Problemli ailələr niyə Dövlət Komitəsinə deyil, Xoşqədəm və Zaura müraciət edirlər?

Problemli ailələr niyə Dövlət Komitəsinə deyil, Xoşqədəm və Zaura müraciət edirlər?Ölkəmizdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi olsa da, problemli ailələr televiziya verilişlərinə müraciət edirlər.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, televiziyadakı keyslərin bəziləri reallığı əks etdirmir.Real Azərbaycan ailəsinin mənzərəsini əks etdirməyən, sadəcə tamaşaçı auditoriyası, reytinq qazanmaq üçün istifadə etdiyi bir pr kampaniyasına oxşayır. Münaqişəli ailələrin həlli təkcə Daxili İşlər Nazirliyində deyil, Ailə, Qadın,Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də aparılmalıdır. Dövlət Komitəsinin bölgələrdə ya strukturları yaradılmalı ya da müvafiq strukturların tərkibində ştat vahidi yaradılmalıdır ki, münaqişəli ailələr qeydiyyata alınsın, onlarla sosial, psixoloji iş aparılsın.Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi qısa zamanda fəaliyyətə başlasa da, xeyli uğur hekayələri var. Amma fəaliyyətini daha dərinləşdirməli,daha əhatəli şəklə gətirib çıxarmalı və fürsətcil televiziya verilişlərinə, sosial media platformalarına, saytlara imkan tanımamalıdır ki, Azərbaycan ailələrində baş verən keysləri hansısa məqsədlər üçün efirlərə daşınsın:

"Bu gün televiziyada, kütləvi informasiya vasitələrində problemli ailələr aid keyslər verilir. Hesab edirəm ki, bunların bəziləri reallığı əks etdirməyən keyslərdir. Onları təhlil edəndə görürük ki, şişirdimiş, reallıqdan kənardır. Real Azərbaycan ailəsinin mənzərəsini əks etdirməyən, sadəcə tamaşaçı auditoriyası, reytinq qazanmaq üçün istifadə etdiyi bir pr kampaniyasına oxşayır. Hətta bizim ölkəmizdə olmayan problem bizim ölkədəki kimi göstərilir. Verilişlərdə göstərilən keyslər yalançı ssenarilər vasitəsilə sərgilənir . Real həqiqəti əks etdirsə belə, problemin o şəkildə ekranlara daşınması məqsədə uyğun deyil. Çünki ailə,qadın,uşaq problemləri ilə bağlı Azərbaycanda institusional yanaşma var. Azərbaycan az ölkələrdəndir ki, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir və bu Komitənin missiyası Azərbaycan ailələrində qadın,uşaq problemləri ilə maraqlanmaq, onların həllini taparaq həyata keçirmək və bütövlükdə ailə institutunun sağlamlığını təmin etmək, münaqişələrin qarşısını almağa kömək etməkdir. Şübhəsiz ki, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir sıra islahatlara açıq olmalıdır. İlk növbədə struktur və funksional islahatlar dərinləşməlidir. Çünki biz görürük ki, cəmiyyətimizin qlobal dünyaya inteqrasiyası fonunda cəmiyyətimiz üçün xarakterik olmayan bəzi tərzlər təbliğ olunur. Bu da şübhəsiz ki, Azərbaycan ənənələrinə uyğun gəlmir. Klassik Azərbaycan ailəsinin deqredasiyasına gətirib çıxara bilir. Təkcə paytaxtda yox, bölgələrdə münaqişəli ailələr var. Münaqişəli ailələrin həlli təkcə Daxili İşlər Nazirliyində deyil, Ailə, Qadın,Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də aparılmalıdır. Dövlət Komitəsinin bölgələrdə ya strukturları yaradılmalı ya da müvafiq strukturların tərkibində ştat vahidi yaradılmalıdır ki, münaqişəli ailələr qeydiyyata alınsın, onlarla sosial, psixoloji iş aparılsın . Vaxtında həmin ailələrə sosial isçi və psixoloq yardımı olarsa, həm boşanmaların sayı xeyli azala bilər, həm münaqişəli ailələrdəki psixoloji iqlim sağaldıla bilər. Bu problemlər hansısa fürsətcil telekanalların əlinə düşməz. Televiziya verilişləri belə keyslərdən fürsətcil şəkildə istifadə edir. Xırda problemi şok effekti ilə efirlərə daşıyır. Potensial münaqişəli ailələri də real münaqişəyə gətirib çıxarır.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi qısa zamanda fəaliyyətə başlasa da, xeyli uğur hekayələri var. Amma fəaliyyətini daha dərinləşdirməli,daha əhatəli şəklə gətirib çıxarmalı və fürsətcil televiziya verilişlərinə, sosial media platformalarına, saytlara imkan tanımamalıdır ki, Azərbaycan ailələrində baş verən keysləri hansısa məqsədlər üçün efirlərə daşınsın".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 980   Tarix: 11 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı metrosunun 4 stansiyası ilə bağlı ŞAD XƏBƏR- RƏSMİ

Sentyabrın 15-dən Bakıda nəqliyyat məsələsi yenidən gündəmə gələcək. Yeni tədris ilinin başlaması ilə paytaxt yollarında avtomobil və sərnişin sıxlığının artacağı gözlənilir. Üstəlik, metroda tətbiq olunan yeni hərəkət sxeminin də yerüstü nəqliyyata əlavə yük yaradacağı ehtimal edilir. Bununla bağl

00:23 101
.

Nazir müavini ilə bağlı şayiələr yayıldı - Pentaqon rəhbərliyində nə baş verir?

Pentaqonun rəhbərliyində hərb naziri Pit Heqsetin dövründə başlayan istefalar dalğasının ardınca yeni kadr islahatlarının gözlənildiyi bildirilir. xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç fərqli mənbəyə əsaslanaraq məlumat yayıb. Bildirilib ki, qurum artıq nazir müavini Stiv Feynberqi

05.09.2026 135
.

Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı

Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı ilə əlaqədar tətbiq olunan nəqliyyat məhdudiyyətləri nəzərdə tutulduğundan daha əvvəl aradan qaldırılıb. xəbər verir ki, şəhərin bəzi küçə və prospektlərində tətbiq olunan məhdudiyyətlər götürülüb və yolla

05.09.2026 158
.

Türkiyədə azərbaycanlı uşaq ögey atasını öldürdü

Türkiyədə azərbaycanlı yeniyetmə ögey atasını öldürüb. BİG.AZ -a istinadən bildirir ki, hadisə Kayseri şəhərinin Melikqazi rayonunun Hunat məhəlləsində, Şəhid Yüzbaşı Sami Akbulut küçəsində baş verib. Məlumata görə, Azərbaycan vətəndaşı olan 16 yaşlı V.E. ilə onun 47 yaşlı ögey atası M.T. arasında naməlu

05.09.2026 194
.

Akadzava: Yaponiya və ABŞ 550 milyard dollarlıq investisiya proqramının reallaşdırılmasında irəliləyiş əldə edib

Yaponiya və ABŞ iki ölkə arasındakı ticarət sazişi çərçivəsində 550 milyard dollar həcmində investisiya proqramının həyata keçirilməsində irəliləyiş əldə edib. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosey Akadzav

05.09.2026 122
.

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Naxçıvan Muxtar Respublikasında (MR) 150 sosial xidmətdən 73-ü elektron, 50-si proaktiv qaydada təqdim olunur. "Report"un yerli bürosu xəbər verir ki, bunu muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib. O bildirib ki, Naxçıvanda sosial müdafiə sahəsind

05.09.2026 156
.

Husilərin Yəmənin Taiz şəhərinə endirdiyi zərbə nəticəsində 4 nəfər ölüb

Yəmən husiləri Taiz şəhəri (Yəmən) yaxınlığına raket zərbəsi endirib, 4 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" Yəmənin "Saba TV" dövlət televiziyasına istinadən məlumat yayıb. Qeyd olunub ki, zərbə nəticəsində 9 nəfər yaralanıb

05.09.2026 152
.

Ukraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq

Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy

05.09.2026 256
.

Bu şəxslər pullarını GERİ ALA BİLƏCƏK - YENİLİK

Azərbaycan ərazisində tibb müəssisələrindən xidmət alan əcnəbilərə ödənilmiş ƏDV müəyyən şərtlərlə geri qaytarılır. xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul ola

00:09 100
.