"Ailəli ola-ola iş yerində ərinə xəyanət edir" - Müğənnidən qalmaqallı sözlər
Azərbaycan cəmiyyəti kişilərə qarşı çox amansızdır. Bunu bir neçə sadə nüansla sübut etmək olar. İşi, evi, hətta maşını olmayan oğlana ölkəmizdə qız verilmir.
Evlənəndə oğlanın müəyyən qədər imkanlı olması tələb edilir. Bunu təkcə sadə insanlar yox, elə məhşur simaların özü də təsdiq edir ki, ailənin maddi yükü kişinin çiyinləri üzərində olmalıdır. Qadın işləsə belə, mütləq kişidən evi, ailəni dolandırmaq tələb olunur. İllər keçdikcə, bu sadalananlar yazılmamış qanunlar siyahısında ilk sırada yer almağa doğru irəliləyir. Beynəlxalq təcrübədə isə ailə fərdlərinin həyatın bütün maddi-mənəvi yüklərinə ortaq olmağı nümunə kimi göstərilir.
BiG.AZ xəbər verir ki, müğənni Ofelya Şabanova "Yeni Sabah"a açıqlamasında məsələyə belə münasibət bildirib:
"İlk olaraq bildirim ki, ruzini Allah-Təala verir. Bugün hansısa xanım imkanlı bəylə ailə qurar, çox keçməz pulları əllərindən çıxar. O zaman xanım nə etməlidir, boşanmalıdır?
Ailədə yük hər zaman ailə başçısı olaraq kişinin üzərinə düşür. Ailələrimizin çoxunda ailənin başçısı olan kişi xanımının işləməsinə razı deyil. Mən bunu çox gözəl qəbul edirəm. Bu da bizim mentalitetimizdən irəli gəlir. Ailəli ola-ola iş yerində ərinə xəyanət edən əxlaqsız qadınları kişilər görür və ona görə həyat yoldaşlarının işləməsinə razılıq vermirlər. Azərbaycan kişilərinin çoxunda bu səbəbdən qadına qarşı inamsızlıq yaranır. Ailədə kişi də, qadın da çalışsa təbii ki, ailənin büdcəsinin maddi durum daha da əla olar. Mən hər iki fikrə hörmətlə yanaşıram".
Müğənni qeyd edib ki, qadın nə qədər çox pul qazansa da, ərin qazancının yanında onun pulu bərəkətsizdir:
"Bunu gözəl qəbul edirəm. Yer kürəsində Azərbaycan kişiləri kimi qeyrətli, namuslu kişilər yoxdur. Bir-iki nəfər kimsə əqli cəhətdən problemlidirsə, bunu bütün kişilərə şamil etmək olmaz.
Mən özümdən danışım. Bir ayda 10 min də qazana bilirəm, amma hardan gəlib hara getdiyi bilinmir. Həyat yoldaşımın aylıq maaşı mənim qazancımdan daha bərəkətlidir. Kim ki, deyir mən kasıb oğlana və ya ailəyə ərə getmərəm, demək o artıq özünə gizlin də olsa, imkanlı "sponsor" tapıb. Yalandan bəhanələr edir ki "sponsorun" xətrinə dəyməsin".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1186 Tarix: 02 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSaturnun sirri açılır
Astronomlar Saturnun cənub qütbündə təxminən 168 min kilometr enində nəhəng onbucaqlı atmosfer dalğası aşkar ediblər. Planetin şimal qütbündəki məşhur altıbucaqlı ilə oxşarlıq təşkil edən bu sirli həndəsi forma Saturnun atmosferində ilk dəfə cənub yarımkürəsində müşahidə olunan böyük, müntəzəm tərəfl
04.09.2026 239 Ukraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq
Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy
16:52 226 Cahid Şahbazovun əməliyyatından sonra görməsində problem yarandığını iddia etdi
Moskvada yaşayan, sosial şəbəkələrdə "dr_julietta" adı ilə tanınan kosmetoloq Bakıda keçirdiyi keratopiqmentasiya əməliyyatından sonra görmə ilə bağlı problemlər yaşadığını iddia edib. Qaynarinfo -a istinadən xəbər verir ki, qadın təxminən iki il əvvəl Bakıda oftalmoloq Cahid Şahbazov tərəfində
13:21 318 Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər. Bu barədə Baku TV süjet hazırlayıb. Süjetdə bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi belə halların ilk olmadığını, maarifləndirmə və cərimələrin nəticə vermədiyini qeyd edir
16:07 203 Sabah 35 dərəcə isti olacaq
Sentyabrın 6-na gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhə
13:51 160 Akadzava: Yaponiya və ABŞ 550 milyard dollarlıq investisiya proqramının reallaşdırılmasında irəliləyiş əldə edib
Yaponiya və ABŞ iki ölkə arasındakı ticarət sazişi çərçivəsində 550 milyard dollar həcmində investisiya proqramının həyata keçirilməsində irəliləyiş əldə edib. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosey Akadzav
22:30 79 Pay torpaqları vətəndaşlardan alınacaq? - VACİB AÇIQLAMA
"Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub". BİG.AZ -ə istinadla xəbər veri
15:53 179 Xark adasında partlayışlar baş verib
Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın Körfəzdəki əsas neft terminalı olan Xarq adası yaxınlığında partlayış səsləri eşidilir, lakin onların mənşəyi məlum deyil. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Fars xəbər agentliyi müxbirinin partlayış səslərini eşitdiyini
11:28 323 Fransanın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
Fransanın Ermənistandakı yeni səfiri Florian Eskyudye bu gün vəzifəsinin icrasına başlayıb. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb. F.Eskyudye 2026-cı il avqustun 18-də Fransanın Ermənistandakı səfiri təyin edilib. Bu postd
17:30 152