Azərbaycan Ordusunda intihar halları niyə artıb?

Azərbaycan Ordusunda intihar halları niyə artıb?Son vaxtlar Azərbaycan ordusunda intihar hallarının artdığını görürük.

Mövzu ilə bağlı BiG.AZ-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, Azərbaycan cəmiyyətində intihar hallarının sayı artanda mütləq şəkildə orduya da təsir göstərir. Bu məsələ ordudan çox cəmiyyətin problemidir.Azərbaycanda psixoloji baxımdan yoxlama keçirilmir.Hansısa psixoloji problemi olan əsgərin orduya cəlb olunması manqasından tutmuş tağım, bölük, tabor və hərbi hissə komandirinə qədər problem yaradır:

Azərbaycan Ordusunda intihar halları niyə artıb?"Nəzərə almaq lazımdır ki, ordu cəmiyyətin tərkib hissəsidir. Cəmiyyətdə baş verən proseslərin ordudan kənarda qalacağını gözləmək doğru yanaşma deyil. Azərbaycan cəmiyyətində intihar hallarının sayı artanda mütləq şəkildə orduya da təsir göstərir. Məsələn, son dönəmlərdə valideynlərdən gələn şikayət budur ki, övladları intihara meyllidir. Cəhd etməyib, amma bütün gün deyir ki, başıma iş gəlsə, intihar edəcəm. Bu tip insanların ordu sıralarına cəlb olunması sonradan problem yaradır. Onların bəziləri gerçəkçi olmasa da, bəziləri gerçəkçi olur. Onlar bir dəfə çətin vəziyyətə düşən kimi dərhal intihar edirlər və bu, ordunun boynuna qalır. Əslində, hesab edirəm ki, bu məsələ ordudan çox cəmiyyətin problemidir. Azərbaycanda psixoloji baxımdan yoxlama keçirilmir. Bəzi ölkələrin ordularında ən önəmli şey psixoloq yoxlamasıdır. Psixoloq tərəfindən tam yoxlanandan sonra onları ordu sıralarına cəlb edirlər. Azərbaycanda bu yoxdur. Hesab edirəm ki, bunun üçün addım atmaq lazımdır. Hansısa psixoloji problemi olan əsgərin orduya cəlb olunması manqasından tutmuş tağım, bölük, tabor və hərbi hissə komandirinə qədər problem yaradır. Hansısa həkim səhvindən və ya kiminsə özü haqqında məlumatı gizlətməsi illərlə xidmət etmiş hərbçinin karyerasını məhv edir. Hesab edirəm ki, bütün bunları nəzərə almaq lazımdır. Açıq demək lazımdır ki, Azərbaycan ordusunda dedovşina yoxdur. Kiminsə kimisə incitməyi artıq mümkün deyil. Hər kəsin əlində telefon var. Elə bir zəmanyə çıxmışıq ki, artıq əsgər hansı bölükdə xidmət edirsə, bölük barədə məlumat almaq çox asandır. Demək olar ki, hər gün evlərinə məlumat verirlər. Baş verən intihar halları dedovşina ilə bağlı deyil. Cəmiyyətin tərkib hissəsidir. Cəmiyyət hansı ab-havadadırsa, ordu da həmişə o ab-havada olur. Cəmiyyətdə aqressiya var və bu, orduda da görünür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 992   Tarix: 21 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatın

17.10.2026 176
.

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeyd

17.10.2026 149
.

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Oktyabrın 16-da polis tərəfindən keçirilən əməliyya

17.10.2026 178
.

Pakistan husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlarının nəticələrindən narahatdır

Yəmən husilərinin Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin enerji infrastrukturuna hücumları mümkün uzunmüddətli iqtisadi nəticələrlə əlaqədar Pakistanda narahatlıq doğurur. "Report" AFP-yə istinadən xəbər verir ki, bunu Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb Banqkokda Beynəlxal

17.10.2026 145
.

Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə

00:09 139
.

Hindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı

Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Bu barədə "India Today" nəşrinə istinadən məlumat verir. "Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, laki

17.10.2026 198
.

Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb. Bu barədə -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Xatırladaq ki

17.10.2026 435
.

Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər

Yəmənin hökumət qüvvələri Təiz əyalətinin cənub-şərqində husilərin səkkiz saatdan çox davam edən hücumlarını dəf etdiklərini bildiriblər. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Yəməndəki əməkdaşlarına istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, Təiz şəhəri müntəzə

17.10.2026 184
.

Misir Prezidenti 2030-cu ildə vəzifəsindən getmək niyyətində olduğunu açıqlayıb

Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2030-cu ildə vəzifəsini tərk edəcəyini və səlahiyyət müddətini uzatmaq üçün ölkə konstitusiyasına dəyişikliklər etmək niyyətində olmadığını bildirib. "Report" xəbər verir ki, bu barədə "Reuters" dövlət başçısının ölkənin Hərbi Akademiyasının buraxılı

17.10.2026 203
.