"Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib

"Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilibQarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı ilə Fondun donor və tərəfdaşlarının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə işgüzar görüşü keçirilib. "Azərlotereya" ASC tərəfindən alınan üç minaaxtaran itin ANAMA-ya təqdim olunması baş tutub.
Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən yerləşdirilən minaların həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə ciddi maneə törətdiyini bildirirək, bu problemin həllində hər kəsin həmrəylik nümayiş etdirməsinin vacibliyini qeyd edib. Bu günə qədər Fondun fəaliyyətinə dəstək verən donor və tərəfdaşlara təşəkkür edən Rəhman Hacıyev, birgə atacağımız addımlar sayəsində tezliklə Qarabağı dünyanın ən gözəl məkanlarından birinə çevirəcəyimizə əminliyini ifadə edib.

"Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş işğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, minalardan təmizlənməsi istiqamətində də həyata keçirilən işlərə töhfə verdikləri üçün çox şad olduqlarını deyib. Onun sözlərinə görə, ANAMA-ya hədiyyə edilən minaaxtaran itlər işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi ilə yanaşı, bərpa-quruculuq işlərinin sürətləndirilməsinə də öz töhfəsini verəcək. Həmçinin bildirib ki, "Hər şey Qarabağ üçün" layihəsi çərçivəsində tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi QDF-yə ianə edilir. Bundan əlavə, 2022-ci ildən həyata keçirilən "Əmanətə sədaqət" layihəsində 150-dən çox şəhid ailə üzvünün təhsil və yaşam xərclərinin qarşılandığını qeyd edib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edərək mina və müharibənin digər partlayıcı qalıqları probleminin həllinə nail olmağın kollektiv səy və möhkəm tərəfdaşlıq tələb etdiyini diqqətinə çatdırıb və bu sahədə dəstək göstərən tərəfdaşlara minnətdarlıq ifadə edib.

Çıxışlardan sonra işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə vermək məqsədi ilə "Azərlotereya" tərəfindən alınmış Romi, Şimşək və Skubi adlı üç minaaxtaran it QDF-in vasitəçiliyi ilə ANAMA-ya ianə edilib. ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanova bununla bağlı sertifikatları Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və "Azərlotereya"nın İdarə Heyətinin sədri Osman Karakuş təqdim ediblər.

Tədbirdə son 12 ay ərzində 500.000 AZN vəsaiti işğaldan azad edilmiş ərazilərin dirçəlişinə ianə etdiyinə görə "Azərlotereya" ASC-yə xüsusi "Təşəkkür sertifikatı" təqdim olunub.

"Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib"Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib"Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib"Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 869   Tarix: 01 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

4 uşaq anası olan arvadını və özünü küçədə öldürdü

Türkiyədə küçədə dəhşətli qətl hadisəsi olub. yerli mediaya istinadla bildirir ki, hadisə Kahramanmaraş şəhərinin, Onikişubat rayonunun Mercimektepe məhəlləsində baş verib. 56 yaşlı Tevfik Bağrıaçık mübahisə etdiyi 49 yaşlı həyat yoldaşı Dilek Bağrıaçıkı küçənin ortasında tüfənglə güllələyərək öldürüb

13:40 158
.

Türkiyə iki mindən çox sosial media hesabına girişi məhdudlaşdırıb

Türkiyədə rəqəmsal platformalar vasitəsilə həyata keçirilən terror təbliğatı, təxribat, dezinformasiya və psixoloji "müharibə" cəhdlərinə qarşı mübarizə çərçivəsində son iki ayda 2 034 sosial media hesabına giriş məhdudlaşdırılıb. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasını

17:10 0
.

Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB

Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd

11:43 275
.

Putinlə görüşə ABŞ-dən daha kimlər gedib? - YENİ DETALLAR

Moskvadakı danışıqlarda Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər. xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid mənbələrə istinadən "X" sosial şəbəkə hesabında bildirib

11:38 123
.

Hava KƏSKİN DƏYİŞİR: Qar yağacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağışın yarımadanı

13:36 277
.

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd

00:13 249
.

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır

İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə "El-Nino" hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir. Planetimizi və Azərbaycanı nə gözləyir?. Bu barədə -a "Səma və Eko"

00:25 342
.

Azərbaycanda toylar üçün YENİ ŞƏRTLƏR - 2 saat, maksimum 100 nəfər!

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov "Yeni Sabah"a açıqlamasında bildirib ki, toy xərcləri artıq yalnız məclisə yazılan pullarl

00:27 450
.

Şahin Mustafayev iranlı nazirlə danışdı - Nələr müzakirə olundu?

İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Şahin Mustafayev arasında telefon danışığı olub. İRNA agentliyinə istinadən xəbər verir ki, bu barəd

13:40 125
.