Azərbaycanın Zəfər Günü münasibətilə Ankarada genişmiqyaslı tədbir keçiriləcək

Azərbaycanın Zəfər Günü münasibətilə Ankarada genişmiqyaslı tədbir keçiriləcəkNoyabrın 8-də Azərbaycanın Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada genişmiqyaslı tədbir planlaşdırılır.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, "Salam Türkün Bayrağına" adlı tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın Ankaradakı səfirliyi və Əhməd Cavad İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.

Əsas tədbir "ATO Congresium" zalında Prezident Simfonik Orkestrinin, Dövlət Opera Teatrının və TRT polifonik xorunun 120 musiqiçisinin iştirakı ilə möhtəşəm konsert olacaq. Orkestrə Mustafa Mehmandarov, xora isə Elnarə Kərimova dirijorluq edəcək.

Solist qismində isə türk dünyasının aparıcı sənətçiləri - Azər Zeynalov (Azərbaycan), Ulpan Aubakirova (Qazaxıstan), Karimberdi Turapov (Qırğızıstan), Umid İsrailov (Özbəkistan), Görkem Ezgi Yıldırım (Türkiyə) və Begenç Moşiyev (Türkmənistan) çıxış edəcəklər. Proqramda həmçinin görkəmli Azərbaycan şairi Əhməd Cavadın şeirləri əsasında hazırlanmış əsərlər də nümayiş olunacaq.

Konsertlə yanaşı, qonaqlara Azərbaycan ordusunun Qarabağda qələbəsi və müharibədən sonrakı dövrdə bölgənin bərpasına həsr olunmuş fotosərgi də təqdim olunacaq. Qarabağın, xüsusilə Şuşanın görkəmli mədəniyyət xadimlərindən bəhs edən sərgi də nümayiş etdiriləcək. Tədbirə giriş pulsuzdur.

Əhməd Cavad İnstitutunun rəhbəri, professor Ruhi Ersoy qeyd edib ki, bu tədbir Türkiyə ilə Azərbaycan arasında qırılmaz qardaşlıq əlaqələrini göstərir. "Qarabağdakı qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının təntənəsidir və əsl türk torpaqlarının geri qaytarılması deməkdir", - Ersoy deyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 561   Tarix: 02 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

9 ildən sonra kritik gün: Rza Zərrabın hökmü bu gün elan ediləcək

Rza Zərrabın ABŞ-ın İrana qarşı sanksiyaları pozmaqda günahını etirafından və prokurorluqla əməkdaşlıq etməsindən təxminən doqquz il sonra hökm günü yetişib. -ın xarici mediaya istinadən məlumatına görə, Nyu-Yorkdakı federal məhkəmənin Zərrabın hökmünü bu gün elan etməsi gözlənilsə də, onun ifadəsi Halkban

14.07.2026 252
.

Mənzil bazarında qiymətlər niyə artır? - Bahalaşmanın görünən və görünməyən səbəbləri - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Son aylarda Azərbaycanda, xüsusilə də Bakıda mənzil bazarında qiymət artımı daha da nəzərə çarpır. Həm yeni tikililərdə, həm də köhnə binalarda satış qiymətlərinin yüksəlməsi ev almağı planlaşdıran vətəndaşların büdcəsinə ciddi təsir göstərir. Bahalaşmaya tikinti xərclərinin artması, bazarda mənzil

14.07.2026 243
.

"AzerGold"un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

"AzerGold" QSC və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Göygöl rayonunda üç gün davam edən səyyar tibbi müayinə aksiyası keçirilib. "AzerGold" QSC və RİİB-in fəaliyyətinin 10 illiyi çərçivəsində təşkil oluna

14.07.2026 194
.

1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində izdiham yaşanıb. "Qafqazinfo"nun məlumatına görə, vətəndaşlar bildirib ki, istənilən vaxt xəstəxanaya rentgenə gəldikdə növbədə gözləməli olurlar. Xəstəxana işçiləri buna səbəb kimi sistemin işləmədiyini, dayandığın

14.07.2026 254
.

Ukrayna hökuməti istefaya göndərildi

Ukrayna Ali Radası səs çoxluğu ilə Baş nazir Yuliya Sviridenkonun istefasını təsdiqləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukrayna hökumətinin "Telegram" kanalında məlumat yayılıb. Parlamentin 258 üzvü qərarın lehinə səs verib. Ukrayna qanunvericiliyinə uyğun olaraq, hökumə

14.07.2026 228
.

Türkiyədə vaxtilə 20 min nəfərin yaşaya bildiyi gizli yeraltı şəhər necə inşa edilib?

Kapadokiyadakı Derinkuyu yeraltı şəhəri insan zəkasının yerin altında yaratdığı nəhəng bir "kölgə səltənəti"ni xatırladır. Qaranlığın dərinliklərinə oyulmuş dəhlizlər, havalandırma şaxtaları və iri daş qapılar bu gün də öz incə mühəndislik həlli ilə dünyanın diqqətini cəlb edir. Qayanrinf

14.07.2026 131
.

Çin-Tayvan müharibəsi yalnız regionu deyil, bütün dünyanı sarsıdacaq

"Hazırda Çin və Tayvan arasında müşahidə olunan gərginliyin artması beynəlxalq təhlükəsizlik sistemi üçün yeni və son dərəcə ciddi risklər yaradır. Son illərdə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə İsrail-HƏMAS qarşıdurması, İsrail-İran və ABŞ-İran xəttində yaşanan böhranlar göstərdi ki, düny

14.07.2026 227
.

Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir

Avropa İttifaqı artıq uzun illərdir Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Ölkəmizin Slovakiya il

14.07.2026 203
.

Xankəndidə Prezidentin adından Pelleqrininin şərəfinə nahar verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin adından Slovakiya Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarət konsert proqramı təqdim olunub

14.07.2026 168
.

TOP MP3