Maşın almağa imkanı olmayanlara müjdə...

Maşın almağa imkanı olmayanlara müjdə...Azərbaycanda artıq bir neçə ildir ki, Naxçıvan, Hacıqabul, Neftçala və Gəncə kimi şəhərlərində yerli yığım avtomobillər hazırlanır. Sözügedən Sənaye zonalarında "Şevrolet", "İsuzu", VGV, UAZ, "Lada", "Xəzər" (Khazar) və s. markalı avtomobillər istehsal edilir. Yerli maşınlara tələbat olduqca yüksəkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə yerli yığım avtomobillərin satışı təqribən 60% artıb. Üstəlik, bu nəqliyyat vasitələrini alanlara olduqca sərfəli güzəştlər tətbiq olunur.

BiG.AZ xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, hazırda bu maşınlar sərfəli daxili lizinq şərtləri ilə satılır:

"Söhbət maşınların satışındakı güzəştlərdən gedirsə, yerli istehsal avtomobillər onsuz da sərfəli daxili lizinq şərtləri ilə satılır. Hətta bu maşınları alan şəxsin bank gecikməsinə də nəzər yetirilmir. Çünki həmin maşınlar sosial vəziyyəti aşağı olan insanlar üçün nəzərdə tutulub. Ona görə bu kateqoriyadan olan şəxslərə nəqliyyat vasitələri maksimum güzəştli şərtlərlə verirlər".

E.Əliyev qeyd edib ki, güzəştlər daha çox maddi gəliri aşağı olan insanların avtomobillə təmin olunması üçün nəzərdə tutulub:

"Alıcılar dərindən araşdırılmır. Yəni onsuz da bu avtomobillər maddi gəliri aşağı olan insanlar üçün minimal ilkin ödənişlə satılır ki, onlar maşınlardan, el dili ilə desək, "çörək ağacı" kimi istifadə edə bilsinlər. Təbii ki, bu, alqışlanası bir addımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 954   Tarix: 09 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilib

ABŞ-nin hökumət müstəntiqləri jurnalistlərə məlumatların sızmasının araşdırılması çərçivəsində ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin təxminən 50 əməkdaşını poliqraf testindən keçiriblər. "Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə vəziyyətl

14:20 110
.

Berlin Senatına böyük KİBERHÜCUM: Məxfi sənədlər internetə sızdırıldı

Berlin Senatının şəbəkələrini kiberhücuma məruz qoyan hakerlər darknetdə təxminən 1,4 milyon məlumatı, o cümlədən xasiyyətnamələri, tender sənədlərini və əməkdaşların şəxsi işlərini yerləşdiriblər. bu barədə RBB radiosuna istinadən xəbər verir. Daha əvvəl "Rhysida" haker qruplaşması şəhər hakimiyyətində

12:10 143
.

Nyu-Yorkda məktəblilərə süni intellekt qadağası

ABŞ-nin Nyu-York şəhərində məktəblilər üçün süni intellektdən istifadə ilə bağlı yeni qaydalar tətbiq olunub. Axşam.az xəbər veirr ki, şəhərin dövlət məktəblərində 8-ci sinfə qədər şagirdlərin dərslər zamanı generativ süni intellekt alətlərindən istifadəsinə bir il müddətinə qadağa qoyulub. Qərar 2026-2027-c

21:15 0
.

Uruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi

Uruqvayda ev quşlarında quş qripi virusunun aşkar edilməsindən sonra ölkə miqyasında fövqəladə vəziyyət elan olunub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Uruqvayın Heyvandarlıq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi məlumat yayıb. Məlumatda ölkənin cənub-qərbində yerləşən Koloniy

12:50 134
.

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına aviabombaların satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına yüksək dəqiqlikli JDAM-ER genişləndirilmiş aviasiya sursatlarının, eləcə də əlaqədar avadanlıqların potensial tədarükünə razılıq verib, paketin ümumi dəyəri təxminən 5 milyard dollar qiymətləndirilir. "Report" xəbər verir ki, müvafiq bəyanat qurumu

17:20 75
.

Rodriqes: Venesuela artıq beynəlxalq enerji təhlükəsizliyini təmin edir

Rəsmi Karakas tərəfindən ABŞ və digər ölkələrlə imzalanan müqavilələr həm venesuelalılar, həm də dünya iqtisadiyyatı üçün faydalıdır. "Report"un məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bunu ölkənin dövlət televiziyasının efirində bildirib. "Biz təkcə Venesuel

14:30 123
.

Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır

Qarabağ bizim üçün sadəcə bir coğrafiya deyil, bu torpaq şəhidlərin qanı, qazilərin canı və əsgərlərin qəhrəmanlığı ilə bizə əmanət olunan müqəddəs Vətəndir. "Report" xəbər verir ki, bunu "Qarabağ" ordenli kapitan Şamxal Ağayev işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlar

22:15 0
.

Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb. "Report"un məlumatına görə, O.Hüseynli rəhbərlik etdiyi "Renaissance Travel"

12:20 136
.

ABŞ İranın nüvə öhdəliklərini pozması ilə bağlı AEBA-nın qətnamə qəbul etməsinə çalışır

ABŞ, həmçinin onun müttəfiqləri olan Böyük Britaniya, Fransa və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasına təzyiq göstərərək onun gələn həftə İranın nüvə silahının yayılmaması sahəsindəki öhdəliklərini pozması ilə bağlı qətnamə qəbul etməsinə nail olmağa çalışırlar. B

19:20 0
.