NASA: Kosmonavtların idrak qabiliyyəti getdikcə zəifləməyə başlayır!

NASA: Kosmonavtların idrak qabiliyyəti getdikcə zəifləməyə başlayır!NASA tərəfindən Beynəlxalq Kosmik Stansiyada aparılan yeni bir araşdırma, kosmosda olduqları müddətdə astronavtların idrak qabiliyyətlərinin zəiflədiyini ortaya qoyub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2000-ci ildən etibarən fəaliyyət göstərən Beynəlxalq Kosmik Stansiyada bu günə qədər həm üzvi, həm də qeyri-üzvi maddələr üzərində çoxlu araşdırmalar aparılıb. Beləliklə, müxtəlif materialların kosmos şəraitində necə reaksiya verdiyi öyrənilib. Lakin bəlkə də ən vacib tədqiqat birbaşa astronavtların üzərində aparılan tədqiqatdır. Uzun müddət stansiyada vaxt keçirən astronavtları ətraflı şəkildə araşdıran alimlər, kosmos şəraitinin insan bədəni üzərindəki təsirlərini öyrənmək imkanı əldə ediblər. Bu tədqiqatları sürətlə davam etdirən alimlər, qısa müddət əvvəl diqqətəlayiq bir faktı aşkar ediblər. Kosmosa gedən astronavtlar, orada olduqları müddətdə beyinlərini Yer kürəsində olduğu qədər effektiv istifadə edə bilmirlər. Çünki aparılan testlər astronavtların kosmosda olduqları zaman idrak qabiliyyətlərinin zəiflədiyini göstərir.

NASA-nın Davranış Sağlamlığı və Performans Laboratoriyasında çalışan tədqiqatçılar tərəfindən aparılan bu araşdırmanın nəticələri yaxın zamanda "Frontiers" jurnalında dərc olunub. 6 ay ərzində Beynəlxalq Kosmik Stansiyada vaxt keçirən astronavtlar üzərində aparılan tədqiqat, kosmosda vaxt keçirən və Yer kürəsinə geri dönən astronavtların idrak qabiliyyətlərinin qalıcı olaraq zəifləmədiyini göstərir. Lakin kosmosda aparılan idrak testlərində onların Yer kürəsindəki performansları ilə müqayisədə daha zəif nəticələr göstərdiyi məlum olub.

Beynəlxalq Kosmik Stansiyada keçirilən testlərdə astronavtların məlumat emal etmə sürətinin azaldığı, vizual yaddaş və diqqət səviyyələrinin zəiflədiyi, risk alma meylinin isə artdığı müəyyən edilib. Xoşbəxtlikdən, bu dəyişikliklər Yer kürəsinə geri döndükdə əvvəlki səviyyələrinə qayıdır. Bu, beynindəki dəyişikliklərin müvəqqəti olduğunu göstərir. Buna baxmayaraq, bu dəyişikliklərin səbəbini anlamaq üçün yeni tədqiqatlar davam etdiriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 743   Tarix: 26 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ Venesuelaya Maduro və həyat yoldaşının vəkillərinin xərclərini ödəməyə icazə verdi

Amerika Birləşmiş Ştatlarının rəhbərliyi Venesuela dövlətinə ölkənin keçmiş prezidenti Nikolas Maduro və onun xanımı Siliya Floresin vəkil xərclərini qarşılamağa razılıq verib. xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub Dairəsinin federal məhkəməsinə məxsus elektron bazada dərc olunmuş sənəddə qeyd edilib

18:40 174
.

Tramp: ABŞ İrandan yeni təklif alıb

ABŞ Prezidenti Donald Tramp İslamabaddakı görüşün uğursuzluğundan sonra İranın Vaşinqtona yeni təklif verdiyini açıqlayıb. "Report"un məlumatına görə, o, bu barədə Palm-Biçdən Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə bildirib. Onun sözlərinə görə, İranın danışıqlarda Amerika tərəfinə təklif

13:00 165
.

DİQQƏT! Aprelin 27-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Sabaha gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, aprelin 27-də günün ikinci yarısından 28-i axşamadək güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişsizdir

19:38 154
.

Azərbaycan xalça və xalça məmulatları istehsalını 22 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 15,1 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 dəfə çoxdur. Bu il aprelin 1-nə ölkədə 5 min kvadratmetr hazır məhsul ehtiyat

19:00 133
.

Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO

Son dövrlərdə xarici ölkə vətəndaşları ilə həmyerlilərimiz arasında evliliklərin sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 48 546 nikaha daxilolma halı qeydə alınıb. Bunlardan 937-si Azərbaycan vətəndaş

18:30 199
.

Azərbaycanda bu qədər şəxs birdəfəlik yardım ALACAQ

Prezident İlham Əliyevin yeni "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında"

12:20 207
.

Rusiyada dələduzlar pensiyaçı qadından və qızından 40 milyon rubl oğurlayıblar

Rusiyanın paytaxtı Moskvada 80 yaşlı qadın və onun qızı dələduzların qurbanı olublar. Naməlum şəxslər onlardan ümumilikdə 39.7 milyon rubl (təxminən 890 min manat - red.) məbləğində vəsait oğurlayıblar. " "ya istinadən xəbər verir ki, bu barədə Moskva Vilayət Prokurorluğu məlumat yayıb. İdarəni

20:30 110
.

"Son zəng" tədbirlərində QADAĞA

Azərbaycanda "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərilib. xəbər verir ki, təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsind

12:10 220
.

Sibiqa: Azərbaycan Ukraynaya avtobuslar verib və 45 milyon dollarlıq yardım edib

Azərbaycan yerli icmaların ehtiyacları üçün humanitar yardım kimi Ukraynaya beş sərnişin avtobusu verib. "Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, 2022-ci ildən bəri Azərbaycan hücumlar şəraitind

17:00 165
.

TOP MP3