"Valideynin aliment ödəməməsi onun işsiz olması ilə əlaqəli deyil" - Hüquqşünas
"Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, valideynlər öz övladlarını qayğısına qalmaq və tərbiyə etməyə borcludur, buna dövlət xüsusi nəzarət edir. Əgər uşaqlar anada qalırsa ata, atada qalırsa ana aliment ödəməlidir".
Bu sözləri BiG.AZ-A hüquqşünas Esmira Rzayeva deyib.
O bildirib ki, valideynin işləyib-işləməməsindən asılı olmayaraq, uşağa aliment ödənilməlidir.
"Ailə məcəlləsinə görə, valideynin aliment ödəməməsi onun işsiz olması ilə əlaqəli deyil. Yəni, aliment verəcək şəxs məhkəmə tərəfindən müəyyən edilmiş məbləği ödəməlidir. Alimentdən qərəzli şəkildə yayıyan valideynlər məsuliyyətə cəlb olunur.
"Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması qanunla tənzimlənir. Konstitusiyanın 78.1.-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2.-ci maddəyə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3.-cü maddəyə görə, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 919 Tarix: 14 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEO
Qayaya yox, yaddaşa ad yazmaq istəyənlər Şuşada qanını axıtdı. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından daha çox, müqəddəs qibləgahıdır. Bu ərazilərə şəhidlərimizin qanı həkk olunub. Qarabağın azadlığı uğrunda döyüşlər zamanı Azərbaycan hərbçiləri məhz b
05.09.2026 131 Azərbaycan Türkiyədən geyim idxalına çəkilən xərcləri 33 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 43,538 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur. Avqustda Türkiyə Azərbaycana 7,132 milyon ABŞ dolları dəyərind
05.09.2026 120 Məşhur türkiyəli aktyor evində ÖLÜ TAPILDI
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxi
05.09.2026 354 Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT
Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər
05.09.2026 260 İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır
İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə "El-Nino" hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir. Planetimizi və Azərbaycanı nə gözləyir?. Bu barədə -a "Səma və Eko"
00:25 106 Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər. Bu barədə Baku TV süjet hazırlayıb. Süjetdə bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi belə halların ilk olmadığını, maarifləndirmə və cərimələrin nəticə vermədiyini qeyd edir
05.09.2026 211 On bir gün sonra möcüzə: Nepal fəlakətindən daha bir nəfər sağ tapıldı
Nepalın Bhote-Koşi çayında baş verən dağıdıcı daşqınlardan sonra Rasuva dairəsində inşası davam edən "Upper Trişuli" su elektrik stansiyasının tunelində əcnəbi vətəndaş aşkar edilib. xəbər verir ki, bu barədə Nepal ordusu "X" sosial şəbəkəsində məlumat yayıb. Hərbçilərin bir kişiy
05.09.2026 177 Ukraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq
Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy
05.09.2026 256 Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb. -ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya qoşunları Donetsk vilayətində Kurtovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
05.09.2026 168