Abortlarla bağlı dəhşət saçan statistika: "Günahdır" deməklə məsələ həll olunmur"

Abortlarla bağlı dəhşət saçan statistika: "Günahdır" deməklə məsələ həll olunmur"Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 73 816 abort qeydə alınıb. Abort edənlərin çoxunun yaşı gəncdir. Belə ki, 2023-cü ildə abort edən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığındadır. Statistikaya görə, ötən il 15-17 yaş aralığında 68 qadın, 18-19 yaş aralığında olan 2 528 qadın abort etdirib. 2021‑ci ildə abort edənlərin sayı 46 877, 2022‑ci ildə 57 999 olub. 15‑49 yaşlı hər 1 000 qadına düşən abortların sayı 27,9 təşkil edib. Statistikadan da görünür ki, say çox sürətlə artır. Aparılan təbliğat da heç bir effekt vermir.

Bəs, görəsən, problemin həlli yolları varmı? Bəlkə artıq inzibati qaydada hansısa addımların atılmasının vaxtı çatıb?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Aborta alternativ variant olmadığı halda müraciət edilməlidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov da ölkədə abortların sayının artdığını təsdiqləyib.

Onun sözlərinə görə, son 10 il ərzində abortların bir necə dəfə artması müxtəlif səbəblərlə bağlıdır:

"Yaş kateqoriyası üzrə bölgüyə diqqət yetirsək görə bilərik ki, abortlar 25-34 yaş arasında olanlar arasında daha çox tətbiq olunur. Bu, nikah yaşı dövrüdür. Bu kimi halların mövcudluğu onu göstərir ki, bu gün gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı bilikləri azdır. Bu mövzular ətrafında işlərin daha gücləndirilmiş bir formada aparılmasına ehtiyac var ki, ailələr aborta yalnız alternativ variant olmadığı halda müraciət etsinlər. Abortları yaradan digər səbəblər isə cəmiyyətdə hələ də mövcud olan stereotiplərdir. Bu stereotiplər ailədə oğlan uşaqlarına qarşı olan üstünlük və istəkdən irəli gəlir".

Dölün cinsinin müəyyən edilməsinə qadağa qoyulsa…

R.Mahmudov vurğulayıb ki, beynəlxalq praktikada bu kimi halların qarşısını almaq üçün normativ hüquqi bazada ana bətnində olan dölün cinsiyyətinin müəyyən edilməsi ilə bağlı qadağa mövcuddur:

"Digər ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətində aparılan araşdırmalar göstərib ki, USM-in səhiyyədə tətbiqindən sonra selektiv abortların sayında artım müşahidə olunub. Son illər eyni tendensiyanı bizdə də görmək olar. Bunun nəticəsi bu gün Azərbaycanda hər 100 qız uşağına 114-116 oğlan uşağının dünyaya gəlməsidir. Normada bu göstərici 100 qız uşağına 104-105 oğlan uşağının olmasıdır. USM-in əsas istiqaməti ana bətnində olan uşağın sağlamlığının qorunması, yoxlanılması və izlənilməsidir. Lakin valideynlər burada cinsiyyətin müəyyən olunmasını prioritet olaraq seçirlər. Əgər USM müayinəsi aparan həkimlərə dölün cinsinin müəyyən edilməsinə qadağa qoyulsa, bu, həm selektiv abortlarının yayılmasına və qarşısının alınmasına, eyni zamanda cins nisbətinin stabilləşdirilməsinə kömək edə bilər".

Hər hansı məsuliyyət yoxdur

Hüquqşünas Ruslan Vəliyev hesab edir ki, abortların qarşısını almaq üçün inzibati qaydada müdaxilənin vaxtı çoxdan yetişib.

Onun fikrincə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq əlavələrin edilməsi zəruridir:

"Azərbaycanda abortların sayının artması birmənalı şəkildə selektiv abortlardan qaynaqlanır. Qanunvericilikdə selektiv abortla bağlı hər hansı məsuliyyət yoxdur. Düzdür, "Əhalinin sağlamlığının qorunması haqqında" qanun var. Həmin qanunda hansı hallarda və hansı səbəblərdən aborta icazə verildiyi barədə qeyd edilib. Amma yaxşı olardı ki, abortlarla bağlı məsələ ən azından İnzibati Xətalar Məcəlləsinə salınsın və hər iki tərəf üçün məsuliyyət yaratsın".

"Sanksiyaların məbləği 20-30 min manat civarında olmalıdır"

R.Vəliyev bildirib ki, mövcud problem kompleks yanaşma tələb edir:

"Biz əminliklə deyə bilmərik ki, bununla bağlı inzibati məsuliyyət yaranandan sonra vəziyyət müsbətə doğru dəyişəcək. Mövcud problemə kompleks yanaşma lazımdır. İlkin olaraq İnzibati Xətalar Məcəlləsinə müvafiq sanksiyalar əlavə etmək və həmin sanksiyaları təcrübədə tətbiq etməklə kifayətlənmək olar. Tibb müəssisələri üçün nəzərdə tutulan bu cərimə sanksiyalarının məbləği 20-30 min manat civarında olmalıdır. Əgər vəziyyət dəyişməzsə, o halda Cinayət Məcəlləsinə də müvafiq maddələr əlavə edilə bilər. Əməliyyatı icra edən tibb personalı ya həbs cəzası almalı, ya da fəaliyyətinə qadağa qoyulmalıdır".

"Günahdır" deməklə məsələ həll olunmur

Sosioloq Əhməd Qəşəmoğlu indiyədək bu istiqamətdə aparılan təbliğat və maarifləndirmə işlərini qənaətbəxş hesab etmir.

Onun fikrincə, abortların qarşısının alınması yönündə atılan addımlar kortəbii xarakter daşıyır:

"Gərək ölkədə bununla bağlı sosial siyasət dəyişsin, ümumi fəaliyyət planı hazırlansın. Yoxsa insanlara "ayıbdır, günahdır, abort etməyin" deməklə bu məsələ həllini tapmaz. Əsas səbəbləri aydınlaşdırmaq lazımdır. Bir tərəfdən ciddi elmi əsaslarla, yeni metodla maarifləndirmə olmalıdır. Digər tərəfdən, bu sahədə müəyyən bir hüquqi təzyiq yaradılmalıdır. Çalışmaq lazımdır ki, insanlar özləri bunu dərk eləsinlər".

Həkimlər də başqa çıxış yolu görmür

Cərrah mama-ginekoloq Ləman Əliyeva da inzibati qaydada təsir mexanizmlərinin yaradılmasının tərəfdarıdır:

"Görürük ki, problemi maarifləndirmə, təbliğat aparmaqla aradan qaldırmaq mümkün deyil. Məsələn, mən abort üçün yanıma gələn xəstədən imtina etsəm, o, başqa həkimin yanına gedəcək. Amma abortlarla bağlı inzibati qaydada təsir mexanizmləri olsa, vəziyyət müəyyən qədər dəyişə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 766   Tarix: 06 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb. "Report"un Qazaxıstan bürosu xəbər verir ki, müvafiq sənəd Akordanın mətbuat xidməti tərəfindən dərc olunub. Fərmana əsasən, vitse-prezident daxili və xarici siyasət sahəsind

05.09.2026 163
.

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır

İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə "El-Nino" hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir. Planetimizi və Azərbaycanı nə gözləyir?. Bu barədə -a "Səma və Eko"

00:25 106
.

3 övladı olan ailələrə müavinət verilə bilər - YENİ AÇIQLAMA

"Çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının beşdən üçə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim olunub". Bunu -ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Onu

00:11 114
.

Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır

Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib. O, həmçinin qonşu ölkələrl

05.09.2026 158
.

ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı

ABŞ-də Texasdan Nyu-Cersiyə həyata keçirilən uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin dini xarakterli təhqirlər qışqırıb, bələdçiyə qarşı irqçi ifadələr işlədib, həmçinin yanında əyləşən şəxsə zərbə endirib. xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, o, bundan əlavə başqa bir sərnişini

05.09.2026 162
.

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd

00:13 93
.

Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb. -ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya qoşunları Donetsk vilayətində Kurtovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

05.09.2026 168
.

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Naxçıvan Muxtar Respublikasında (MR) 150 sosial xidmətdən 73-ü elektron, 50-si proaktiv qaydada təqdim olunur. "Report"un yerli bürosu xəbər verir ki, bunu muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib. O bildirib ki, Naxçıvanda sosial müdafiə sahəsind

05.09.2026 156
.

Ukraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq

Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy

05.09.2026 256
.