Əli Əsədov Qərar imzaladı
"Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası"nda dəyişiklik edilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində bu Qayda ilə müəyyən edilmiş hallarla bağlı meşə təsərrüfatına dəyən zərər və itkilər tam şəkildə ödənilməlidir. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında" 1993-cü il 27 dekabr tarixli 636 nömrəli, "Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında" 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarları və 2000-ci il 15 mart tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş "Meşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası"na uyğun olaraq tənzimlənir.
Meşə təsərrüfatına dəyən zərər və itkilərə görə hesablanmış məbləğin təqsirkar fiziki və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ziyanın miqdarı ilə bağlı qərar (hesabat sənədi ilə birlikdə) təqsirkar olan fiziki və hüquqi şəxslərə şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Meşə təsərrüfatına dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki və hüquqi şəxslər üçün məcburidir, bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 685 Tarix: 25 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəlil Göyüşov şadlıq sarayında camış ətinin verilməsindən danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."
"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov sahibi olduğu "Ramin-Nur" şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim olunaraq istehlakçıların aldadılmasından danışıb. İş adamı Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatdan naraz
18.12.2025 261 Avropa Rusiyaya xəbərdarlıq etdi
Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə
18.12.2025 217 Panama sahillərində zəlzələ baş verib
Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı
18.12.2025 198 Balaəlinin ikinci övladı oldu
Tanınmış meyxanaçı Balaəli Maştağalının ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə "İncə səhər" verilişində aparıcı Vüsalə Əlizadə məlumat yayıb. O, meyxanaçının oğlunun dünyaya gəldiyini bildirib. Qeyd edək ki, Balaəlinin Dəniz adlı bir qız övladı da var
18.12.2025 468 Yeni il hədiyyələri alarkən diqqətli olun!
Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulları
18.12.2025 245 Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?
Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin
18.12.2025 424 Ürəktutması keçirənlərin ortaq XÜSUSİYYƏTİ: 1 nömrəli SƏBƏB
Yuxudan oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş insanlar arasında geniş yayılmış vərdişdir. xarici mediaya istinadla bildirir ki, bu barədə britaniyalı kardioloq Sana Sadoqsay açıqlamasında deyib. Həkimin sözlərinə görə, yaşından və həyat tərzindən asılı olmayaraq, anamnezind
18.12.2025 274 Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA
Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ
18.12.2025 281 Tayland Kamboca müharibəsində son durum
Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v
18.12.2025 199