Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı GünüdürBu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

BiG.AZ xəbər verir ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.

1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmasına qərar verilib.

1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident, həmçinin, Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib, dəyişikliyə əsasən, Dövlət Bayrağı Günü qeyri-iş günü hesab olunur.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Bayıl ərazisində Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, islamçılıq və müasirlik" formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə" əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.

Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var.

Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 462   Tarix: 09 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilib

ABŞ-nin hökumət müstəntiqləri jurnalistlərə məlumatların sızmasının araşdırılması çərçivəsində ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin təxminən 50 əməkdaşını poliqraf testindən keçiriblər. "Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə vəziyyətl

14:20 110
.

Berlin Senatına böyük KİBERHÜCUM: Məxfi sənədlər internetə sızdırıldı

Berlin Senatının şəbəkələrini kiberhücuma məruz qoyan hakerlər darknetdə təxminən 1,4 milyon məlumatı, o cümlədən xasiyyətnamələri, tender sənədlərini və əməkdaşların şəxsi işlərini yerləşdiriblər. bu barədə RBB radiosuna istinadən xəbər verir. Daha əvvəl "Rhysida" haker qruplaşması şəhər hakimiyyətində

12:10 143
.

Nyu-Yorkda məktəblilərə süni intellekt qadağası

ABŞ-nin Nyu-York şəhərində məktəblilər üçün süni intellektdən istifadə ilə bağlı yeni qaydalar tətbiq olunub. Axşam.az xəbər veirr ki, şəhərin dövlət məktəblərində 8-ci sinfə qədər şagirdlərin dərslər zamanı generativ süni intellekt alətlərindən istifadəsinə bir il müddətinə qadağa qoyulub. Qərar 2026-2027-c

21:15 0
.

Uruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi

Uruqvayda ev quşlarında quş qripi virusunun aşkar edilməsindən sonra ölkə miqyasında fövqəladə vəziyyət elan olunub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Uruqvayın Heyvandarlıq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi məlumat yayıb. Məlumatda ölkənin cənub-qərbində yerləşən Koloniy

12:50 134
.

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına aviabombaların satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına yüksək dəqiqlikli JDAM-ER genişləndirilmiş aviasiya sursatlarının, eləcə də əlaqədar avadanlıqların potensial tədarükünə razılıq verib, paketin ümumi dəyəri təxminən 5 milyard dollar qiymətləndirilir. "Report" xəbər verir ki, müvafiq bəyanat qurumu

17:20 75
.

Rodriqes: Venesuela artıq beynəlxalq enerji təhlükəsizliyini təmin edir

Rəsmi Karakas tərəfindən ABŞ və digər ölkələrlə imzalanan müqavilələr həm venesuelalılar, həm də dünya iqtisadiyyatı üçün faydalıdır. "Report"un məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bunu ölkənin dövlət televiziyasının efirində bildirib. "Biz təkcə Venesuel

14:30 123
.

Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır

Qarabağ bizim üçün sadəcə bir coğrafiya deyil, bu torpaq şəhidlərin qanı, qazilərin canı və əsgərlərin qəhrəmanlığı ilə bizə əmanət olunan müqəddəs Vətəndir. "Report" xəbər verir ki, bunu "Qarabağ" ordenli kapitan Şamxal Ağayev işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlar

22:15 0
.

Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb. "Report"un məlumatına görə, O.Hüseynli rəhbərlik etdiyi "Renaissance Travel"

12:20 136
.

ABŞ İranın nüvə öhdəliklərini pozması ilə bağlı AEBA-nın qətnamə qəbul etməsinə çalışır

ABŞ, həmçinin onun müttəfiqləri olan Böyük Britaniya, Fransa və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasına təzyiq göstərərək onun gələn həftə İranın nüvə silahının yayılmaması sahəsindəki öhdəliklərini pozması ilə bağlı qətnamə qəbul etməsinə nail olmağa çalışırlar. B

19:20 0
.