Avtomobildə şinlərin quraşdırılması zamanı sürücülərin yol verdiyi beş SƏHV
Rusiyalı ekspert Aleksey Stasyuk "Rossiyskaya Qazeta"ya mövsümi şin montajı zamanı əksər sürücülərin buraxdığı beş səhvi açıqlayıb.
1. Təhlükəsizlik texnikasına etinasızlıq
Təkərləri dəyişərkən ilk növbədə uyğun alətlərin, həmçinin işlərin görüləcəyi geniş və düz meydançanın olmasına diqqət yetirmək lazımdır. Əksər avtomobillərin standart domkratları kifayət qədər zəifdir və onların köməyi ilə qaldırılmış kuzov çox qeyri-sabitdir.
Hər hansı ehtiyatsız hərəkət avtomobilin aşmasına səbəb ola bilər ki, bu da böyük ehtimalla onun elementlərinin zədələnməsinə gətirib çıxarar və işi görən şəxs də xəsarət ala bilər. Həmçinin avtomobili domkratla qaldırmazdan əvvəl təkər boltlarını boşaltmaq lazımdır - asılı təkərə həddindən artıq güc tətbiq edilməsi yuxarıda göstərilən nəticələrə səbəb ola bilər.
2. Deşiklərin rezinlə təmiri
Bir neçə ay saxlanıldıqdan sonra yığılmış təkərlərdən birinin boşaldığını görmək olar. Hətta təkərdə adi vint və ya mismar ilişib qalsa belə, onu fitil kimi əl altında olan vasitələrlə təmir etmək məsləhət deyil - bu üsul yalnız şin servisinə çatmaq üçün müvəqqəti həll kimi yararlıdır.
Hətta təzyiqin itirilməsinə səbəb olan kiçik zədələr zamanı belə, bu proses yavaş-yavaş getsə də, şin servisinə müraciət etmək lazımdır, buranın mütəxəssisləri təkəri xüsusi təmir plastırları və ya "göbələk" adlanan vasitələrlə təmir etməyi təklif edəcəklər.
3. Şinlərin düzgün montaj edilməməsi
Şinlərin protektorlarının naxışları müxtəlif cür olur və onların əksəriyyəti diskə və ya avtomobilə quraşdırılarkən ciddi şəkildə müəyyən edilmiş yerləşməni nəzərdə tutur. İstiqamətli şinləriniz varsa, onlar yan tərəfdəki "Rotation" yazısına və təkərin fırlanma istiqamətini göstərən oxa uyğun olaraq montaj edilir. Asimmetrik protektor naxışınız varsa, "Inside" və "Outside" işarələrinə baxın - onlar şinin diskin özündə hansı tərəfə yönəldilməli olduğunu göstərir.
4. Balanslaşdırmada qənaət
Əgər şinlər disklə birlikdə saxlanılırsa, hər mövsümdən əvvəl bütün dəstin balanslaşdırılması tövsiyə olunur. Bundan imtina etmək lazım deyil, çünki istismar zamanı şinlər yeyilir və quraşdırılmış çəki daşları da düşə bilər: bütün bunlar hərəkət zamanı narahatlıq şəklində özünü göstərəcək disbalansa səbəb olur və həm avtomobilin hərəkət hissəsinin elementlərinin, həm də şinlərin özlərinin xidmət müddətini azaldır.
5. Həddindən artıq sıxılmış və ya tam bərkidilməmiş təkər boltları
Bu da həm öz gücü ilə, həm də emalatxanalarda təkərlərin dəyişdirilməsi zamanı tez-tez rast gəlinən səhvdir.
Əl və ya avtomatik alətlə "möhkəm" sıxılmış bərkidici, yaxınlıqda şin servisi olmadıqda hərəkət zamanı xoşagəlməz sürpriz ola bilər - təkəri çıxarmaq lazım gəldikdə onun boltları özünüzlə gəzdirdiyiniz açarla açılmaması mümkündür.
Əks vəziyyət də heç də yaxşı deyil - hərəkət zamanı açılmış təkər təkcə sizin üçün deyil, digər hərəkət iştirakçıları üçün də böyük təhlükə yaradır. Bunu internetdə kədərli sonluqla bitən çoxsaylı videolar da təsdiqləyir. Ona görə də bu məqama xüsusi diqqət yetirmək vacibdir.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 538 Tarix: 27 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMoskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı
Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən ban
17.10.2026 207 Misir Prezidenti 2030-cu ildə vəzifəsindən getmək niyyətində olduğunu açıqlayıb
Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2030-cu ildə vəzifəsini tərk edəcəyini və səlahiyyət müddətini uzatmaq üçün ölkə konstitusiyasına dəyişikliklər etmək niyyətində olmadığını bildirib. "Report" xəbər verir ki, bu barədə "Reuters" dövlət başçısının ölkənin Hərbi Akademiyasının buraxılı
17.10.2026 203 IMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur
Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt
17.10.2026 184 UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri
Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti
00:17 133 Türkiyədə istintaq: İki məmur həbs edildi
Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr
17.10.2026 196 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269,4 min ton həcmində metanol (metil spirit) istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 25,2 % azdır. Bu ilin oktyabrın 1-nə 38,1 min ton hazır məhsul qalığ
17.10.2026 182 Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
Yəmənin hökumət qüvvələri Təiz əyalətinin cənub-şərqində husilərin səkkiz saatdan çox davam edən hücumlarını dəf etdiklərini bildiriblər. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Yəməndəki əməkdaşlarına istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, Təiz şəhəri müntəzə
17.10.2026 184 Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər
00:37 107 Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddi
17.10.2026 260