"Naxçıvan canavarı", "Aslalar bölüyünün komandirir"-Vəli Quliyev

"Naxçıvan canavarı", "Aslalar bölüyünün komandirir"-Vəli QuliyevBir-birinə aid olanları aralamaq olar, amma ayırmaq mümkün deyildir. Hər şey bir gün mütləq aid olduğuna qovuşur. Qarabağ Azərbaycana qovuşduğu kimi.
Azərbaycan tarixinə qırmızı hərflərlə yazılan tarixi zəfərin başladığı gün 27 sentyabr 2020-ci ildir. Qarabağı bizə qaytarmağa cəmi 44 gün Azərbaycanın igid oğulları üçün kifayət etdi. Bütün dünya Azərbaycan oğlullarının gücünü, qüvvətini gördü. Onlar Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazdılar. Bu səhifələrin altında şəhid-leytenant Vəli Quliyevin də imzası var.

Vəlinin Vətənə olan sevgisi hələ kiçik yaşlarından özünü göstərmişdi. Qazançı kəndində 3-cü sinifdə oxuyarkən müəlliminin şagirdlərə ünvanladığı – "Gələcəkdə kim hərbçi olacaq?" sualına ayağa qalxaraq, "Vəli Quliyev olacaq", deyərək cavablandırması bütün sinfi güldürmüşdü. 9 yaşlı, boyca balaca və zəif olan Vəli bu cavabı özünəməxsus şəkildə, gələcəyin əsl döyüşçüsü kimi verir. Hələ uşaq olarkən atasından ağlayaraq istədiyi əsgər paltarı, oyuncaq silahlar bu sevginin ilk təməl daşları idi. Dediyi kimi də olur. Vəli Quliyev hərbçi olur, özü də əsl hərbçi, səmimi komandir. Hər kəsə əl tutan, başçılıq etdiyi əsgərlərinə qardaş münasibəti bəsləyən, qayğılarına qalan komandir. Aldığı əməkhaqqının bir qismini əsgərlərinə xərcləyən, yediyi hər bir tikəni əsgərləri ilə bölüşən komandir. Vəli Quliyev 20 iyul 1997-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olmuşdu. Əvvəl kənd məktəbində, sonra isə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə təhsil almışdı. Uşaq yaşlarından hərbiyə marağı olan Vəli Heydər Əliyev adına Hərbi Liseyi bitirmişdi.
2014-cü ildə Azərbaycan Ali Hərbi Akademiyasına qəbul olan igidimiz 2018-ci ildə akademiyanı başa vuraraq "N" saylı hərbi hissədə xidmətə başlayır. Bir neçə aydan sonra ön cəbhəyə göndərilir və bir müddət orada xidmət etdikdən sonra yenidən "N" saylı hərbi hissəyə qayıdır. Sonralar öz xahişi ilə döyüş bölgəsinə yollanan qəhrəmanımız əvvəllər taqım komandiri, Vətən müharibəsinin başlanmasına 5 ay qalmış isə bölük komandiri – "Aslanlar bölüyü" adlanan 14-cü bölüyün komandiri vəzifəsini yerinə yetirir.
Hər zaman başqalarından fərqlənən, nümunəvi davranış sərgiləyən leytenant Vəli Quliyev xidmət etdiyi müddətdə zabit kimi hər kəsin rəğbətini qazanır. Onun müdafiə etdiyi döyüş postuna necə dəyər verməsi, can yandırması hamıya məlum idi. O, kirayə götürdüyü mənzili təhvil verərək ön cəbhədə əsgərlərlə birgə kazarmada qalırdı və hər zaman deyirdi: "Evim buradır. Hərbçinin evi xidmət etdiyi postu olar".

"Naxçıvan canavarı", "Aslalar bölüyünün komandirir"-Vəli Quliyevİgidliyi, mərdliyi, gözəl xarakteri ilə əsgərlərin könlündə taxt quran komandir 2020-ci il sentyabrın 27-də başlayan II Qarabağ müharibəsinin fəal iştirakçısı olmuşdur. Vəli Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş, böyük rəşadət göstərmişdir. Vəlinin əsgərlərindən biri gərgin keçən döyüşlərin birində yaralanır, Vəli Quliyev onu kilometrlərlə çiyinlərində daşıyır. Əsgər: "Burax məni, komandir" desə də Vəli: "Komandir də əsgərini buraxar?" deyərək yaralı əsgərini döyüş meydanından çıxararaq hərbi hospitala yola salır. Həmin əsgər indi sağdır. Şəhid olmamışdan 1-2 gün əvvəl Vəli boynundan yaralanır. Onu xəstəxanaya aparmaq istəyirlər, lakin buna imkan vermir, yarasını sarıyıb döyüşlərə davam edir. Görünür, Vəlinin ürəyindəki Vətən sevgisi canındakı ağrıdan da çox imiş. Vəli adəti üzrə "Dost dosta tən gərək, tən olmasa, gen gərək", – deyərək "Aslanlar bölüyü" deyə çağırılan bölüyünü yığır başına. Dilində isə bu söz olur: – "Ya Qarabağ, ya ölüm!" O, əsgərlərini döyüşə ruhlandırır, Vətənin müdafiəsinə bu cür səsləyirdi. İşğaldan azad olunan torpaqlarımızda "Aslanlar bölüyü"nün imzasını hər yerə yazırdı.

"Naxçıvan canavarı", "Aslalar bölüyünün komandirir"-Vəli QuliyevDöyüşlər zamanı daim əsgərlərindən öndə gedən Vəlinin bacarığına, qorxmazlığına, igidliyinə, yüksək döyüş məharətinə görə hərbçi yoldaşları ona "Naxçıvan canavarı" ləqəbini vermişdilər. O da sinəsində daşıdığı bayrağı Şuşaya sancacağını əsgərlərinə söz vermişdi. Müharibənin bütün çətinliklərinə baxmayaraq igidliklə vuruşan qəhrəmanımız oktyabrın 20-də 73 nəfər heyəti ilə yağışa düşüb islanır, aramsız döyüşlər, yuxusuz gecələr döyüşçüləri haldan saldığı üçün bir neçə saatlıq yerlərini başqa bölüklə əvəzləyirlər. Bu vaxt Vəlinin yadına düşür ki, neçə gündür evlə əlaqə saxlamayıb, ailə üzvləri indi yaman pərişandır, ən çox da anası. Çətinliklə də olsa anasına zəng edə bilir. Oğlunun səsini eşidən Həqiqət ana "Alo" deməmiş köks ötürüb ağlayır. Neçə gündür oğlundan xəbər ala bilməyən ana nə bilərdi ki... Vəli deyir: "Ana, ağlama, səsini bu cür eşitmək istəmirəm. Xahiş edirəm, ağlama. Neçə gündür düşmənlə ağır mübarizə məni zəiflətmir, amma sənin tökdüyün göz yaşları əlimi-qolumu qırır, qurban olum, ağlama. Tez özünü düzəlt, 5 dəqiqəyə təkrar zəng vuracam, gözəl danış, ürəkli danış mənimlə". Həqiqət ana gözünün yaşını silir və özünü ələ alır. İkinci dəfə anası Vəlinin istədiyi kimi danışır. Bu qəhrəmanımızın ailəsi ilə sonuncu telefon əlaqəsi olur. Bir-birinin ardınca torpaqlarımız azad olur, ağır döyüşlər gedirdi. Vəli silahdaşları ilə birgə düşmənə aman vermədən irəliləyirdi. 2020-ci il oktyabr ayının 22-də gedən döyüşlərdə düşmənin atdığı mərmi bir neçə yoldaşı kimi, leytenant Vəli Quliyevin də arzularına son qoydu. Vəli ən ali məqama-şəhidlik zirvəsinə ucaldı. "Naxçıvan canavarı" II Qarabağ savaşında ölümsüzləşən qəhrəmanlardan biri kimi adını tarixə yazdırdı. Naxçıvan şəhid leytenant Vəli Quliyevi 2020-ci il noyabr ayının 6-da əsl general kimi, fəxarətlə qarşıladı. O gün anası bir vaxt bətnində daşıdığı oğlunu çiyinlərinə qaldırdı. Azərbaycan qadını dünyanın ən ağır yükünü daşıyarkən belə necə də dik dayanıb, İlahi! Azərbaycan qadınının gücünə bax. Baxanda bilirsən ki, bu ana dünyaya ancaq qəhrəman oğul gətirə bilərdi.
Subay olan igidimiz Vəli Quliyev Naxçıvan şəhərində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə leytenant Vəli Quliyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmişdir.

"Naxçıvan canavarı", "Aslalar bölüyünün komandirir"-Vəli Quliyev44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqının yurd sevgisi heç nə ilə ölçülə bilməz. Leytenant Vəli Quliyev kimi igidlərimiz bundan sonra da vətənin keşiyində daima əzmlə və şücaətlə dayanacaqlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1115   Tarix: 04 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsrail əsgərlərinin pilotsuz təyyarə hücumunu ələ keçirməsindən sonra İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib

İsrail ordusu cümə günü bildirib ki, terror təşkilatının İsrail əsgərlərinə qarşı dron atmasından sonra İsrail Müdafiə Qüvvələri Livandakı Hizbullah hədəflərinə zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, əsgərlər cümə günü səhə

11:20 225
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

14:46 314
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Yasamal Rayonu İ.Talıblı küçəsinin sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə rayon polis idarəsinin 29-cu Polis Şöbəsinə şikayət daxil olub. Ş.Məmmədovun həyat yoldaşı və qayınatas

22:00 129
.

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 182,54 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,6 % çoxdur. Avqust ayında Türkiyə Azərbaycana 22,183 milyo

19:30 151
.

Ukraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq

Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy

16:52 235
.

Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib

Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar iki ölkənin paytaxtlarına zərbə endirilməməsini nəzərdə tutan qısamüddətli atəşkəs barədə razılığa gəliblər. "Report" xəbər verir ki, bu barəd

19:40 157
.

On bir gün sonra möcüzə: Nepal fəlakətindən daha bir nəfər sağ tapıldı

Nepalın Bhote-Koşi çayında baş verən dağıdıcı daşqınlardan sonra Rasuva dairəsində inşası davam edən "Upper Trişuli" su elektrik stansiyasının tunelində əcnəbi vətəndaş aşkar edilib. xəbər verir ki, bu barədə Nepal ordusu "X" sosial şəbəkəsində məlumat yayıb. Hərbçilərin bir kişiy

19:20 168
.

Çində torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 11 nəfər itkin düşüb

Çinin cənub-şərqindəki Tszyansi əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, daha 11 nəfər isə itkin düşüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Bildirilib ki, "Saudel" qasırğasını

17:00 164
.

Pay torpaqları vətəndaşlardan alınacaq? - VACİB AÇIQLAMA

"Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub". BİG.AZ -ə istinadla xəbər veri

15:53 182
.