Lalə ilk dəfə "Azərtaş" soyadının mənasını açıqladı

Lalə ilk dəfə "Azərtaş" soyadının mənasını açıqladıLalə Azərtaş aparıcısı olduğu "Təsir dairəsi" verilişində ilk dəfə soyadının mənasını açıqlayıb.

OLAY yazır ki, televiziya ulduzu soyadının azərbaycan türkü mənasının verdiyini bildirib.

"Mənim soyadım Azərtaşdır. Hələ o zaman İranda repressiya vaxtı, qorxurdurlar. Babam bu soyadı götürmüşdü. Mənim əslim, köküm Cənubi Azərbaycana çatır. Məndən hər zaman Azərtaşın mənasını soruşurlar. Bu azərbaycan türkü deməkdir. Mən türk qadını olmaqla, türkçülüyümlə fəxr edirəm. Ulu babalarım qorxmayaraq farsların içində türk olduğunu Azərtaş soyadı ilə bəyan edib, tanıdıblar", - deyə Lalə vurğulayıb.

L.Azərtaş universitet diplomuna soyadının düzgün yazılmadığından onu yenidən dəyişmək məcburiyyətində qaldığını söyləyib:

"Mənim 3 diplomum var. Mən indi də tələbəyəm və hazırda təhsil alıram. Dinimizdə də yazılıb ki, məzara qədər də oxuyacağam. Birinci dəfə Dillər Universitetində təhsil alanda mənim diplomuma Azərtaş soyadım "Azətac" olaraq yazılmışdı. Mən o bir hərifə görə, "ş"-nın yerinə "c" yazılmışdı deyə günlərlə o sənədin dəyişdirilməsinə görə, çoxsayda ərizələr vermişdim. Mən özüm hər şey qanuni olsun deyə bir-bir o qapıları özüm döymüşəm. Və nəticədə diplomun dəyişdirildi. Universitet diplomu hansıki işə qəbul olanda təqdim edirsən və ya növbəti təhsilin üçün. Bu isə ömürlükdür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1791   Tarix: 06 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund

00:21 337
.

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı "Chevrolet" markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik etməklə və nəqliyyat vasitəsinin şüşələrinə normativ tələblərə uyğun olmaya

11:15 138
.

Putinlə görüşə ABŞ-dən daha kimlər gedib? - YENİ DETALLAR

Moskvadakı danışıqlarda Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər. xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid mənbələrə istinadən "X" sosial şəbəkə hesabında bildirib

11:38 135
.

Rövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir

Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması və sükanı tutmadan hərəkət etməsi yolverilməzdir. "Report" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib. Qeyd edilib ki, skuterlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayə

13:20 139
.

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Ba

16:04 114
.

ABŞ İranın nüvə öhdəliklərini pozması ilə bağlı AEBA-nın qətnamə qəbul etməsinə çalışır

ABŞ, həmçinin onun müttəfiqləri olan Böyük Britaniya, Fransa və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasına təzyiq göstərərək onun gələn həftə İranın nüvə silahının yayılmaması sahəsindəki öhdəliklərini pozması ilə bağlı qətnamə qəbul etməsinə nail olmağa çalışırlar. B

19:20 0
.

200 il sonra ilk qadın edam olunacaq

ABŞ-ın Tennessi ştatında 1819-cu ildən bəri ilk dəfə qadının edam edilməsinə hazırlıq görülür: söhbət Krista Paykdan gedir. Onun barəsində çıxarılan ölüm hökmünün sentyabrın sonunda icra olunması planlaşdırılır. BİG.AZ -a istinadən bildirir ki, Paykın işi hüquq müdafiəçilərinin və ekspertlərin diqqətin

10:30 193
.

İspaniya istidən qovrulur: Temperatur 46 dərəcəyə çatır

İspaniyada meteoroloji müşahidələr tarixində sentyabr ayı üçün mütləq temperatur rekordu qeydə alınıb. Sentyabrın 3-də Əndəlüs muxtar icmasının El-Qranado bələdiyyəsində termometrlər 45,7 dərəcəni göstərib. xəbər verir ki, bu barədə "Aemet" meteorologiya agentliyi məlumat yayıb. Qurumun məlumatın

13:10 138
.

Antalyada cinayətkar qruplaşmaları təbliğ edən 10 nəfər saxlanılıb

Türkiyənin Antalya şəhərində sosial şəbəkələrdə cinayətkar təşkilatları təbliğ edən, onların metodlarına qanuni don geydirən və fəaliyyətlərini təşviq edən 14 şübhəlidən 10-u saxlanılıb. Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir. Antalya Baş Prokurorluğu tərəfindən aparılan araşdırm

16:30 97
.