Məktəb Psixoloqları: DIRNAQARASI BAXILAN VƏZİFƏ? - AÇIQLAMA

Məktəb Psixoloqları: DIRNAQARASI BAXILAN VƏZİFƏ? - AÇIQLAMAMəktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini nəzərə alsaq, psixoloqların təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığını və onların üzərinə çox çətin, məsuliyyətli iş düşdüyünü deyə bilərik. Vurğulayaq ki, əvvəllər bu sahəyə maraq bir o qədər olmasa da, son illər istər təhsil ocaqlarında, istərsə də digər yerlərdə psixoloji işin təşkilinə xüsusi diqqət yetirilir. Bəs görəsən, orta məktəblərimizdə çalışan təhsildə psixoloji xidmətin təşkili işində məsul olan şəxslər öz vəzifə öhdəliklərini necə yerinə yetirirlər. Şagirdlərə yetərincə psixoloji xidmət göstərə bilirlərmi?

Mövzu ilə bağlı BiG.AZ-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, hazırda orta həhsil müəssisələrində fəaliyyət göstərən təhsildə psixoloji xidmətin təşkilini həyata keçirməkdə məhsul olan şəxsləri (məktəb psixoloqlarını ) öz fəaliyyət effektivliyinə görə bir neçə qrupa bölmək olar:

"Birinci qrupa aid olanlar həqiqətən psixologiyanın tədrisini, metotologiyasını yaxşı bilən, çalışdığı məktəbin mühitində psixoloji meyyarları tədris meyyarlarına və onun keyfiyyətinə uyğunlaşdıra bilən bacarıqlı kadrılardır. İkinci qrupa aid olanlar isə iş prinsipinin effektivlik dərəcəsində nisbətən geri qalan, sırf psixoloji detalları metodikadan daha yaxşı bilən, işi yalnız ümumi psixoloq konteksində yanaşan şəxslərdir. Üçüncü qrup məktəb psixoloqları isə ümumiyyətlə nə psixologiyadan nə də pedoqogikadan xəbəri olmayan, formal şəkildə fəaliyyət göstərən şəxslər aid edilir".

Məktəb Psixoloqları: DIRNAQARASI BAXILAN VƏZİFƏ? - AÇIQLAMAElmin Nuri qeyd etdi ki, məktəb psixoloqunun vəzifə və öhdəlikləri çoxdur:

"Onlar təkcə şagirdlərlə deyil müəllimlərlə və valideyinlərlə də ayrı-ayrı iş aparmalıdır. Onların psixoloji durumunu qiymətləndirməli, problem yaşandığı təqdirdə valideyin, müəllim və şagird üçlüyü ilə söhbətlər aparmalı, görüşlər təkşil etməli, ümumi siyahılandırma aparmalıdır. Bəzi məktəblər var ki, oradakı "psixoloqlar" əlavə işçi ştatında olan şəxslərdir. Təsviri incəsənət müəllimi və ya əmək müəlliminin adı məlum olmayan səbəbdən psixoloq kimi də qeyd edilir. Və bu vəzifənin maaşı ilə təmin edilir.

Məktəb Psixoloqları: DIRNAQARASI BAXILAN VƏZİFƏ? - AÇIQLAMABu gün universitetlərdə "Təhsildə psixoloji xidmətin təşkili" ixtisası vardır. Və yetərincə tələbə artıq bu ixtisasın məzunudur. İdman və ya musiqi müəllimi məktəb psixoloqu vəzifəsini icra edəcəksə bu ixtisaslar nəyə və kimə lazımdır. Bu gün bizim birinci problemimiz budur. Həmin ixtisası bitirən kadrlar hara yerləşdiriləcək? İkinci bir məsələ məzun olan bu kadrlar öz vəzifə öhdəliklərindən nə dərəcədə xəbərdardırlar? Məktəb psixoloqlarının bəzisi işlərinin şagirdlərin şəxsi işini hazırlamaqdan ibarət olduğunu düşünür. Şəxsi iş hazırlandıqdan sonra ona nəzarət kim etməlidir bəs? Qaydalara əsasən hər 500 şagirdə 2 məktəb psixoloqu düşür. Bir məktəbdə 1000 şagird varsa həmin məktəbin 4 psixoloq ştatı olmalıdır. Böyük və çətin problemlərdən biri də budur. Bir psixoloq 1500 ya 1000 şagirdi olan məktəbdə öz işini necə həyata keçirə bilər? Ümumi olaraq onu qeyd etməliyəm ki, məktəblərdə psixoloji işin təşkili ilə bağlı problemlər çoxdur. Əvvəlcə bu problemlər araşdırılıb dəqiqləşdirilməli və sonradan həlli yolları düşünülməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1007   Tarix: 23 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar

Əmək müqaviləsi ilə çalışan şəxslərin illik əmək məzuniyyətinin müddəti onların tutduğu vəzifə, əmək şəraiti və iş stajından asılı olaraq dəyişir. Qaynarinfo xəbər verir ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Bəz

04.09.2026 278
.

Fransanın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb

Fransanın Ermənistandakı yeni səfiri Florian Eskyudye bu gün vəzifəsinin icrasına başlayıb. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb. F.Eskyudye 2026-cı il avqustun 18-də Fransanın Ermənistandakı səfiri təyin edilib. Bu postd

17:30 61
.

Pay torpaqları vətəndaşlardan alınacaq? - VACİB AÇIQLAMA

"Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub". BİG.AZ -ə istinadla xəbər veri

15:53 138
.

Sübut haradadır? Ermənistanın Azərbaycana qarşı ittiham kampaniyasına sərt cavab

Ermənistanın bəzi hüquq müdafiəçilərinin Azərbaycanda cəza çəkən erməni əsilli şəxslərlə bağlı son açıqlamaları hüquq müdafiəsi fəaliyyətindən daha çox, siyasi təzyiq kampaniyasının tərkib hissəsi təsiri bağışlayır. Siranuş Sahakyanın Azərbaycanla bağlı səsləndirdiyi ağır iddialar bunun növbəti nümunəsidir

12:04 165
.

İsrail HƏMAS-ın daha bir komandirini məhv etdi

İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Mahmud Mirşad əl-Qadini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ordusunun Sufa postuna hücuma rəhbərlik edib

04.09.2026 261
.

Rus ordusu Donetskdə iki kəndi işğal etdi

Rusiya ordusu Donetsk vilayətində daha iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Nikanorovka və Qruzskoye yaşayış məntəqələri Rusiya qüvvələrinin nəzarətinə keçib

04.09.2026 223
.

M7 ekspres marşrutu açılır - "20 Yanvar"dan "Həzi Aslanov"a qədər gedəcək

Yeni ekspres marşrut xətti fəaliyyətə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli"

04.09.2026 304
.

Sabah 35 dərəcə isti olacaq

Sentyabrın 6-na gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhə

13:51 136
.

"Samsung"un yeni qatlanan telefonu testdə: Ekranı dırnaqla cızılır

Qatlanan smartfonlar əvvəlki kimi kifayət qədər həssas və kövrək cihazlar olaraq qalır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə "JerryRigEverything" adı ilə tanınan texnologiya bloqeri "YouTube" kanalında bildirib. Müxtəlif elektron cihazların möhkəmliyini sınaqdan keçirməs

04.09.2026 249
.