"İbtidai siniflərin dərs yükünün artırılması ən böyük ağılsızlıqdır" - Elşən Qafarov
Orta məktəblərdə dərs proqramının ağırlığı və şagirdlərin həddən çox ev tapşırığı ilə yüklənməsi narahatlıq doğuran məsələlərdən biridir. Bəzi məktəblərdə şagirdləri ev tapşırıqları ilə o dərəcədə yükləyirlər ki, hətta onların ali təhsilli valideynləri belə bu qəliz tapşırıqların həllində övladlarına kömək etməkdə çətinlik çəkirlər.
Ev tapşırıqlarının çoxluğu şagirdlərin növbəti mərhələlərdə təhsil nailiyyətlərinə müsbət təsir etmir. Əksinə, şagirdlərin həddindən artıq ev tapşırığı ilə yüklənməsi onları təhsildən, məktəbdən soyudur. Üstəlik, bu gərginliyə kiçik yaşlı məktəblinin orqanizmi, əsəbi, iradəsi də dözmür. Bir sözlə şagirdlərin dərs yükü onların duz yükünə çevrilib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, uzun müddətdir təhsil sahəsində araşdırma aparıram, mən hələ bir pedaqoq kimi başa düşə bilmirəm ki, biz hansı ağılla, nə səbəbə, ibtidai siniflərdə dərs yükünü ağırlaşdırıb, üstəlik bura informatika və xarici dili fənlərini daxil etmişik:
Ümumiyyətlə həftəlik dərs yükü 25, tam orta təhsil səviyyəsində isə 30 saatdan çox olmamalıdır. Bununla birgə dərsdən kənar məşğələlər, dərnək məşğələləri keçirilməlidir.
Şagirdlərin dərs saatlarını çoxaltmaq, gündəlik iş rejimini ağırlaşdırmaqdansa onların bacarıq yönlərinin inkişafı üçün işlər həyata keçirilməlidir. Ayrı-ayrı fənlər üzrə biliklərini artırmaq üçün proqram tətbiq edilməlidir. Bu baxımdan düşünürəm ki, dərs yükü ibtidailərdə 18 -22 saatdan yuxarı olmamalıdır. Burada uşaqların fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Dərs yükü saatlarını qıssaldıb, məktəblilərin məktəbdənkənar fəaliyyətini inkişaf etdirmək lazımdır.
Xatırlayaq ki, dərsliklərlə bağlı 5 il əvvəl çox ciddi problemlərimiz vardı. Hazırda isə alternativ vəsaitlərdən istifadə edilir. Bu mövzuda problemlər cuzi miqdardadır. Bir çox dərsliklərimizlə biz artıq qürur duya bilirik. Nəticə etibarı ilə düşünürəm ki, zamanla dərs yükü probleminin də öhdəsindən gəlmiş olacağıq.
İdeal sistem, ideal dərslik olmur. Hazırki, təhsil sistemimizdə və dərsliklərimizdə inkişaf etdirilməlidir. Lakin mənim istəyim odur ki, şagirdlərin daxili potensialı üzə çıxarılsın. Yəni dərsdənkənar fəaliyyətlərində xüsusi addımlar atılsın".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1225 Tarix: 14 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEO
Qayaya yox, yaddaşa ad yazmaq istəyənlər Şuşada qanını axıtdı. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından daha çox, müqəddəs qibləgahıdır. Bu ərazilərə şəhidlərimizin qanı həkk olunub. Qarabağın azadlığı uğrunda döyüşlər zamanı Azərbaycan hərbçiləri məhz b
05.09.2026 131 Azərbaycan Türkiyədən geyim idxalına çəkilən xərcləri 33 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 43,538 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur. Avqustda Türkiyə Azərbaycana 7,132 milyon ABŞ dolları dəyərind
05.09.2026 120 Məşhur türkiyəli aktyor evində ÖLÜ TAPILDI
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxi
05.09.2026 354 Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT
Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər
05.09.2026 260 İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır
İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə "El-Nino" hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir. Planetimizi və Azərbaycanı nə gözləyir?. Bu barədə -a "Səma və Eko"
00:25 106 Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər. Bu barədə Baku TV süjet hazırlayıb. Süjetdə bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi belə halların ilk olmadığını, maarifləndirmə və cərimələrin nəticə vermədiyini qeyd edir
05.09.2026 211 On bir gün sonra möcüzə: Nepal fəlakətindən daha bir nəfər sağ tapıldı
Nepalın Bhote-Koşi çayında baş verən dağıdıcı daşqınlardan sonra Rasuva dairəsində inşası davam edən "Upper Trişuli" su elektrik stansiyasının tunelində əcnəbi vətəndaş aşkar edilib. xəbər verir ki, bu barədə Nepal ordusu "X" sosial şəbəkəsində məlumat yayıb. Hərbçilərin bir kişiy
05.09.2026 177 Ukraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq
Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy
05.09.2026 256 Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb. -ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya qoşunları Donetsk vilayətində Kurtovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
05.09.2026 168