Düşmənə qan udduran şəhid Ruslan Sadıqovun anası DANIŞDI
Vətən müharibəsinin tarix yazan şəhidlərindən biri də Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq noyabrın 7-də şəhadətə ucalan Ruslan Sadıqovdur.
2020-ci il noyabrın 6-da Ruslan Şuşadan valideynlərinə zəng edib, sağollaşanda onlardan növbəti zəngini gözləməklərini istəyib. Noyabrın 8-i Azərbaycan xalqı 30 ilə yaxın gözlədiyi şad xəbəri alıb.
Nəhayət, Şuşa azaddır. Ruslan Sadıqovun ailəsi isə qələbə xəbərini ürəkdolusu yaşaya bilməyib. Nə qədər gözləsələr də, ondan nə bir zəng gəlib, nə də bir xəbər. Oğlunun qəhrəmanlığından danışan şəhidin anası Qaragöz Abdullayeva Ruslanın onlara həmişə başucalığı gətirdiyini deyib.
"Şuşa döyüşlərində sona qədər, son nəfəsinə kimi döyüşdü. O bizi yox, Vətəni özünə ana seçdi. Mən bir şeyin həsrətini çox çəkirdim. O, harada vəfat edibsə, həmin vurulduğu yerə getmək istəyirdim. Ruslanın bir iş yoldaşı ilə oğlumun vuruşduğu dağın başına çıxdıq. O uşaq məni həmin yerə çıxarana kimi nələr çəkdi. Təsəvvür edin, o ucqar dağın başına qalxmaq üçün iməklədik. Eyni yerdə eyni dəstənin üzvləri 4 nəfər orada rəhmətə gediblər. Elə bil ki, bu, bir az mənə təsəlli oldu, ürəyim sakitləşdi. Mən onun vurulduğu yerdən bir ovuc torpağını, bir dəstə də gülünü gətirmişəm", - deyə Q.Abdullayeva bildirib.
Ruslan Sadıqov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilb. Döyüş dostlarının dediyinə görə, Ruslan şəhid olmazdan əvvəl iki dəfə "Azərbaycan, Azərbaycan" kəlməsini deyərək gözlərini yumub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 560 Tarix: 08 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilib
ABŞ-nin hökumət müstəntiqləri jurnalistlərə məlumatların sızmasının araşdırılması çərçivəsində ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin təxminən 50 əməkdaşını poliqraf testindən keçiriblər. "Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə vəziyyətl
14:20 110 Berlin Senatına böyük KİBERHÜCUM: Məxfi sənədlər internetə sızdırıldı
Berlin Senatının şəbəkələrini kiberhücuma məruz qoyan hakerlər darknetdə təxminən 1,4 milyon məlumatı, o cümlədən xasiyyətnamələri, tender sənədlərini və əməkdaşların şəxsi işlərini yerləşdiriblər. bu barədə RBB radiosuna istinadən xəbər verir. Daha əvvəl "Rhysida" haker qruplaşması şəhər hakimiyyətində
12:10 143 Nyu-Yorkda məktəblilərə süni intellekt qadağası
ABŞ-nin Nyu-York şəhərində məktəblilər üçün süni intellektdən istifadə ilə bağlı yeni qaydalar tətbiq olunub. Axşam.az xəbər veirr ki, şəhərin dövlət məktəblərində 8-ci sinfə qədər şagirdlərin dərslər zamanı generativ süni intellekt alətlərindən istifadəsinə bir il müddətinə qadağa qoyulub. Qərar 2026-2027-c
21:15 0 Uruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi
Uruqvayda ev quşlarında quş qripi virusunun aşkar edilməsindən sonra ölkə miqyasında fövqəladə vəziyyət elan olunub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Uruqvayın Heyvandarlıq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi məlumat yayıb. Məlumatda ölkənin cənub-qərbində yerləşən Koloniy
12:50 134 ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına aviabombaların satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına yüksək dəqiqlikli JDAM-ER genişləndirilmiş aviasiya sursatlarının, eləcə də əlaqədar avadanlıqların potensial tədarükünə razılıq verib, paketin ümumi dəyəri təxminən 5 milyard dollar qiymətləndirilir. "Report" xəbər verir ki, müvafiq bəyanat qurumu
17:20 75 Rodriqes: Venesuela artıq beynəlxalq enerji təhlükəsizliyini təmin edir
Rəsmi Karakas tərəfindən ABŞ və digər ölkələrlə imzalanan müqavilələr həm venesuelalılar, həm də dünya iqtisadiyyatı üçün faydalıdır. "Report"un məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bunu ölkənin dövlət televiziyasının efirində bildirib. "Biz təkcə Venesuel
14:30 123 Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır
Qarabağ bizim üçün sadəcə bir coğrafiya deyil, bu torpaq şəhidlərin qanı, qazilərin canı və əsgərlərin qəhrəmanlığı ilə bizə əmanət olunan müqəddəs Vətəndir. "Report" xəbər verir ki, bunu "Qarabağ" ordenli kapitan Şamxal Ağayev işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlar
22:15 0 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb. "Report"un məlumatına görə, O.Hüseynli rəhbərlik etdiyi "Renaissance Travel"
12:20 136 ABŞ İranın nüvə öhdəliklərini pozması ilə bağlı AEBA-nın qətnamə qəbul etməsinə çalışır
ABŞ, həmçinin onun müttəfiqləri olan Böyük Britaniya, Fransa və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasına təzyiq göstərərək onun gələn həftə İranın nüvə silahının yayılmaması sahəsindəki öhdəliklərini pozması ilə bağlı qətnamə qəbul etməsinə nail olmağa çalışırlar. B
19:20 0