"Valideyn erkən nikahın nə qədər zərərli olduğunu dərk edərsə, övladını buna təhrik etməz" - Sosioloq
Xəbər verdiymiz kimi, ötən gün Bakıda məktəbli qız qaçırılıb.
Qızın ifadəsinə görə, qaçması üçün valideynlərinin razılığı olub. O, "Anamın əmisi oğludur, oğlan özü qaçırıb, hazırda Bakıya işləməyə gedib. Məktəbdən çıxmaq mənim qərarımdır. Burada sevgilimin anası və atası ilə birgə yaşayıram. Valideynlərim də məlumatlıdırlar," - deyə bildirib.
Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Mətanət Məmmədova bildirib ki, dövlət tərəfindən erkən nikahların qarşısının alınması üçün illərdir, müvafiq tədbirlər həyata keçirilir. Nikah yaşı da 18 olaraq müəyyən edilib. 18 yaşa qədər nikaha girməklə bağlı bəzi istisnalar vardı. İnsanlar bu istisnalardan süni şəkildə istifadə etməyə başladılar:
"Hər il onlarla azyaşlı qızın nikaha cəlb olunması və bu prosesin qarşısının hələ də alınmaz olması cəmiyyətimizin yaralı yeridir. Bu, həm də qorxulu və dəhşətlidir. Qorxuludur, ona görə ki, cəmiyyətimizin əksər nümayəndəsi hələ də hüquqlarının nədən ibarət olduğunu bilmir və bu, onların övladlarının həyatına təsirsiz ötmür. Dəhşətlidir, ona görə ki, çox sayda erkən nikaha daxil edilən, ana olan qızlarımız var. Bu məsələ həm də təəssüf doğurur. Ona görə ki, XXI əsrdə cəmiyyətimizdə hələ də keçmiş əsrlərin şüuru, düşüncəsi ilə yaşayan valideynlər var.
Bu, bir tərəfdən də cəmiyyətimizin günahıdır. Görünən odur ki, biz bir-birimizə nəzarət, bir-birimizi tənbeh edə, düzgün yol göstərə bilmirik. Digər tərəfdən isə ailə, qadın və uşaqlarla işləyən aid qurumlar işlərini günün tələbləri səviyyəsində qura bilmir.
Bunun nəticəsidir ki, hətta bu gün də belə bir vəziyyətlə qarşılaşdıq. Bakıdan Cəlilabada qaçırılan qız kimi. Bax, sual olunur, haradadır bu qızın valideynləri və yaxud da onu qaçıran oğlanın valideynləri? Nə üçün övladlarının səhv addım atmasına göz yumurlar?
Dövlət tərəfindən erkən nikahların qarşısının alınması üçün illərdir, müvafiq tədbirlər həyata keçirilir. Nikah yaşı da 18 olaraq müəyyən edilib. 18 yaşa qədər nikaha girməklə bağlı bəzi istisnalar vardı. İnsanlar bu istisnalardan süni şəkildə istifadə etməyə başladılar. Odur ki, gələn ildən bu istisnalar da aradan qaldırır. Nikah yaşı 18 olaraq müəyyən edilir. Qanunvericiliyə bu yeniliyin tətbiq olunması məhz elə erkən nikahların qarşısını alan amillərdən biridir.
Tək bununla kifayətlənmək olmaz. Aid qurumlar gənclərlə hərtərəfli iş aparmalı, şəhər və kəndlərdə bu sahədə əsaslı maarifləndirmə işləri görülməlidir. Həm də tək gənclər arasında deyil, ümumilikdə vətəndaşlar arasında. Çünki valideyn erkən nikahın nə qədər zərərli olduğunu dərk edərsə, övladını buna təhrik etməz. Və yaxud da övladı erkən nikaha girmək istəyəndə ona qadağa qoya, nəticələri başa sala bilər.
Cəlilabada qaçırılan qıza qapısını açan valideynlərə üz tutub demək istəyirəm ki, siz bu gün iki gəncin məhvinə səbəb olursunuz. Sabah doğulacaq xəstə uşaqların təməlini qoyursunuz. Qarşıda sizi vicdan əzabı gözləyir. Bununla qarşılaşanda görəsən günahınızın nə olduğunu dərk edə biləcəksinizmi?"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1252 Tarix: 28 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik MƏLUMAT YAYDI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Övladlığa verilən uşaqlardan 45-i qız, 44-
00:19 307 Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı
Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund
00:21 316 Mərmərə dənizində qəza: Türkiyədə Silivri sahillərində batmış gəminin yeri dəqiqləşdi
Sentyabrın 2-də Mərmərə dənizinin Silivri sahillərində Türkiyə bayrağı altında üzən "ALSU" gəmisi ilə toqquşduqdan sonra batan "Tuğberk İmamoğlu" gəmisinin qalıqlarının olduğu yer təsdiqlənib. Bu barədə "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, qalıqlar qəz
11:00 134 Hava KƏSKİN DƏYİŞİR: Qar yağacaq - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağışın yarımadanı
13:36 241 Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN
Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd
00:13 243 Bu şəxslər pullarını GERİ ALA BİLƏCƏK - YENİLİK
Azərbaycan ərazisində tibb müəssisələrindən xidmət alan əcnəbilərə ödənilmiş ƏDV müəyyən şərtlərlə geri qaytarılır. xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul ola
00:09 194 Azərbaycan Türkiyədən geyim idxalına çəkilən xərcləri 33 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 43,538 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur. Avqustda Türkiyə Azərbaycana 7,132 milyon ABŞ dolları dəyərind
05.09.2026 181 Putinlə görüşə ABŞ-dən daha kimlər gedib? - YENİ DETALLAR
Moskvadakı danışıqlarda Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər. xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid mənbələrə istinadən "X" sosial şəbəkə hesabında bildirib
11:38 119 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb
Moskvada Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, Putin Uitkoffla artıq səkkizinci dəfə üzbəüz görüşür, Kuşner isə Ukrayna məsələsinin nizamlanması ilə bağlı müzakirələrd
05.09.2026 194