Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJŞimal qonşumuz Rusiyanın Sibir regionu təbiəti ilə yanaşı özünün neft və qaz yataqları ilə də zəngindir. 60 il bundan öncə burada ilk neft yataqlarının tapılması Sibir regionun inkişafına, ümumilikdə, ölkənin neft-qaz, enerji nəhənginə çevrilməsinə səbəb olub. Ona görə də, Rusiyanın Sibir regionunun Xantı-Mansiysk Muxtar dairəsi burada nefti ilk tapan şəxsin adını günü bu gün də qürur hissi ilə anır, regionun inkişafını məhz bu şəxsin adı ilə bağlayır. Bu şəxs isə azərbaycanlı geoloq-neftçi alim Fərman Salmanovdur.

Lent.az xəbər verir ki, APA-nın Rusiyadakı xüsusi müxbiri Fərid Əkbərovun Sibirdən, Fərman Salmanovun ilk neft yatağını tapdığı Surqutdan hazırladığı reportajı təqdim edirik.

Sibirdə nefti ilk tapan Fərman Salmanovun adına Surqut Hava Limanına xoş gəlmisiniz!

Moskva-Surqut aviareysi ilə uçan təyyarə... Pilot sərnişinlərə "Təyyarəmiz Sibirdə nefti ilk tapan Fərman Salmanovun adına Surqut Hava Limanına enir" deyə anons verir... Həqiqətən azərbaycanlı kimi qürur duyulası hisslərdir.

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJSurqut şəhərinin hava limanı 2019-cu ildən azərbaycanlı məşhur geoloq, Sibirdə ilk neft yataqlarını kəşf edən Fərman Salmanovun adını daşıyır. Rusiya hava limanlarına "ölkə qarşısında xüsusi xidmətləri olan" şəxsiyyətlərin adlarının verilməsi barədə qərar prezident Vladimir Putin tərəfindən imzalanıb. Rusiya dövlət başçısının fərmanı az qala 50 aeroporta görkəmli şəxslərin adlarının verilməsinə dair "Velikiye imena Rossiyi" (Rusiyanın dahi adları) adı ilə 2019-cu ildə keçirilən səsvermənin yekunlarına əsaslanır. Surqut şəhəri üzrə qalib gələn Fərman Salmanovun namizədliyi səslərin az qala 60 faizini cəlb edib.

Rusiyanın Tümen vilayətinin tərkibinə daxil olan Xantı-Mansiysk Muxtar dairəsinin Surqut şəhəri vaxtı ilə məhbusların sürgün edildiyi məkan olsa da, ötən əsrin 60-cı illərindən burada neft yataqlarının tapılması nəyinki Surqutun, bütün regionun sosial-iqtisadi inkişafına təkan vermiş olub. Məhz bu səbəbdəndir ki, Sibir əhalisi bu inkişafa səbəb olan şəxsin adını, Sibirdə ilk neft yatağını kəşf edən Fərman Salmanovu unutmayıb, hər addımda onun xatirəsini əbədiləşdirib. Bu gün onun ilk neft ekspedisiyası apardığı Surqutda adına verilmiş hava limanı və küçə ilə yanaşı gimnaziya, neftqazkondensat yatağı və ev muzeyi fəaliyyət göstərir.

Fərman Salmanovun ev-muzeyinin əməkdaşı Azad Məhərrəmovun sözlərinə görə, azərbaycanlı geoloq bura geoloji kəşfiyyat ekspedisiyasını rəisi olaraq gəlib. "Fərman Salmanov 4 ildən çox bu evdə yaşayıb. Onun ekspedisiyası təkcə neft yataqlarının kəşfiyyatı ilə məşğul olmayıb, həm də Surqutda tikinti işlərinə kömək edib. Məhz bu ekspedisiyanın sayəsində Surqut balıqçılıq və meşə təsərrüfatı ilə məşğul alan balaca bir kənddən Yuqranın ən çox əhalisi olan şəhərinə çevrilib. Geoloqluq elə bir peşədir ki, bu peşənin sahibləri tez-tez yaşayış və iş yerlərini dəyişməli olurlar. Salmanov da 1961-ci ildə buradan çox az məsafədə olan Ust-Balıka gedib, orada neft yataqları axtarışı ilə məşğul olub".

"Salmanovun sayəsində 5 minlik əhalisi olan qəsəbədən Rusiyanın neft paytaxtına çevrilən Surqut"

Salmanovun ev-muzeyinin yerləşdiyi ərazi 1957-ci ilə kimi 5 min nəfərlik əhalisi olan "Çornıy Mız" (Qara Mız) adlı qəsəbə olub. Lakin 1957-ci ildə azərbaycanlı geoloq Fərman Salmanov burada ilk neft yataqlarını kəşf edəndən sonra, daha doğrusu 1957-ci ildən 1961-ci ilə qədər neft ekspedisiyası aparandan, burada ilk neft yataqlarını kəşf edəndən sonra Surqut Rusiyanın neft paytaxtına çevrilib.

Fərman Salmanovun ev-muzeyi müasir Surqut şəhəri üçün unikal bir yerdir. Burada "altmışıncı illərin ərazisi" imici qorunub saxlanılmışdır. Bütün kompleksin mərkəzi Sibir neftinin kəşfçisi Fərman Salmanovun tarixi yerində qorunub saxlanılan evidir. Evin eyvanında qazma bitləri, qaya və neft nümunələri kolleksiyaları var. Sibirin neft kəşfiyyatı dövrünün avadanlıq nümunələri açıq sahədə nümayiş etdirilir. Burada ekspedisiya dövründə azərbaycanlı geoloqa məxsus olmuş avtomobil texnikası, neft qazmaq üçün qurğular və "neft vışkası" eksponat kimi nümayiş olunur.

Muzeyin xüsusi qüruru isə bir vaxtlar burada mövcud olan Tayqa meşəsindən qalan çoxəsrlik kedr ağaclarıdır ki, onları Fərman Salmanov özü qoruyub saxlayıb. Bu tayqa "nəhəngləri" muzey ərazisini xüsusi istilik və rahatlıqla doldurur.

Fərman Salmanov 1957-ci ildən 1961-ci ilə kimi bu evdə yaşayıb. 2007-ci ildən bu ev onun yubileyi ilə əlaqədar ev-muzeyinə çevrilib. Hal-hazırda burada Fərman Salmanovun yaşadığı dövrdəki şəxsi əşyaları, fotoları, ailə üzvlərinin şəkilləri qorunub saxlanılır.

"Bizim regionda geoloq peşəsinə həsr olunmuş çoxlu muzeylər var. Lakin Fərman Salmanov ev-muzeyi məhz bir nəfərin adına olan yeganə muzeydir. Yəni, digər muzeylər ümumidir, orada müxtəlif geoloqlara həsr olunan ayrıca güşələr var", - deyə muzeyin əməkdaşı Azad Məhərrəmov bildirib.

Rusiyanın ən soyuq yerlərinə əbədi istilik gətirən azərbaycanlı

Salmanovun xatirəsi təkcə Surqutda deyil, Xantı-Mansiysk şəhərində də əziz tutulur. Belə ki, Rusiyanın ən böyük kern, yəni mədən süxurları anbarında Fərman Salmanvun Sibirdə geoloji kəşfiyyat dövründə əldə etdiyi nümunələr bu gün də qorunub saxlanılır.

Ötən əsrin 60-cı illərində Fərman Salmanov "Möhtərəm yoldaşlar, Megionda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı?" "Mən nefti tapdım. Bax belə!" deyə ona inanmayan həmkarlarına və SSRİ rəhbəri Nikita Xruşşova cavab vermişdi. Bu səbəbdəndir ki, həmyerlimizi həm Sibiri fəth etmiş azərbaycanlı neftçi, həm də Rusiyanın ən soyuq yerlərinə əbədi istilik gətirən azərbaycanlı da adlandırırlar.

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJŞaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7897   Tarix: 25 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

KİV: Hakerlər Almaniya hökumətinin rabitə kanalları barədə məlumatları yayıblar

Berlin Senatının şəbəkəsini sındıran hakerlər şəhər administrasiyasının girov ödəməkdən imtina etməsindən sonra Almaniya hökumətinin fövqəladə hallar üçün nəzərdə tutulmuş rabitə kanalları barədə məlumatları açıq şəkildə yayıblar. xəbər verir ki, bu barədə "Bild" nəşrinə alman araşdırmaçı jurnalis

06.09.2026 218
.

BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı

BMW Almaniyada 3, 5 və 7 seriyalarından olan 189 130 avtomobili alovlanma riski səbəbindən geri çağırır. bildirir ki, bu barədə Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsindən məlumat verilib. Məlumata görə, buna səbəb sudan kifayət qədər qorunmayan starter rölesidir. Detalın daxilindəki kontaktla

06.09.2026 176
.

Məlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilib

ABŞ-nin hökumət müstəntiqləri jurnalistlərə məlumatların sızmasının araşdırılması çərçivəsində ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin təxminən 50 əməkdaşını poliqraf testindən keçiriblər. "Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə vəziyyətl

06.09.2026 164
.

Uşaq futboluna 10 milyon manat: "Sabah"dan nümunəvi təşəbbüs

"Sabah" futbol klubunun uşaq futboluna ayıracağı 10 milyon manatlıq vəsait nümunəvi addımdır. Düşünürəm ki, bu komanda bu günə qədər də uşaq futbolunun inkişafına yetərincə diqqət yetirib". Bunu BİG.AZ-a açıqlamasında futbol üzrə ekspert Kənan Məstəliyev bildirib. O, qeyd edib ki, istə

10:36 96
.

Qazaxıstan dəniz limanlarının gücünü 30 milyon tona qədər artıracaq

Qazaxıstan 2030-cu ilə qədər dəniz limanlarının ümumi gücünü 21,8 milyon tondan 30 milyon tona qədər artırmağı planlaşdırır. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətindən bildirilib. Son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM

06.09.2026 161
.

Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib

Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarət münasibətlərini dayandıra bilər. "Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsind

06.09.2026 230
.

Rodriqes: Venesuela artıq beynəlxalq enerji təhlükəsizliyini təmin edir

Rəsmi Karakas tərəfindən ABŞ və digər ölkələrlə imzalanan müqavilələr həm venesuelalılar, həm də dünya iqtisadiyyatı üçün faydalıdır. "Report"un məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bunu ölkənin dövlət televiziyasının efirində bildirib. "Biz təkcə Venesuel

06.09.2026 182
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlarda yağış yağır, şimşək çaxır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntını

11:02 72
.

Tramp: ABŞ DÇ-2026-ya ev sahibliyi ilə 18 mlrd. dollardan çox qazanc əldə edib

ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin futbol üzrə dünya çempionatının Amerika iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirdiyini bildirib. "Report"un məlumatına görə, Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. O, həmçinin qeyd edib ki, dünya çempionatın

06.09.2026 179
.