq qeyd etmək lazımdır ki, cihaz OTG və NFC-ni dəstəkləyir, barmaq izi skaneri isə ekranın altında yerləşdirilib. Kamera blokuna nəzər salsaq, burada əsas kamera 108 MP təsvir ölçüsünə və böyük sensora malikdir. Optik sabitləşmə, süni intellektdən istifadə edərək hərəkətli obyektlərin qeydə alınması və gecə şəraitində foto şəkillərin çəkilməsi, kimi üstün xüsusiyyətlərə malik kamera bloku, həmçinin, 5 MP ultra geniş bucaqlı sensoru da istifadəçilərə təqdim edir.

Qiymətlərlə gəldikdə isə, smartfonun 8 GB RAM versiyası - 799 AZN, 12 GB-lıq isə 899 AZN-ə təqdim olunur. Yeni HONOR X9c modelini İrshad, Kontakt Home, Soliton, Elit Optimal, MG Store, Umico, Smart Electronics, Digital Home və Barkod mağazalar şəbəkəsindən əldə etmək olar.
Davamlı və etibarlı yeni HONOR X9c smartfonuDavamlı və etibarlı yeni HONOR X9c smartfonuDavamlı və etibarlı yeni HONOR X9c smartfonuDavamlı və etibarlı yeni HONOR X9c smartfonuDavamlı və etibarlı yeni HONOR X9c smartfonuDavamlı və etibarlı yeni HONOR X9c smartfonuDavamlı və etibarlı yeni HONOR X9c smartfonu


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1438   Tarix: 06 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı

Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua

15.10.2026 148
.

"Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye

15.10.2026 195
.

"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l

15.10.2026 207
.

Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar - FOTO

Böyük Britaniya Şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ölkəyə qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimai tədbirdə iştirak ediblər. Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Sasseks hersoqu və hersoginyası İngiltərənin Nottingem şəhərinə səfər ediblər. Cütlük şəhərdə yüzlərlə insan tərəfində

15.10.2026 195
.

Trampın kürəkəninə qarşı iddia qaldırıldı

"Citizens for Responsibility and Ethics" təşkilatı (CREW) ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb. "Yeni Sabah" xəbər verir ki, CREW onu qeyri-qanuni diplomatik funksiyaları yerinə yetirməkdə ittiham edir. Təşkilat nümayəndələri təyinat üçün tələblə

15.10.2026 180
.

Bakı Bəyannaməsi qəbul edildi

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. "Qafqazinfo" xəbər verir ki, sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli

15.10.2026 255
.

Türkiyədə Azərbaycana qarşı ittihamlar: Qardaşlığa kim kölgə salır?

Azərbaycanla Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və sarsılmaz qardaşlığa söykənən strateji tərəfdaşlıqdır. "Bir millət, iki dövlət" prinsipi iki xalqın birliyini və qarşılıqlı etimadını ifadə edir. Lakin son dövrlər Türkiyəni

15.10.2026 210
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15.10.2026 187
.

Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir

Parisə yerləşən Luvr Muzeyinin direktoru Kristof Leribo xəbərdarlıq edib ki, bina əsaslı təmir olunmasa, muzey qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qala bilər. "Qafqazinfo" xəbər verir ki, o, "Le Figaro"ya müsahibəsində muzeyin köhnəlmiş infrastrukturu və təhlükəsizli

15.10.2026 143
.