Şahin Mustafayev iranlı nazirlə danışdı - Nələr müzakirə olundu?
İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Şahin Mustafayev arasında telefon danışığı olub.
Oxu.Az İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər ikitərəfli münasibətlərdəki son hadisələri, xüsusilə tranzit, energetika və sərhəd infrastrukturu sahələrində iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.
Bildirilib ki, tərəflər iki ölkə arasında münasibətlərin artan dinamikasını yüksək qiymətləndirərək yüksəksəviyyəli məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Qaz, elektrik enerjisi və nəqliyyat sahələrində keçirilən ixtisaslaşmış görüşlərə toxunan Fərzanə Sadiq həmin görüşlərdə qəbul olunan qərarların icrasına nəzarət etmək üçün birgə komitələrin yaradılması prosesinin sürətləndirilməsinə çağırıb.
Son regional gərginliklər nəticəsində nəqliyyat infrastrukturuna dəyən ziyana diqqət çəkən iranlı nazir deyib:
"Mövcud problemlərə baxmayaraq, zədələnmiş nəqliyyat marşrutlarının bərpası prioritet məsələdir və icra olunan infrastruktur layihələrinin tamamlanması prosesi fasiləsiz davam edir".
O, Tehran və Bakı arasında əlaqələrin möhkəmləndirilməsini iki ölkə prezidentlərinin iradəsi ilə əlaqələndirib.
Telefon danışığı zamanı Şahin Mustafayev də dəmir yolu layihələrinin icrasının gedişatından razılığını ifadə edərək deyib:
"Azərbaycan ərazisində Ağbənd qəsəbəsinə qədər olan dəmir yolu xətti tamamlanıb. İrana aparan hissənin başa çatdırılması ilə biz regionun tranzit və logistika imkanlarında əhəmiyyətli dəyişikliklərin şahidi olacağıq".
Şahin Mustafayev İranın Yol və Şəhərsalma Nazirliyinin infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması istiqamətindəki peşəkar fəaliyyətini yüksək qiymətləndirib.
Söhbətin sonunda tərəflər son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıb, strateji və iqtisadi əməkdaşlığın dərinləşdirilməsini regionda sabitlik və inkişafın əsas istiqamətlərindən biri kimi vurğulayıblar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 673 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur - SƏBƏB
Hava məkanının bağlanması səbəbindən hazırda Moskvada eniş icazəsi gözləyən təyyarələr arasında dünyanın ən böyük sərnişin təyyarəsi də var. Bizim.Media xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Belə ki, Dubaydan Domodedovoya uçan "Emirates" şirkətinə məxsu
23.10.2026 437 Dövlət içində dövlət: Türkiyənin sirli "Menzil" şəbəkəsi
FETÖ getdi, "Menzil" gəldi? - Türkiyədə yeni güc savaşı. Türkiyədə dini təriqətlərin dövlət idarəçiliyinə təsiri uzun illərdir müzakirə mövzusudur. Xüsusilə 15 iyul 2016-cı ildə baş vermiş uğursuz hərbi çevriliş cəhdindən sonra bu müzakirələr daha ciddi xarakter alıb. Fətullah Gülən hərəkatını
23.10.2026 410 Coni nadir xəstəlikdən əziyyət çəkir?
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) nadir genetik xəstəlik olan ailəvi Aralıq dənizi qızdırmasından (FMF) əziyyət çəkdiyi iddia olunur. Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, 30 yaşlı ifaç
23.10.2026 438 "Başqa kişidən uşaq dünyaya gətirmərəm"
Xalq artisti Röya Ayxan ikinci dəfə ailə qurmaq və ana olmaq barədə sualları cavablandırıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Fruktoviy çay" yutub layihəsində danışıb. Röya başqa bir kişidən ikinci dəfə övlad dünyaya gətirməyin tərəfdarı olmadığını bildirib:. "Heç vaxt ikinc
11:02 274 Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər?
Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçılarından birinin, daha doğrusu qətli törətməkdiyi deyilən şəxsin - Əhməd Əlizadənin deputat Arzuxan Əlizadənin oğlu olduğu müəyyənləşib. Deputatın digər oğlu Orxan Əlizadə isə Xətai Rayon Məhkəməsinin hakimidir. Bəs, şəxsin cinayət törətməsi atasını
14:54 216 İordaniyada kilsədə baş verən terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
İordaniyada cümə günü Əl-Kərək əyalətindəki kilsə yaxınlığında dəfn mərasimi zamanı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə "Al Mamlaka" telekanalı məlumat yayıb. Həmçinin 27 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdə
16:20 154 Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə, insan haqlarına və din azadlığına hörmət etməyə çağırıb. "Report" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, Yunanıstan Gümülcine və İskeçədə qondarma müftilər təyin etməkl
16:50 160 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur - Foto/Video
Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur. A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhmə
12:07 374 İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM
Argentinalı ulduz futbolçu Lionel Messi həyat yoldaşı Antonela Rokutso ilə birlikdə İspaniyaya səfər edib. xarici mediaya istinadən xəbər verir ki, cütlük Asturiya Şahzadəsi mükafatlarının təqdimetmə mərasimində iştirak etmək üçün oktyabrın 22-də Oviedo şəhərinə gəlib. Messi və həyat yoldaşı şəhəri
23.10.2026 375