Bakı susuz qala bilər

Bakı susuz qala bilərAzərbaycanda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı yeni hədəflər müəyyən olunub. Bu istiqamətdə müvafiq işlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"ya əsasən həyata keçiriləcək. Sənədə görə, Bakı şəhərinin və ətraf ərazilərin içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadəyə 2027-ci ilin sonunadək başlanılması planlaşdırılır.

BiG.AZ "Kaspi" qəzetinə istinadla xəbər verir ki, strategiyaya əsasən, eyni zamanda yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi, su təminatında aktiv istifadə olunan kəhrizlərin sayının artırılması, kollektor, drenaj və tullantı sularının emalı və təkrar istifadəyə cəlb edilməsi, yağış sularının idarə olunması və istifadəyə cəlb olunması nəzərdə tutulur.

Yeni hədəflərə görə, Azərbaycanda su tariflərinin diferensiallaşdırılması da planlaşdırılır. Bu məqsədlə 2024-2027-ci illərdə müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadə üzrə tarif tənzimləmələrinin başa çatdırılması, tariflərin diferensiallaşdırılmasına keçidlə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması nəzərdə tutulur. Bunun üçün "Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları"nın təkmilləşdirilməsi, sudan ödənişli istifadə üzrə tariflərə yenidən baxılması gözlənilir. vakansiya

Su ehtiyatlarından səmərəli istifadəyə dair yeni hədəflər çərçivəsində Azərbaycanda süni yağış texnologiyası da sınaqdan keçiriləcək. İlkin olaraq bununla bağlı bir pilot layihənin icra olunması nəzərdə tutulur. 2024−2027-ci illərdə süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, pilot layihələrin müəyyən edilməsini, süni yağış texnologiyası ilə bağlı bir pilot layihənin icrası təmin ediləcək.

Bəs, görəsən, yeni Strategiyadan gözləntilər nədən ibarətdir? Qarşıya qoyulan hədəflər su resurslarından daha səmərəli istifadə olunmasına imkan yaradacaqmı?

Mütəxəssislər hesab edirlər ki, Azərbaycan su resursları baxımından həssas ölkələr sırasındadır. Ölkənin su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 faizini təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir. BMT-nin İnkişaf Proqramının proqnozlarına görə, lazımi addımlar atılmazsa, 2050-ci ilədək su resursları daha da azalacaq. Bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetrə çatır. Son 30 ildə ölkənin su ehtiyatı 20 faizə qədər azalıb və 2050-ci ilə qədər daha 15-20 faizə qədər azalacağı ehtimal edilir.

Su məsələləri üzrə mütəxəssis Rövşən Abbasov bildirib ki, sözügedən sənədin təsdiq olunmasının çox ciddi səbəbləri var. Ekspert ölkənin su gələcəyi ilə bağlı bəzi bədbin proqnozların mövcud olduğunu deyib: "Proqnozlara əsasən, Azərbaycan gələcəkdə kəskin su stresi yaşayan ölkəyə çevrilə bilər. İqlim dəyişmələri, əhali sayının artması, ölkənin coğrafi vəziyyətinin uyğun olmaması su ehtiyatlarının azalmasına təsir göstərir. Sözügedən sənəddə sudan səmərəli istifadə edilməsinə dair yeni hədəflər və proqram müəyyən olunub. Su itkilərinin azaldılması, alternativ su mənbələrindən istifadənin artırılması, çaylardan və yeraltı su mənbələrindən götürülən suların mümkün qədər azaldılması, kənd təsərrüfatında sudan istifadəyə imkan verən müasir suvarma üsullarının tətbiqi, torpaq kanalların betonlaşdırılması və suya mümkün qədər qənaət olunması sənədin əsas qayəsini təşkil edir. Biz su idarəçiliyini yeni bir vəziyyətə gətirməliyik. Məhz belə olduğu təqdirdə, bizi gözləyən bədbin proqnozlardan yayına bilərik".

Coğrafiya elmləri doktoru Səid Səfərov isə sözügedən sənəddə əsas diqqəti dəniz suyunun duzsuzlaşdırılması məsələsinə yönəldərək deyib ki, bu, strateji bir addımdır: "Bakı və Abşeron yarımadasına su kənardan gəlir. Yarımadada Azərbaycan əhalisinin çox hissəsinin yerləşdiyinə baxmayaraq, heç bir su ehtiyatı yoxdur. Hər hansısa bir konflikt baş verərsə, ciddi bir su problemi yaşaya bilərik. Bakı şəhəri susuz qala bilər. Ona görə də Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi stratejidir və çox vacibdir. Lakin bu o demək deyil ki, bütün suyumuzu yığışdırıb, yalnız dəniz suyundan istifadə edək. Ehtiyatlardan mütləq ehtiyaca uyğun şəkildə istifadə etməliyik".

İqtisadçı-ekspert Emin Qəribli vurğulayıb ki, yeni strategiya müasir avadanlıqları, süni yağış kimi texnologiyaları Azərbaycanda sınaqdan keçirməyə imkan yaradacaq: "Gələcəkdə dünyanın bir neçə bölgəsinin kəskin su problemi ilə üzləşəcəyinə dair proqnozlar var. Həmin ölkələr sırasında Azərbaycanın da adı çəkilir. Düşünürəm ki, iqtisadi siyasətimizi məhz bunu nəzərə alaraq həyata keçirməliyik. İsrail kimi ölkələr uzun illərdir bu problemlə yaşayır, hətta kənd təsərrüfatı sahəsində də ixtisaslaşıblar. Burada əsas məsələ problemin həllinə yönəlik addımların düzgünlüyü və resursların ədalətli bölüşdürülməsidir".

Ekspert su tariflərinin diferensiallaşdırılması məsələsinə də toxunaraq deyib ki, bu istiqamətdə təsnifatlaşdırma mütləqdir. Onun sözlərinə görə, bununla bağlı qərar qəbul edilərkən əhalinin həssas qrupları nəzərə alınacaq: "Strategiyada qeyd olunub ki, xərclərə əsaslanan tariflərə mərhələli keçidlə bağlı regionlar müəyyənləşdiriləcək. Bunun çərçivəsində tariflərin diferensiallaşdırılması və ilkin olaraq pilot layihə kimi tətbiq olunması planlaşdırılır. Əgər pilot layihə effektiv olarsa, onun tətbiqinin davamlı genişləndirilməsi mümkün olacaq".

Həmsöhbətimizin fikrincə, Azərbaycan su ehtiyatlarından səmərəli istifadə üzrə ixtisaslaşarsa, bu, gələcəkdə ölkəmiz üçün əlavə gəlirlər gətirə bilər: "Su çatışmazlığı riski təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə mövcuddur. Bizdə bu problem hələlik kəskin şəkildə özünü göstərmir. Ola bilsin ki, 10-15 il sonra bunu daha dərindən hiss edək. Ona görə də bütün ssenarilərə hazır olmalıyıq. Hökumət çalışır ki, problem dərinləşmədən qarşısını almaq mümkün olsun. Əgər nəzərdə tutulan tədbirlər çərçivəsində Azərbaycan su ehtiyatlarından səmərəli istifadə üzrə ixtisaslaşarsa, gələcəkdə əldə etdiyi təcrübə və bilikləri ixrac etməklə əlavə gəlir də edə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1570   Tarix: 21 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb. "Report"un Qazaxıstan bürosu xəbər verir ki, müvafiq sənəd Akordanın mətbuat xidməti tərəfindən dərc olunub. Fərmana əsasən, vitse-prezident daxili və xarici siyasət sahəsind

05.09.2026 163
.

Husilərin Yəmənin Taiz şəhərinə endirdiyi zərbə nəticəsində 4 nəfər ölüb

Yəmən husiləri Taiz şəhəri (Yəmən) yaxınlığına raket zərbəsi endirib, 4 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" Yəmənin "Saba TV" dövlət televiziyasına istinadən məlumat yayıb. Qeyd olunub ki, zərbə nəticəsində 9 nəfər yaralanıb

05.09.2026 152
.

Nazir müavini ilə bağlı şayiələr yayıldı - Pentaqon rəhbərliyində nə baş verir?

Pentaqonun rəhbərliyində hərb naziri Pit Heqsetin dövründə başlayan istefalar dalğasının ardınca yeni kadr islahatlarının gözlənildiyi bildirilir. xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç fərqli mənbəyə əsaslanaraq məlumat yayıb. Bildirilib ki, qurum artıq nazir müavini Stiv Feynberqi

05.09.2026 135
.

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. BİG.AZ "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı traktora ciddi ziyan dəysə də, sürücünün xəsarət almadığı bildirilir

00:51 98
.

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Naxçıvan Muxtar Respublikasında (MR) 150 sosial xidmətdən 73-ü elektron, 50-si proaktiv qaydada təqdim olunur. "Report"un yerli bürosu xəbər verir ki, bunu muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib. O bildirib ki, Naxçıvanda sosial müdafiə sahəsind

05.09.2026 156
.

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd

00:13 93
.

Ailələrin gəliri niyə ayın sonuna çatmır? - Qazancı ən çox "yeyən" xərclər

Azərbaycanda ailələrin aylıq gəlirlərinin əhəmiyyətli hissəsi gündəlik və zəruri xərclərə yönəlir. Xüsusilə kirayə haqqı, ərzaq və kommunal ödənişlər ailə büdcəsinə ciddi yük yaradır. Bəs bu xərclərin ailələrin aylıq gəlirində payı nə qədərdir və hansı xərc növü büdcəyə daha çox təsir edir?. Mövzu il

00:15 96
.

Azərbaycanda toylar üçün YENİ ŞƏRTLƏR - 2 saat, maksimum 100 nəfər!

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov "Yeni Sabah"a açıqlamasında bildirib ki, toy xərcləri artıq yalnız məclisə yazılan pullarl

00:27 126
.

Bakı metrosunun 4 stansiyası ilə bağlı ŞAD XƏBƏR- RƏSMİ

Sentyabrın 15-dən Bakıda nəqliyyat məsələsi yenidən gündəmə gələcək. Yeni tədris ilinin başlaması ilə paytaxt yollarında avtomobil və sərnişin sıxlığının artacağı gözlənilir. Üstəlik, metroda tətbiq olunan yeni hərəkət sxeminin də yerüstü nəqliyyata əlavə yük yaradacağı ehtimal edilir. Bununla bağl

00:23 101
.