Elməddin Cəfərov kimdir? - "Birinci sort aktyor", 43 yaşlı uşaq, ölüm xəbəri çıxan bacanaq

Elməddin Cəfərov kimdir? - "Birinci sort aktyor", 43 yaşlı uşaq, ölüm xəbəri çıxan bacanaqBiG.AZ xəbər verir ki, Lent.az "Bioqrafiya" rubrikasında komediya ustası, prodüser, rejissor, ssenarist aktyor Elmədin Cəfərovun həyatından bəhs edir:

- Elməddin Cəfərov harada və nə zaman anadan olub?

Elməddin Cəfərov 1 yanvar 1981-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Doğulduğu kənddə orta təhsilə başlasa da, məcburi köçkün düşüblər. 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb. Orta təhsilini Gəncədə alıb. İncəsənət Universitetini bitirdikdən sonra Bakıda yaşamağa başlayıb.

- Elməddin Cəfərov hansısa siyasi partiyanın üzvüdür?

Bəli. 2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

- Elməddin Cəfərov ailəlidir?

- Bəli. O, əslən Zaqataladan olan bir xanımla evlidir. Həyat yoldaşı müəllimdir, məktəb direktorunun müavini vəzifəsindədir. İki oğlu var.

- Elmədiin Cəfərov Türkiyədən filmlərə dəvət alsa da, getmir. Bunun səbəbi nədir?

Bu barədə aktyor özü belə deyib: "Türkiyədən mütamadi film təklifləri alıram. Amma hazırda dəyərləndirmirəm. Vətənimdə daha vacib işlərim var. Həm də , uşaqların təhsili, onları başqa bir mühitə öyrəşdirmək kimi məsələlər var. İnandırım sizi ki, bu heç də asan məsələ deyil. Özüm "Çat Kapı Aşk" filminin çəkilişləri səbəbindən bir ay Türkiyədə qalmalı oldum. O müddətdə ürəyim partlayırdı Bakı üçün. Bundan sonra özümə söz verdim ki, bir həftədən artıq ölkədən kənarda qalmaq olar, amma bir ay əsla".

- Elməddin Cəfərova özünü Türkiyədə tanıtmaq asan oldu?

O bu barədə belə deyib: "Orada özümü qəbul etdirmək olduqca çətin oldu. İlk günlərdə çox sıxıntılar yaşadım. Hətta yığışıb yemək yeyirdilər məni çağırmırdılar. Axı mən qonşu dövlətdən gəlmişəm və burada qonağam? Sonradan bir çox televiziya kanalları məni qonaq kimi dəvət etdilər. Ancaq elə birinci çəkilişdən sonra fikirləri tam olaraq dəyişdi. Sonrakı çəkilişdən sonra ssenarini dəyişdilər, rolumu çoxaltdılar. Üçüncü çəkilişdən sonra isə Türkiyənin şou proqramları mənim haqqımda müsbət fikirlər yazmağa başladılar. Hətta filmin təqdimatında böyük bir tort gətirmişdilər və üzərinə filmin adından əlavə mənim adımı qeyd etmişdilər. Bu hadisə hətta bəzi problemlərə də səbəb oldu. Filmin digər aktyorları narazılıqlarını bildirdi ki, tortun üzərində ya hamımızın adı olsun, ya da heç kəsin. Orada aktyora diqqət çoxdur, texniki avadanlıqlar güclüdür. Komandaya gəldikdə isə bir-birinə soyuqdur. Biz axı elə münasibətlərə alışmamışıq. Biz bir qabda yumurta yeyirik. Bizim üçün dəyərlər başqadır, onlar üçün fərqlidir. Onlarda da bizdə də təkəbbürlü oyunçular çoxdur. Bir az da buna ətrafdakılar səbəb olub. Tanınmış adam görən kimi, elə hərəkətlər edirlər ki, oyunçu deyir ki, bunu mənə görə edirlər və özünü yuxarıdan aparmağa başlayır".

- Elməddin Cəfərov özünü aktyor kimi necə qiymətləndirir?

O bir müsahibəsində bildirib ki, əsla dramatik rollara çəkilə bilməz:
"Göz yaşı, ağır dram mənlik deyil. Komediya sahəsində isə özümü sübut etdiyimi düşünürəm. Başıma çox pis işlər gəlib, əhval ruhiyyəm pis olub, ancaq yenə də güldürməyə çalışmışam. Ümumiyyətlə, hamının etdiyi və ya edə bildiyi bir şeyi eləmək istəməzdim. Ortaya qoyduğum şey sırf mənə məxsusdursa onda o işi görməyi sevirəm".

Elməddin Cəfərov aktyorlar arasında özünü kateqoriyalara ayırıb, "Mən ən yüksək "sort"am" deyib.

"Türkiyədə aldığım qonorar Azərbaycanda aldığım qonorardan qat-qat çoxdur. Xaricdən hansısa məşhur aktyoru dəvət etdikləri səviyyədə onlarla müqavilə bağlayıram. Yəni yüksək məbləğdə və səviyyədə. İlk təklif etdiləri qonorar ikinci "sort" dəyərində idi. Öyrənəndə dedim ki, "Mənimlə məzələnirsiniz". Heç mən birinci "sort"la razılaşmırdım. Çünki mən ən yüksək "sort"am. Pandemiyadan əvvəl Azərbaycanda ən bahalı aktyor idim. Bütün təkliflər mənə gəlirdi. İrandan, Türkiyədən təkliflər dayanmırdı. Bir burulğan idi".

- Elməddin Cəfərov öz film şirkətini yaradıb. Çəkdiyi filmləri xarici bazarlara çıxarmağı düşünür?

"Bilirsiniz ki, xaricdə keçirilən kino, serial, televiziya sərgiləri olur. İstəyirəm ki, film və serialları oraya təqdim edim. Məhz bu yöndə əlimizdən gələni edirik ki, serial çəkilişlərini yüksək keyfiyyətdə edək, onları xaricə çıxara bilək" - deyə o bildirib.

- Azərbaycanda bir çox peşəkar aktyorlar yeni nəsil haqqında, bəzən kəskin tənqid səsləndirirlər. Elməddin Cəfərov bu barədə nə düşünür?

"Onların bizim haqqımızda dediyi mənfi sözlərə əvvəl haqq qazandırmırdım ancaq indi müəyyən qədər qəbul edirəm. Mən də ilk dəfə çəkildiyim epizodlara illər sonra baxanda "bu nədir?" deyə bilirəm. Təbii ki, onlar məndən 40 il qabaqdadılar deyə səhvlərimi daha yaxşı görə bilirlər. Ona görə, onları qınamıram. Ancaq burada xoşuma gəlməyən odur ki, kaş ki, daha tərbiyəvi üsulla, daha yaxşı tərzdə mənə fikirlərini bildirsinlər. Elə olanda daha da öyrənərəm, səhvlərimi daha tez görərəm. Ancaq, təhqiramiz şəkildə deyəndə bu təbii ki, pis haldır. Bu artıq müəllimlik deyil qolçomaqlıqdır".

- Elməddin Cəfərov haqqında ölüm xəbəri yayılıb?

Bəli. 2021-ci ildə aktyorun beyin qanaması keçirərək öldüyü barədə məlumatlar yayılıb. Bu ona və doğmalarına çox pis təsir edib.

- Elməddin Cəfərovu Azərbaycan tamaşaçısına ən çox hansı rolu sevdirib?

O uzun illər efirlərdə yayımlanan "Bacanaqlar" serialındakı Taleh rolu ilə daha çox yadda qalıb.

- Elməddin Cəfərovun film şirkəti nə üçün yalnız komediya filmləri çəkir?

Aktyor bunu sırf reytinq və qazancla əlaqələndirib.

"Komediyanın izləyiciləri isə tələbələrdir, gənclərdir. Gənclər isə daha çox bilet alıb gedib film izləyirlər. Azərbaycanda yeni doğulan uşaqdan tutmuş ölməyinə bir gün qalmış yaşlı adamına qədər hamını kinoteatra aparsan yenə də film üçün xərclədiyin pulun ən az bir hissəsini belə geri qaytara bilmərsən. Bizi həmişə xariclə müqayisə edirlər ki, onlarda niyə belə bir film var bizdə yoxdu? Onların axı əhalisi çoxdur, filmin satış bazası var bizdə isə bunlar yoxdur. Bizim aktyorların çoxu Türkiyədən də xaricdən də, güclüdür. Sadəcə film sahəsini inkişaf etdirmək lazımdır".

- Elməddin Cəfərov hansı insanlarla yola gedə bilmir?

"Mənim üçün insani keyfiyyətlər həmişə ön plandadır. İnsan kişidirsə kişi, qadındırsa qadın olmalıdır. Xaraktersiz adam işə fitnə salır. Elə adamları sevmirəm", - o bildirib.

- Elməddin Cəfərov fəxri ad arzusundadır?

"Daxilən təbii ki, arzumdur ki, prezident mənə diqqət göstərsin. Buna məndən daha çox atam-anam sevinər. Çünki, mən hələ də onların gözündə uşağam. Mənim qazandıqlarıma həmişə çox sevinirlər. Tam kişi kimi deyirəm daxilimdə elə bir arzum var" aktyor vurğulayıb.

- Elməddin Cəfərov fiolmləri üçün maddi dəstəyi haradan alır?

O bildirib ki, çəkdiyi hər serialın öz sponsorları var.

- Elməddin Cəfərov daim gərgin iş başındadır. Ailəsinə vaxt tapa bilir?

Aktyor bildirib ki, ailəsi əvvəllər zaman ayıra bilmədiyinə görə ondan gileyli olub: "Belə məqamlar əvvəl çox olurdu. İndi məni başa düşürlər. Həyat yoldaşım ziyalı xanımdır, məktəbdə müəllimə çalışır. Məni hər şeydə başa düşür. Övladlarım böyüyüb. İstəkləri, məndən tələbləri var. Onları qarşılamaq üçün işləməliyəm. Vaxtımı onlara sərf etsəm, istəklərini qarşılaya bilməyəcəyəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1354   Tarix: 03 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakı ətrafında torpaq sürüşmələrinin əsas səbəbi: kanalizasiya çatışmazlığı

"Bakı ətrafı ərazilərdə torpaq sürüşmələri əsasən şəhərin inkişafı və tikinti fəaliyyətləri ilə əlaqəlidir. Bu bölgələrdə inşa edilən evlərin çoxunda kanalizasiya sistemi mövcud deyil. Nəticədə qazılan quyulara yığılan məişət çirkab suları torpaq qatlarına təsir göstərir və torpaq laylarının sürüşməsin

15:22 124
.

Banklar kredit kartları üzrə şərtləri sərtləşdirir - İQTİSADÇIDAN AÇIQLAMA

Yaxın vaxtlarda bank sektorunda kredit kartları ilə bağlı şərtlərin sərtləşdirilməsi gözlənilir. Artan gecikmələr, istehlak kreditlərinin həcminin böyüməsi və risklərin idarə olunması zərurəti maliyyə qurumlarını yeni məhdudiyyətlər tətbiq etməyə vadar edir. Kredit limitlərinin azaldılması, faiz və komissiy

11:09 221
.

Banqladeşdə 5,5 bal gücündə zəlzələ baş verib

Banqladeşdə 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. BİG.AZ DW-yə istinadən xəbər verir ki, məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentri Khulna şəhərindən 26 kilometr cənub-qərbdə müəyyən edilib. İlki

15:45 159
.

Prezidentlə xanımının adından rəsmi nahar verildi - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin və birinci xanım Zinaş Tayaçevin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16:19 121
.

Rəqəmsal İnkişaf Şurası yaradıldı - Sədri Mehriban Əliyevadır

Azərbaycan Prezidenti İlham Əliyev rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Azərbaycanın Rəqəmsal İnkişaf Şurası (bundan sonra - Şura

14:07 168
.

Mars sabahkı planetlərin "parad"ında olmayacaq

Fevralın 28-də astronomik hadisə olan "Planetlər paradı" baş verəcək. Axşam.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, bu zaman Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter Günəş batdıqdan bir qədər sonra səmada bir düz xətt boyunc

16:02 110
.

"Uniklinika"da nöqsanlar aşkarlanıb

Bir neçə gün əvvəl Bakı şəhərində fəaliyyət göstərən "Uniklinika" adlı özəl tibb müəssisəsinin külli miqdarda vergi borcu yarandığına dair məlumat yaymışdıq. Belə ki, vergi uçotuna "Unikal-A" MMC adı ilə alınan "Uniklinika"nın dövlətə 245 min 734 manat vergi borcu mövcuddur

17:07 5
.

Tbilisi Moskvaya qarşı addımdan imtina etdi

Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək. xarici mediaya istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıqlayıb. Nazir bildirib ki, Tbilisi Moskva əleyhinə sanksiyalar tətbiq edə bilməz və bunu etməyəcək. Onun sözlərinə görə, belə addım Rusiyaya demək ola

11:40 182
.

Avropanın ən böyük nüvə elektrik stansiyası ətrafında atəşkəs razılaşması əldə olunub

Ukraynanın cənub-şərqində yerləşən və Avropanın ən böyük atom enerji obyekti sayılan Zaporojye Atom Elektrik Stansiyası ətrafında təmir işlərinin aparılması məqsədilə tərəflər arasında lokal atəşkəs razılaşması əldə edilib. Məlumata görə, razılaşma stansiyanı elektrik enerjisi ilə təmin edən zədələnmi

16:33 101
.

TOP MP3