"Niyə səssiz qaldığını izah etsin" - Rəsmi Bakı
"Ermənistan XİN-in başçısı Ararat Mirzoyan Varşava Forumunda dezinformasiya, təbliğat və manipuliyasiya işləri həyata keçirir və bu, Azərbaycan əleyhinə fikirlər aşılamaq məqsədi daşıyır".
"Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X"də Mirzoyanın çıxışını şərh edərkən bildirib.
O qeyd edib ki, Mirzoyan beynəlxalq ictimaiyyəti çaşdırmaqdansa, Ermənistanın hərbi təcavüzü və 30 il ərzində Azərbaycan ərazilərinin işğalda olması ilə bağlı niyə səssiz qaldığını izah etsə, daha düzgün olardı:
"Beynəlxalq öhdəliklərinə baxmayaraq, nə üçün Ermənistan 10 mindən çox silahlı qüvvələrini 2023-cü ilə qədər Azərbaycandan çıxarmaqdan imtina edirdi? Bu qeyri-qanuni silahlı qüvvələr Ermənistanın dövlət büdcəsindən birbaşa hərbi-texniki, maddi-texniki və maliyyə dəstəyi hesabına təmin edilib, suveren Azərbaycan ərazisində separatizmi qızışdırmaq məqsədi güdürdü".
Ayxan Hacızadə aydınlaşdırıb ki, nazirin "dinc" erməni sakinlərinə hücum kimi təqdim etməyə çalışdığı hər şey əslində, Azərbaycanın BMT Nizamnaməsində nəzərdə tutulmuş hüquqlarına tam uyğun olaraq, öz suveren ərazisində qeyri-qanuni yerləşdirilmiş erməni silahlı birləşmələrini tərksilah etmək üçün həyata keçirdiyi lokal antiterror tədbirləridir:
"Ermənistanın xarici işlər naziri Azərbaycan ərazilərini öz qərarı ilə tərk etmiş ermənilərlə bağlı sualı cavablandırarkən 1 milyondan çox azərbaycanlının Ermənistandan və Qarabağdan necə vəhşicəsinə, zorla qovulduğunu unudur.
Ermənistan tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıl və qanun yolunu seçməlidir.
Öz imkanları xaricində olan istəklər üçün avantürizmə girişmək Ermənistanın mühakimə qabiliyyətinin uğursuzluğunu ortaya qoyur, bu, bölgəmizdə sülh və sabitliyə ən böyük maneədir", - A.Hacızadə qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 811 Tarix: 02 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTanınmış kinooperator vəfat etdi
Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb. O, 79 yaşında dünyasını dəyişib. Qeyd edək ki, uzun illər quruluşçu operator kimi fəaliyyət göstəriən Amin Novruzov müxtəli
14:11 174 Ötən gün borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 149 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
16:50 157 Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev erməni rejissor tərəfindən çəkilmiş "The Black Garden" sənədli filminə dair "The Guardian" qəzetində dərc olunmuş rəyə münasibət bildirərək həmin nəşrə məktub ünvanlayıb. B
15:40 151 Parisdə keçiriləcək sammit başlamamışdan "Makronun ən pis tədbiri" adlandırıldı
Parisdə planlaşdırılan qarşıdakı kosmik sammitin Fransa Prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə keçirilən ən uğursuz tədbir olacağı artıq qəbul edilib. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Altı iştirakçının bildirdiyinə görə, tədbir təşkilati baxımdan xaos içərisindədir
18:20 149 Nazir müavini ilə bağlı şayiələr yayıldı - Pentaqon rəhbərliyində nə baş verir?
Pentaqonun rəhbərliyində hərb naziri Pit Heqsetin dövründə başlayan istefalar dalğasının ardınca yeni kadr islahatlarının gözlənildiyi bildirilir. xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç fərqli mənbəyə əsaslanaraq məlumat yayıb. Bildirilib ki, qurum artıq nazir müavini Stiv Feynberqi
21:45 108 Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT
Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər
18:01 226 Çində torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 11 nəfər itkin düşüb
Çinin cənub-şərqindəki Tszyansi əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, daha 11 nəfər isə itkin düşüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Bildirilib ki, "Saudel" qasırğasını
17:00 163 Pay torpaqları vətəndaşlardan alınacaq? - VACİB AÇIQLAMA
"Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub". BİG.AZ -ə istinadla xəbər veri
15:53 179 "Uzunömürlülük sadəcə yaşamaq deyil, həyatı mənalı yaşamaqdır" - Təranə Paşayeva ilə MÜSAHİBƏ
Müasir dünyada insan ömrünün uzadılması ilə yanaşı, yaşlılıq dövründə həyat keyfiyyətinin qorunması da mühüm məsələlərdən birinə çevrilib. Yaşlanma artıq yalnız tibbi və fizioloji proses kimi deyil, insanın sosial, emosional və psixoloji həyatını əhatə edən kompleks mərhələ kimi qiymətləndirilir.Bu baxımda
10:55 177