Daxili çayların bir çoxu quruyub: Problemlərin həlli üçün hansı işlərin görülməsinə ehtiyac var?

Daxili çayların bir çoxu quruyub: Problemlərin həlli üçün hansı işlərin görülməsinə ehtiyac var?COP29 çərçivəsində "İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği" adlı tədbirdə İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoquna rəsmi start verilib. Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen İqlim fəaliyyəti üçün su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolunu imzalayıblar.

Qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində su qıtlığı problemi Bakıda keçirilən COP29-un da əsas müzakirə mövzularından biridir. Azərbaycan diqqəti şirin su ehtiyatlarının azalmasına yönəltmək, bu istiqamətdə səyləri birləşdirmək üçün bütün ölkələrini ilk Su Bəyannaməsinə qoşulmağa çağırıb. Bu məqsədlə COP29 çərçivəsində "İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği" adlı tədbirdə İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoquna rəsmi start verilib. Tədbir çərçivəsində ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen İqlim fəaliyyəti üçün su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolunu imzalayıblar. Qeyd edilib ki, niyyət protokolu təşəbbüsün gələcək fəaliyyətlərinin icrasına dəstəyi nəzərdə tutub.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Qeyd edək ki, Azərbaycanda il ərzində suvarılan torpaqlar 1.02 milyon, suvarılabilən ərazilər isə 1,54 milyon hektardır. Bu rəqəmlər "Su təhlükəsizliyi problemlərinin həlli üçün səmərəli su sektoru institutlarına və proqramlarına keçid" adlı hesabatda əksini tapıb. Azərbaycanda suvarma səmərəliliyinin ən yüksək göstəriciləri Mil-Muğan, Naxçıvan və Şirvan-Salyan iqtisadi rayonlarında qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, eyni dövrdə qəbul edilmiş suyun ümumi həcmi orta hesabla 7 milyard 30 milyon kubmetr təşkil edib ki, bu da potensial olaraq ölkə səviyyəsində təxminən 67 faiz ümumi su itkisini göstərir.

Bəs bu problemlərin həlli üçün hansı işlərin görülməsinə ehtiyac var? Qurumlar bu barədə nə düşünürlər?

Vahid idarəetmənin vacibliyi

Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfovun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı sahəsində ən problemli sahələrindən biri də suvarmadır: "Ən böyük problem isə vahid idarəçiliyin olmamasıdır".

Ş.Nəcəfovun fikrincə, əlimizdə olan sahələri hələ tam suvara bilmirik. Lakin hər il əkin sahələri daha da artır. Bu, su çatışmazlığını yaradan əsas səbəblərdəndir: "Mövcud əkin sahələri davamlı suvarılma potensialına sahib deyil. Davamlı suvarılmada əkinçi istədiyi vaxt sahəsini sulamalıdır. Yağışlar bol olanda birtəhər idarə edə bilirlər. Amma quraqlıq olduqda məhsuldarlıq xeyli aşağı düşür. Bununla belə, örüş sahələri əkin sahələri ilə əvəzlənir".

Su kanalları beton olmalıdır

Ekspert bildirib ki, davamlı suvarılma imkanı olmadıqda növbəli əkin sistemi tətbiq edilməlidir: "Məsələn, fermer eyni anda 10 hektar sahədə taxıl əkir və oradan 15-20 ton taxıl yığır. Növbəli əkində isə beş hektarı əkir, digər sahəni dincə qoyur. Əkdiyi beş hektardan 25 ton taxıl yığır. Meyvə bağları intensiv sulama-damlama sisteminə keçirilir. Buna dövlət tərəfindən dəstək də verilir. Beləliklə, su itkilərinin qarşısı qismən də olsa alınır. Digər damlama-çiləmə təsərrüfatlarına da dəstək artırılmalıdır. Kanallar betonlaşmalıdır. Çünki torpaq kanallar xeyli miqdarda suyun itirilməsinə səbəb olur. Su kanallarının yalnız 20 faizində betonlaşma həyata keçirilib".

Daxili çayların bir çoxu quruyub

İqtisadçı Pərviz Heydərov isə düşünür ki, hazırda suvarma sahəsində çatışmazlıqlarımız, əsasən mövcud su potensialımızın azalmasından qaynaqlanır: "Məsələn, son illər ərzində iqlim dəyişikliklərinin və uzun sürən quraqlıqların nəticəsində ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çaylarında su kəskin azalıb və daxili çayların bir çoxu isə ümumiyyətlə quruyub. Ona görə də kənd təsərrüfatı bitkilərinin, həmçinin meyvə və tərəvəz əkininin suvarma suyu ilə təminatı çətinləşib".

P.Heydərovun fikrincə, suvarmadakı qıtlığın qarşısının alınması üçün su ehtiyatlarımız nəzarətə götürülməlidir:

"Azərbaycan su ehtiyatlarıyla bağlı yaxın gələcəkdə dünyada ciddi böhranla qarşı-qarşıya qalacaq ölkələrdən biri sayılır. Ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz azalacağı gözlənilir. Odur ki, bu gün işartıları görünən bir sıra real su problemlərimiz yaxın gələcəkdə daha ciddi şəkil alacaq. Mövcud su ehtiyatlarımızdan səmərəsiz istifadə su ilə bağlı bizi gözləyən böhranlı vəziyyəti daha sürətlə yaxınlaşdırır. Odur ki, prioritet məsələ ilk növbədə bu vəziyyəti aradan götürməkdir. Məlumata görə, ölkəmizdə yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir ki, bunun da yalnız 30 faizi daxili ərazimizdə formalaşır, 70 faizi isə qonşu ölkələrin ərazilərindən daxil olur. Yerüstü su ehtiyatlarımızın daxildə formalaşan hissəsi daha çox mühafizə olunmalı və istehlakı dövlət nəzarətinə götürülməlidir".

Mütəmadi müzakirələr aparılır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən isə bildirildi ki, son dövrlərdə qlobal iqlim dəyişilmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində görülmüş işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj şəbəkələrinin, nasos stansiyalarının və digər infrastrukturların tikilib istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfələr verib.

Qurumun məlumatına görə, müvafiq qurumların, şirkətlərin və fermerlərin iştirakı ilə kənd təsərrüfatı bitkilərinin su təminatının vəziyyəti, yaranan çətinliklər və onların aradan qaldırılması ilə bağlı mütəmadi olaraq müzakirələr aparılır və müvafiq tədbirlər müəyyənləşdirilir:

"Əkinlərin su təminatı məqsədi ilə suvarma qrafikləri hazırlanır və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiya edilir. Bu qrafiklər Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında yerləşdirilir. Mütəmadi olaraq sudan qənaətli və səmərəli istifadə, suvarma qrafikləri üzrə növbəliliyə riayət olunması ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarının stabil su təminatına nail olunması, qeyri-məhsuldar su itkilərinin əhəmiyyətli dərəcədə azaldılması istiqamətində maarifləndirilməsi işləri həyata keçirilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 498   Tarix: 24 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir

Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması və sükanı tutmadan hərəkət etməsi yolverilməzdir. "Report" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib. Qeyd edilib ki, skuterlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayə

06.09.2026 174
.

"ABŞ-İran müharibəsini yalnız Yaxın Şərq münaqişəsi kimi qiymətləndirmək böyük səhv olardı" - BƏHRUZ QULİYEV

"Böyük Britaniyanın "The Telegraph" nəşrində səsləndirilən "ABŞ-İran müharibəsi NATO-nu parçalaya bilər" fikri, ilk baxışda, kifayət qədər sərt və sensasion görünə bilər. Lakin məsələyə daha dərindən yanaşanda bunun sadəcə jurnalist proqnozu deyil, Qərb daxilində getdikcə güclənə

10:02 204
.

Pakistan ordusu Əfqanıstanla sərhəddə 20-dən çox terrorçunu məhv edib

Pakistanın təhlükəsizlik qüvvələri sentyabrın 3-dən 5-dək Xeybər-Paxtunxva vilayətində baş verən bir neçə toqquşma zamanı 20-dən çox terrorçunu məhv edib. "Report" "Dawn" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi media resursu olan ISPR məluma

06.09.2026 225
.

Tramp: ABŞ DÇ-2026-ya ev sahibliyi ilə 18 mlrd. dollardan çox qazanc əldə edib

ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin futbol üzrə dünya çempionatının Amerika iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirdiyini bildirib. "Report"un məlumatına görə, Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. O, həmçinin qeyd edib ki, dünya çempionatın

06.09.2026 179
.

4 uşaq anası olan arvadını və özünü küçədə öldürdü

Türkiyədə küçədə dəhşətli qətl hadisəsi olub. yerli mediaya istinadla bildirir ki, hadisə Kahramanmaraş şəhərinin, Onikişubat rayonunun Mercimektepe məhəlləsində baş verib. 56 yaşlı Tevfik Bağrıaçık mübahisə etdiyi 49 yaşlı həyat yoldaşı Dilek Bağrıaçıkı küçənin ortasında tüfənglə güllələyərək öldürüb

06.09.2026 269
.

Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər

06.09.2026 212
.

Rodriqes: Venesuela artıq beynəlxalq enerji təhlükəsizliyini təmin edir

Rəsmi Karakas tərəfindən ABŞ və digər ölkələrlə imzalanan müqavilələr həm venesuelalılar, həm də dünya iqtisadiyyatı üçün faydalıdır. "Report"un məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bunu ölkənin dövlət televiziyasının efirində bildirib. "Biz təkcə Venesuel

06.09.2026 180
.

İspaniya istidən qovrulur: Temperatur 46 dərəcəyə çatır

İspaniyada meteoroloji müşahidələr tarixində sentyabr ayı üçün mütləq temperatur rekordu qeydə alınıb. Sentyabrın 3-də Əndəlüs muxtar icmasının El-Qranado bələdiyyəsində termometrlər 45,7 dərəcəni göstərib. xəbər verir ki, bu barədə "Aemet" meteorologiya agentliyi məlumat yayıb. Qurumun məlumatın

06.09.2026 167
.

Berlin Senatına böyük KİBERHÜCUM: Məxfi sənədlər internetə sızdırıldı

Berlin Senatının şəbəkələrini kiberhücuma məruz qoyan hakerlər darknetdə təxminən 1,4 milyon məlumatı, o cümlədən xasiyyətnamələri, tender sənədlərini və əməkdaşların şəxsi işlərini yerləşdiriblər. bu barədə RBB radiosuna istinadən xəbər verir. Daha əvvəl "Rhysida" haker qruplaşması şəhər hakimiyyətində

06.09.2026 171
.