"Azərbaycanlıların dinc, ləyaqətli formada yaşayış hüququ Ermənistan tərəfindən qorunmalıdır"- Tural İsmayılov

"Azərbaycanlıların dinc, ləyaqətli formada yaşayış hüququ Ermənistan tərəfindən qorunmalıdır"- Tural İsmayılov1828-ci ildən başlayaraq indiki Ermənistan ərazisinə İrandan, Türkiyədən, Suriyadan, sonralar isə Avropa ölkələrindən köçürülən ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçiriblər. Zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə cinayətlər və insan hüquqlarının kobud pozulması 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. 1918-ci ildə 10 min kvadratkilometr ərazidə himayədarlarının köməyi ilə öz müqəddəratını təyin edən, ilkin dövlətlərini (Ararat) yaradan ermənilər 1933-34-cü illərdə SSRİ rəhbərliyinin xeyir-duası ilə ərazilərini 29,8 min kvadratkilometrə çatdırıblar. Zəngəzur da daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox kənd və qəsəbələr Ermənistana verilib. Ermənistanın monoetnik dövlətə çevrilməsi milyonlarla azərbaycanlının öldürülməsi, fiziki işgəncələrə məruz qalması və dədə-baba yurdlarından qovulması hesabına başa gəlmişdir. 1828-ci ildə İrəvan şəhərində yaşayan əhalinin 80 faizini azərbaycanlılar təşkil etdiyi halda, hazırda nəinki İrəvan şəhərində, ümumiyyətlə, indiki Ermənistan ərazisində 1 nəfər də olsun azərbaycanlı yaşamır. Halbuki Azərbaycanın Qarabağ iqtisadi zonasında 20 minə yaxın erməni yaşayır.
Bu gün əzəli və əbədi torpaqlarımız olan Qərbi Azərbaycana Qayıdış məsələsi gündəmdədir.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası son 200 il ərzində indiki Ermənistan ərazisindən deportasiya olunmuş, müxtəlif təzyiqlərə məruz qalaraq qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin edən çərçivə sənədidir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, Qərbi Azərbaycana qayıdışla bağlı konkret prioritet hədəflər mövcuddur. Əlbəttə ki, Azərbaycan, soydaşlarının doğma yurdlarına dinc qayıdışını təşviq edən bir ölkədir. Bunun üçün birinci Ermənistan dövləti təhlükəsizlik öhdəliyi götürməlidir. Qərbi Azərbaycana qayıdan soydaşlarımızın rahat və dinc yaşayışı, təhlükəsizliyinin yüksək səviyyədə təmin ediləcəyinə zəmanət verilməlidir:

"Azərbaycanlıların dinc, ləyaqətli formada yaşayış hüququ Ermənistan tərəfindən qorunmalıdır"- Tural İsmayılov"Bu gün Ermənistana müxtəlif turistik səfərlər edən Türkiyə vətəndaşları və yaxud da türk video bloqerlər özəlliklə tarixi qədim Azərbaycan olan ərazilərdə sonradan məskunlaşdırılmış ermənilər tərəfindən təziq və təhdidlərə məruz qalırlar. Buna görə də, azərbaycanlıların dinc, ləyaqətli bir formada yaşayış hüququ yaxud da öz dədə-baba torpaqlarını ziyarət hüququ təhlükəsizlik baxımından Ermənistan tərəfindən yüksək səviyyədə qorunmalıdır.
Ermənistan təhlükəsizlik zəmanəti verdikdən, öz ölkəsindəki faşizm abu-havasını dağıtdıqdan, sonra, hesab edirəm ki, azərbaycanlıların Qərbi Azərbaycana dinc qayıdışı hadisəsi də mərhələli şəkildə baş verəcəkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 697   Tarix: 02 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.