"Müharibə başlamadan öncə şəhid olacağını yuxuda görmüşdüm"- şəhid anası Xatirə Əhmədova

"Müharibə başlamadan öncə şəhid olacağını yuxuda görmüşdüm"- şəhid anası Xatirə ƏhmədovaMən oğul itirmiş çox ana görmüşəm-dostda, qohumlarda, qonşularda. Lakin Şəhid anaları oğul itirən digərlərindən fərqlənir. Gözlərinə baxmaq olmur. Sanki dünya dağılıb gözlərinin dərinliyində. Bir başqadır Şəhid anaları... Fərqlidir... Ağlayanda göz yaşları, dərdinin ağırlığı, həsrətinin ünvanı, oğul sevgisi hər kəsinkinə bənzəməz. Şəhidlər Xiyabanında oğullarına dedikləri ağılar da fərqlidir.
Bəzən "Şəhidlər ölməz" deyib hər şeyi unuduruq. "Vətən sağ olsun" deyib kənardan şəhidləri qürurla anırıq. Şəhidlərimiz qürur yeri, and yerimizdir, ancaq o, şəhidlərin anaları nə çəkirlər, çoxumuz bilmirik. Od düşdüyü yeri yaxar, deyirlər.
Bəlkə də ona görə şair Cabir Noruz övladını itirən şəhid analarını öz şeirində ayrı bir gözəlliklə vəsf edir:

Oğulları döyüşdən geri dönməyənləri,
Fəqət ürəklərində ümid sönməyənləri,
Bir gecədə saçını ağappaq hörənləri,
Bir gözüylə ağlayıb, birilə gülənləri,
Keçmiş qanlı davadan hər gün söz salanları,
Gəlinsiz olanları, nəvəsiz qalanları
Övlad məhəbbətilə isitmək istəyirəm,
Ürək hərarətilə isitmək istəyirəm.

Ürəyini isitmək istədiyimiz şəhid Mərhəmət Əhmədovun anası Xatirə Əhmədovanın oğlu ilə bağlı xatirələr dünyasına səyahətə çıxdıq. Xatirə anaya ünvanladığımız suallara verdiyi cavablar bizi də kövrəltdi.
Öncədən qeyd edək ki, şəhid Əhmədov Mərhəmət Adil oğlu 14.05.1991-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Oğuz kəndində doğulub. O, 2019-cu ilin iyun ayından 3 aylıq təlim müddətini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlısı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsində xidmət edib. Mərhəmət Vətən müharibəsində canını fəda edən oğullardan biri olub. Füzulinin, Hadrutun azad olunması uğrunda odlu-alovlu cəbhəyə atılıb, Daşaltının, Tuğ kəndinin işğaldan azad olunmasında cəsarətlə döyüşüb, Şuşa istiqamətinə doğru irəliləyərkən şəhidlik məqamına yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Mərhəmət Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Qəhrəman igidimiz Mərhəmət Əhmədovun anası Xatirə xanım bizimlə bunları bölüşdü.
- Salam, Xatirə ana. İstərdim bizi Mərhəmətin uşaqlığına səyahətə aparasan?
- Mərhəmətin haqqında çox şey danışa bilərəm. O, uşaqlıqdan qoçaqdı. Deyib-gülən, işdən qorxmayandı, inadkarıydı. Nə deyirdisə, onu da edirdi. Hələ Mərhəmət 2 yaşı olanda axşam vaxtı idi. Süfrə üçün salat doğramışdım. Ağladı və xiyarı doğramağımı sevmədi. Əkin evdən çox uzaq olduğundan ona istədiyi kimi tərəvəzləri bütöv verə bilmirdim. 2 yaşı olmasına rəğmən qorxmadı. Özü uzaq olan əkin yerinə getdi, gücü xiyarı qoparmağa çatmasa da kolu qırıb, istədiyini götürüb gəldi. O, zamandan nə qaranlıq, nə gecə, böyüyəndə isə düşmən onu heç zaman qorxuda bilmədi. O, evimizdə olanda hamı şənlənirdi. Onun yanında olan kimsə dərdini xatırlamazdı. Kiminsə köməyə ehtiyacı vardısa mütləq yardıma gedirdi.
- Dərsləri, sinif yoldaşları ilə münasibəti necə idi?
- Mərhəmət məktəbdə də seçilən və sevilən şagird idi. Sinif yoldaşları hələ də unutmayıb Mərhəməti. Şəhidlər xiyabanına hər getdiyimdə gəlib məzarını ziyarət edirlər. Müəllimləri indi də məni görəndə yaşca məndən böyük olanlar da birinci salam verir, kefimi soruşur, mənlə dərd bölüşürlər.

"Müharibə başlamadan öncə şəhid olacağını yuxuda görmüşdüm"- şəhid anası Xatirə Əhmədova- Hərbiçi olmaq öz arzusu olub?
- Mərhəmət məktəbi bitirəndən sonra əsgərliyə yolandı . Əsgərlikdə olanda da seçilən biri oldu. Ali Baş Komandan adına Fəxri Fərman almışdı o zaman. Əsgərlikdən gələndən sonra bir müddət çalışmadı. Elə fikri hərbiçi olmaqda idi. Qayıtmaq istəyirdi orduya. Ən çox da Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək istəyirdi. Bir müddət ölkədən kənarda işlədi. Orada da işlədiyi zaman özünə qarşı rəğbət hissi yaratdı. Atası yanına gedəndə orda olan müdirləri atasının əlini öpüb sağ olun ki, belə dürüst övlad yetişdirmisiz demişdi.
Xarici ölkədən qayıdandan sonra Azərbaycan silahlı qüvvələrində işləmək üçün sənədlərini hazırladı və ora getdi. Lakin uğursuz olurdu onun bu gedişləri. Hər səfərində nəsə problem çıxırdı. Mərhəmətin arzusu ürəyində qalacağından qorxmuşdum. Sonra verdiyi imtahanlardan yüksək nəticə əldə etdi. Xüsusi Təyinatlı orduda, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəldi. Onu da deyim ki, orduya o dövrdə Mərhəmətlə birgə 100 oğlan da sənəd vermişdi. Təlimlərdən sonra o 100 nəfərdən 17-sini orduda saxladılar. Onlardan biri də mənim oğlumdu.
Hərbi paltarlarını və papağını çox sevirdi. Həmişə papağını dolabın gözünə xüsusi bir yerə qoyurdu ki əzilməsin. Sevirdi peşəsini. Bu həvəsinə görə atası ona "Rembo" oğlum deyirdi.

"Müharibə başlamadan öncə şəhid olacağını yuxuda görmüşdüm"- şəhid anası Xatirə ƏhmədovaMüharibədə olduğu müddətdə sizinlə əlaqə saxladımı? Söhbət zamanı nədən danışırdı?
- Oktyabrın 11-i müharibəyə getdi. 27-si şəhid olduğu xəbərini aldıq. Müharibə ərzində bildiyim tək şey Mərhəmətin kəşfiyyata getdiyi idi. Çünki tez-tez zəng vurmurdu.
Onun döyüş yoldaşları ziyarətimə gəlir. Həmişə deyirdilər ki, Mərhəmət döyüşdən qaçmırdı. Biz sürünə-sürünə güllə atırdıq. O ayaq üstə düşmən üstünə gedirdi. Ona deyirdik ki, əyil Mərhəmət, sənə güllə dəyər. O isə deyirdi ki, "biz bura gizlənməyə gəlməmişik. Şərəfsizləri öldürməyə gəlmişik". Belə bir qoçaq oğlandı mənim oğlum.
Ordan zəng vururdu. Səsini eşidən kimi ağlayırdım . Mənə- ana arxayın ol. Mənə düşmən heç nə edə bilməz deyirdi. O, zaman onların komandiri Tehran Mənsimov idi. Mərhəmət şəhid olduqdan sonra demişdi ki, gedib Mərhəməti böyüdən anaya təşəkkür edəcəm, belə igid yetişdirdiyi üçün. Biz gözlədik gəlməyini. Bizə oğlumuzdan danışsın, istədik amma o, gəlmədi.
Yoldaşlarının dediyinə görə Mərhəmət 70-ə yaxın erməni öldürmüşdü. Özü heç vaxt, heç nə danışmırdı. Yoldaşları danışırdı ki, yaralıları alıb çiyninə, onların silahlarını da götürüb yoluna davam edirdi. Özü ilə bərabər onları da aparırdı ki, düşmən əlinə əsgərlərimizin ölüsü də keçməsin.
Mərhəmətimdən mənə iki oğul yadigar qalıb. Bünyamin və İbrahim. Oğlum şəhid olanda birinin 6, digərinin 5 yaşı vardı. Müharibədən zəng vuranda ilk sözü uşaqlarına dəcəllik edib nənəni yormayın olurdu.

-Mərhəmət necə xarakterə sahib biri idi.
- Mehriban və gülərüz idi. Ona görə də kəndin bütün camaatı sevirdi onu. Şəhid olmasına heç kim inanmadı. O qədər qorxmaz uşaqdı ki, o, erməniyə can verməz deyirdilər. 13 saat yaralı qalıb döyüşdə. Ermənilər təcili tibbi yardım maşınının yolu keçməsinə icazə verməyib, deyirlər. 13 saat sonra canını tapşırıb. Deyilənə görə o zaman erməni qəzetində Mərhəmətin şəkili çıxmışdı ki, bu adam vurulmalıdır deyə. Yaxın məsafədən erməni kəşfiyyatından gələnlər vurubmuş oğlumu.

- Arzuları nə idi?
- Arzuları çoxdu Mərhəmətin. Müharibədən əvvəl iki dana almışdı ki, övladlarına kiçik toy eləsin. Yoldaşları deyirdi ki, müharibədə başlarından güllə yağanda belə övladlarının yanına getmək, onlara kiçik toy etmək üçün dua edirmiş. Deyirmiş ki, 3 gün toy edəcək. Əylənəcək. Bütün arzuları ürəyində qaldı. Nə övladlarını məktəbə yola sala bildi, nə də kiçik toyun elədi.

"Müharibə başlamadan öncə şəhid olacağını yuxuda görmüşdüm"- şəhid anası Xatirə Əhmədova-Bilirəm çətindi. Onunla bağlı arzularınız nə idi?
- Mənim də onunla bağlı arzularım çoxdu. Çox arzum ürəyimdə qaldı. Birinci arzum elə onun övladları olduğunu görməkdi. Çox şükür Allah nəsib etdi. Amma Mərhəmətsiz onları böyütmək istəməzdim.
Mərhəmət mayın 14-ü anadan olub. Hər il may ayının 14-də artıq 4 ildir ki, onsuz ad günün keçirdirik.
Həyat eşqi bol olan bir insandı. Özünə ayrı bir ev qurmuşdu. Əziyyət çəkməyimə heç icazə vermirdi. O, yanıma yaxınlaşmadan qoxusu burnuma gəlirdi. Onda bilirdim Mərhəmətim gəlir. Hələ müharibə başlamazdan əvvəl yuxuda görmüşdüm şəhid olacağını. Ürəyimin bir yerində o, zamandan bir yaram vardı. Elə indi də o yara yerindədir. Mən fəxr edirəm ki, o cür igidin anasıyam.

Söhbətim bitdikdən sonra Xatirə ana ilə vidalaşdım. O, an qəlbim qəmgin tellər üstündə nəğmələr oxuyurdu. Mənsə bir şeyi dərk etdim. İgidlər şəhid olanda yox, unudulanda ölür.

Nuray Nəzərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1118   Tarix: 18 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini avqustda 14 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 28,467 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır. Avqustda isə Türkiyə Azərbaycan

05.09.2026 105
.

Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik MƏLUMAT YAYDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Övladlığa verilən uşaqlardan 45-i qız, 44-

00:19 129
.

Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO

Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər. Bu barədə Baku TV süjet hazırlayıb. Süjetdə bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi belə halların ilk olmadığını, maarifləndirmə və cərimələrin nəticə vermədiyini qeyd edir

05.09.2026 211
.

Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilib

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev erməni rejissor tərəfindən çəkilmiş "The Black Garden" sənədli filminə dair "The Guardian" qəzetində dərc olunmuş rəyə münasibət bildirərək həmin nəşrə məktub ünvanlayıb. B

05.09.2026 154
.

Bakı metrosunun 4 stansiyası ilə bağlı ŞAD XƏBƏR- RƏSMİ

Sentyabrın 15-dən Bakıda nəqliyyat məsələsi yenidən gündəmə gələcək. Yeni tədris ilinin başlaması ilə paytaxt yollarında avtomobil və sərnişin sıxlığının artacağı gözlənilir. Üstəlik, metroda tətbiq olunan yeni hərəkət sxeminin də yerüstü nəqliyyata əlavə yük yaradacağı ehtimal edilir. Bununla bağl

00:23 101
.

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır

İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə "El-Nino" hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir. Planetimizi və Azərbaycanı nə gözləyir?. Bu barədə -a "Səma və Eko"

00:25 106
.

Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb

Moskvada Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, Putin Uitkoffla artıq səkkizinci dəfə üzbəüz görüşür, Kuşner isə Ukrayna məsələsinin nizamlanması ilə bağlı müzakirələrd

05.09.2026 134
.

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Naxçıvan Muxtar Respublikasında (MR) 150 sosial xidmətdən 73-ü elektron, 50-si proaktiv qaydada təqdim olunur. "Report"un yerli bürosu xəbər verir ki, bunu muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib. O bildirib ki, Naxçıvanda sosial müdafiə sahəsind

05.09.2026 156
.

Ötən gün borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 149 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

05.09.2026 164
.