"Yas və toy mərasimlərini dəbdəbə xatirinə, kimlərəsə göstəriş üçün keçirirlər" - Sosioloq

"Yas və toy mərasimlərini dəbdəbə xatirinə, kimlərəsə göstəriş üçün keçirirlər" - SosioloqMəlum olduğu kimi, Azərbaycan xalqı dəbdəbəni sevir. Bu dəbdəbə hətta yas mərasimlərində də özünü göstərir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, insanlar yas və toy mərasimlərini dəbdəbə xatirinə, kimlərəsə göstəriş üçün keçirirlər. Hətta bəzən borclanırlar, banklara yüksək faizli kreditlərə girirlər. Bu mərasimlərin ictimai tənzimlənməyə ehtiyacı var. Yaxşı olar ki, imkanlı şəxslər təvazökar mərasim keçirmək nümunəsi göstərsinlər və sadə insanlar bu insanlara baxıb örnək götürsünlər:

"Təkcə yas mərasimləri deyil, toy mərasimləri də ictimai cəhətdən bir qədər qınaqla qarşılanır. Bəzi yas və toy mərasimləri ictimai ikrah yaradır. Görürük ki, insanlar yas və toy mərasimlərini dəbdəbə xatirinə, kimlərəsə göstəriş üçün keçirirlər. Hətta bəzən borclanırlar, banklara yüksək faizli kreditlərə girirlər. Sonra böyük çətinlik qarşısında qalırlar, iqtisadi vəziyyətləri dözülməz duruma düşürlər. Güman edirəm ki, belə dəbdəbəli mərasimlərə lüzum yoxdur. Biz ictimai düşüncə ilə işləməliyik ki, mərasimlərin belə dəbdəbəli keçirilməsi onlara heç nə qazandırmır. Hətta peyğəmbər (s.a.v. ) deyirdi ki, insanlar əlamətdar günlərini təntənəli şəkildə keçirməməlidirlər. Onları təvazökar şəkildə keçirməlidirlər. Bəzən hədsiz şəkildə israfçılığıa yol verilir, sanki "qonşudan geri qalma" prinsipi ilə təntənəli yas və toy mərasimləri keçirilir. Hesab edirəm ki, bu mərasimlərin ictimai tənzimlənməyə ehtiyacı var. Yaxşı olar ki, imkanlı şəxslər təvazökar mərasim keçirmək nümunəsi göstərsinlər və sadə insanlar bu insanlara baxıb örnək götürsünlər. Düşünsünlər ki, imkanlı şəxslər təvazökar mərasim keçirirsə, biz niyə keçirməyək?. Bu, heç də dövlət səviyyəsində tənzimlənəsi məsələ deyil, ictmai tənzimləmə tələb edir. İnsanlar özləri yaxşı nümunə göstərməlidir ki, bu, ənənəvi hal alsın".

Şəbnəm Lətifi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 795   Tarix: 16 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.