Dayanıqlı qidalanmaya doğru daha bir addım - Hava da təsir edirmiş
"COP29-un Azərbaycanda keçirilməsi ölkəyə bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir. Bu tədbir Azərbaycanın beynəlxalq iqlim müzakirələrindəki rolunu gücləndirərək, qlobal iqlim siyasətinin formalaşmasında aktiv iştirak etməsinə imkan yaradır. COP29 qlobal iqlim və sağlamlıq təşəbbüslərinin bir hissəsi olaraq ekoloji və dayanıqlı qida sistemlərinin inkişafını dəstəkləməkdə mühüm rol oynayır. Ekoloji kənd təsərrüfatına önəm verərək, COP29 kənd təsərrüfatının ətraf mühitə təsirini azaltmağı hədəfləyir, çünki bu sahə istixana qazlarının emissiyası və biomüxtəlifliyin azalmasında əhəmiyyətli paya sahibdir. Ekoloji təsərrüfat sintetik pestisidlər və gübrələrdən imtina edərək daha sağlam torpaq yaradır, qida dəyəri yüksək məhsullar yetişdirir və suyun, havanın keyfiyyətini qoruyur".
Lent.az-ın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov söyləyib.
O bildirib ki, bu yanaşma insanların sağlamlığına da fayda verir, çünki kimyəvi maddələrdən azad olan və daha çox vitamin, mineral və antioksidantlarla zəngin qidalar təklif edir:
"Ekoloji şəkildə yetişdirilən qidalar sağlamlığın uzunmüddətli qorunmasını dəstəkləyir, zərərli maddələrə məruz qalma riskini azaldır və heyvanlarda antibiotikdən istifadəni minimuma endirərək antibiotikə davamlılıq riskini azaldır. COP29-un ekoloji qida istehsalına olan dəstəyi həm planetin, həm də insanların sağlamlığını qoruyan dayanıqlı qidalanmaya doğru bir addımdır. Ekoloji təmiz qidalar pestisidlər və süni gübrələrdən istifadə olunmadan yetişdirildiyi üçün bədəndə kimyəvi maddələrin toplanmasını azaldır. Bu, hormon balansını qorumaq və bədənin təbii immun sistemini gücləndirmək üçün vacibdir. Orqanik qidalar adətən daha çox vitamin, mineral və antioksidant tərkibinə malikdir. Bu maddələr bədəndə sərbəst radikalların zərərini azaldır, yaşlanma prosesini yavaşladır və xroniki xəstəliklərin qarşısını almağa kömək edir".
Onun sözlərinə görə, süni qatqılar və konservantlardan azad olan ekoloji qidalar bağırsaq mikroflorasını qoruyur, həzm sisteminin funksiyasını yaxşılaşdırır və ümumi sağlamlığı dəstəkləyir:
"Bu tərz sağlam qidalanma, qida dəyəri yüksək olan məhsullarla orqanizmin ehtiyaclarını ödəməklə yanaşı, kimyəvi təsirlərdən azad sağlam bir qidalanma tərzi təklif edir. Bu yanaşma, uzunmüddətli sağlamlığı qorumaq üçün ideal hesab edilir".
Mütəxəssis-ekspert qeyd edib ki, orqanik kənd təsərrüfatının bir sıra ekoloji faydaları olsa da, bu, adətən, eyni miqdarda qida istehsal etmək üçün daha çox torpaq tələb edir, çünki məhsuldarlığı aşağıdır. Bu isə bəzi hallarda artan meşə kəsilməsinə və ya torpaq istifadəsinə səbəb ola bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 696 Tarix: 06 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814