Xalqın yaddaşında əbədi həkk olan tarix

Xalqın yaddaşında əbədi həkk olan tarixAzərbaycanın Xankəndi şəhərində 15 oktyabr 2023-cü il tarixi əsrlərlə unudulmayacaq dərin izlər qoydu. Bu tarixdə Azərbaycanın şanlı bayrağı Xankəndi səmasında Prezident İlham Əliyev tərəfindən dalğalandırıldı. Bu, Azərbaycan xalqı üçün fərəh, qürur hissi idi. O hiss ki, 30 ildən çox müddətdə Xankəndi və Qarabağın digər əraziləri işğala məruz qalmışdır. Nəhayət, uzun zaman keçsə də, haqq öz yerini tapdı. Erməni işğalı altında olan torpaqlarımızın hər hissəsində Azərbaycan bayrağı dalğalanır, hər qarışında Azərbaycan ordusu, Azərbaycan vətəndaşları dolaşır.
Xankəndi şəhərinin azad olunması xüsusi əhəmiyyət kəsb edirdi. Çünki bura demək olar ki, terrorçuların yuvasına çevrilmişdi. Azərbaycan əleyhinə məkrli planlar, təşviqatlar məhz burada həyata keçirilirdi. Lakin bu terror yuvasına son qoyuldu. 15 oktyabr 2023-cü il də Prezident İlham Əliyev Xankəndiyə səfər etdi və üçrəngli bayrağımızı ucaltdı. Elə bu səfər çərçivəsində düşmənə və onlara dəstək olanlara qarşı da öz mesajını vermiş oldu.Və xalqımız qarşısında verdiyi sözə də əməl etdi.
Prezident İlham Əliyev çıxışında verdiyi sözü bir daha xatırlatdı: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır."
Bəli, Prezident sözünə əməl etdi. Bu gün Azərbaycan torpaqlarının hər hissəsində bayrağımız dalğalanır. İşğal altında olan torpaqlarımızın azad olması üçün həm xarici, həm də daxili siyasətdə güclənmək lazım idi. İlk olaraq iqtisadi sahədə irəli getmək və nəticədə Azərbaycan ordusunu gücləndirmək, müasir silahlar əldə etmək lazım idi. Prezidentin qarşıya qoyduğu bu məqsədə nail olunması üçün hər sahədə, hər istiqamətdə inkişaf əldə etmək mütləq idi. Beləliklə, Prezident İlham Əliyevin də dediyi kimi, " Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır". Bütün bu nailiyyətlərin təməlində güclü idarəçilik və ağıllı yürüdülən siyasət durur. Və təbii ki, Azərbaycan ordusunun qalibiyyəti dövlətimizin gücünü göstərmiş oldu.
Prezident İlham Əliyev: "Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu". Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. Bəli, həm Vətən Müharibəsi, həm də antiterror əməliyyatları ilə ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Antiterror əməliyyatları ilə separatçıların yuvasına çevrilmiş Xankəndi şəhəri ermənilərdən tamamilə azad edilib. Prezident İlham Əliyevin də dediyi kimi, "Qələbə əbədi bizimlə olacaq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər". Beləliklə, əldə etdiyimiz qələbə hər birimizin fəxr, qürurla gəzəcəyi qələbədir. Yüz illiklər ərzində Azərbaycan ilk dəfə düşmənə bir parça torpağını vermədən ərazi bütövlüyünü təmin etdi. Tarixə dümüş bu qələbəni hər bir nəsil unutmayıb, fəxrlə danışacaqlar.
Onu da qeyd edim ki, bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Məhz ilk dəfə Heydər Əliyev ermənilərin separatçılığına qarşı çıxmışdır. Prezident İlham Əliyev Xankəndində çıxışı zamanı bu barədə ətraflı məlumat vermişdir: "Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. Düz 18 il. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi". Beləliklə, Heydər Əliyevi vəzifədən kənarlaşdırmaqla Azərbaycan üçün faciəli günlər başladı. Məhz bu hadisədən düşmən öz məkrli planlarını həyata keçirməyə başladı. Bir müddət sonra artıq torpaqlarımız işğal olunmuşdur. Bu işğaldan sonra Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevi rəhbər seçdi. Ulu Öndərin qarşısına qoyduğu ən ali məqsədi torpaqlarımızı düşməndən azad etmək idi. Bunun üçün ölkəni iqtisadi, hərbi sahədə gücləndirmək üçün addımlar atıldı. Bu gün artıq Prezident İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirir və nəticədə torpaqlarımız işğaldan azad olundu. Artıq Azərbaycanın hər guşəsində Dövlət Bayrağımız bir daha enməmək üzrə dalğalanır. Beləliklə, Qarabağda bu gün abadlıq-quruculuq işləri yüksək şəkildə davam etdirilir. Bu gün qısa müddət keçməsinə baxmayaraq məcburi köçkünlər öz yurdlarına qayıtmış və bu qayııdış davamlı şəkildə həyata keçirilir.
Bütün bu nailiyyətlər Azərbyacan ordusunun qüdrətini, dövlətimizin yenilməzliyini bir daha dünyaya göstərmiş oldu. Torpaqlarımızın hər qarışında ucaldılan şanlı bayrağımız əbədi olaraq dalğalanacaqdır.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 619   Tarix: 14 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEO

Qayaya yox, yaddaşa ad yazmaq istəyənlər Şuşada qanını axıtdı. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından daha çox, müqəddəs qibləgahıdır. Bu ərazilərə şəhidlərimizin qanı həkk olunub. Qarabağın azadlığı uğrunda döyüşlər zamanı Azərbaycan hərbçiləri məhz b

05.09.2026 131
.

Azərbaycan Türkiyədən geyim idxalına çəkilən xərcləri 33 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 43,538 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur. Avqustda Türkiyə Azərbaycana 7,132 milyon ABŞ dolları dəyərind

05.09.2026 120
.

Məşhur türkiyəli aktyor evində ÖLÜ TAPILDI

Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxi

05.09.2026 354
.

Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT

Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər

05.09.2026 260
.

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır

İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə "El-Nino" hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir. Planetimizi və Azərbaycanı nə gözləyir?. Bu barədə -a "Səma və Eko"

00:25 106
.

Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO

Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər. Bu barədə Baku TV süjet hazırlayıb. Süjetdə bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi belə halların ilk olmadığını, maarifləndirmə və cərimələrin nəticə vermədiyini qeyd edir

05.09.2026 211
.

On bir gün sonra möcüzə: Nepal fəlakətindən daha bir nəfər sağ tapıldı

Nepalın Bhote-Koşi çayında baş verən dağıdıcı daşqınlardan sonra Rasuva dairəsində inşası davam edən "Upper Trişuli" su elektrik stansiyasının tunelində əcnəbi vətəndaş aşkar edilib. xəbər verir ki, bu barədə Nepal ordusu "X" sosial şəbəkəsində məlumat yayıb. Hərbçilərin bir kişiy

05.09.2026 177
.

Ukraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq

Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy

05.09.2026 256
.

Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb. -ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya qoşunları Donetsk vilayətində Kurtovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

05.09.2026 168
.