Uşaqlara qarşı törədilən cinayətlər: Ölüm hökmü bərpa edilsin?

Uşaqlara qarşı törədilən cinayətlər: Ölüm hökmü bərpa edilsin?Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gün sonra kənd yaxınlığındakı dərə yatağında çuvalın içində cəsədi tapılan 8 yaşlı Narin Güranla bağlı cinayət işi geniş rezonans doğurub. Uşaq qətlləri mövzusu Azərbaycan cəmiyyətində də narahatlıqla qarşılanır. Belə ki, yaxın keçmişdə ölkəmizdə də tükürpərdici uşaq cinayətləri qeydə alınıb.

Bəs uşaqlara qarşı cinayətlərin qarşısının alınması üçün hansı əlavə addımlar atıla bilər?

Türkiyədə uşaq qatillərinə edam cəzasının verilməsi mövzusu getdikcə daha çox səsləndirilməyə başlayır. Bu, çarədirmi?

"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, bəzən edam qərarı da ədalətli olmur: "Ümumiyyətlə, hansısa hadisələrdə, əsasən də uşaq və qadınlara qarşı baş verən qətl hadisələrində emosional çıxış və təklifləri məqbul hesab etmirəm. Bu o demək deyil ki, baş verən hadisələrə biganəyəm. Sadəcə, edamın özünün ədalətli olub-olmaması ilə üz-üzə qalmağın təhlükəsindən narahatam".

Ekspert qeyd edib ki, edam, ya da ağır cəzalar heç də o silsilədən olan cinayətlərin törədilməsinin qarşısını almır: "Tutaq ki, hansısa ölkələrdə oğurluq edənin qolunu kəsiblər. Lakin bu cəza oğurluğun qarşısını almağa kömək etmir. Mən zorakılıq törətmiş şəxslərə ömürlük cəzanın verilməsinin tərəfdarıyam. Keçmişə qayıtmaq yox, yeniliyi yaratmaq, təhlükəsizlik sistemini gücləndirmək, insanlara mədəni davranışı aşılamaq lazımdır. Uşaqları gözüaçıq böyütməmək, onları ətrafda baş verənlərdən təcrid etməklə biz onları real həyatda ola biləcək təhlükələrdən xəbərsiz edirik. Ailə münasibətlərində uşaqların bütün fikirlərini, problemlərini valideynlə bölüşməsi üçün normal mühit yaratmalıyıq".

Millət vəkili Fazil Mustafa isə düşünür ki, uşaq qatillərinə ölüm hökmü verilməsi doğru yanaşmadır: "Uşaq qatillərinə ölüm hökmü kəsilməlidir. Bəzi cinayətlərdə bu addımın atılmasını düşünə bilərik. Xüsusilə, hamilə qadınların öldürülməsi, uşaq cinayətləri kimi qətllərdə ölüm hökmü nəzərdə tutula bilər. Lakin bu, əvvəlcə ictimai müzakirədən keçməlidir. Çünki dövlətin cəza siyasətində qəbul etdiyimiz müəyyən öhdəliklər var. Bu öhdəliklərdən də yayınmaq olmaz. Bütün hallarda bu cür cinayətlərə görə cəzalar ciddiləşməlidir. Ümumiyyətlə, cəmiyyətin bu məsələlərdə həssaslığı çox önəmlidir. Türkiyədə də biz bu həssaslığı görürük. Lakin bu, çox vaxt keçici həssaslıq olur. Şərq toplumlarında insanların hər məsələyə emosional baxışı var. Bu məsələləri qalıcı problem kimi saxlamaq üçün ilk növbədə təhsil sistemi mükəmməl olmalıdır. Uşaqlara qarşı cinayət törədənlərin əksəriyyəti məhz cəmiyyətin tərbiyə etmədiyi, dəyərləri mənimsəməmiş insanlardır. Biz elə etməliyik ki, bu dəyərləri mənimsəyən, insan azadlığına, uşaq və qadın haqlarına hörmətlə yanaşan cəmiyyət formalaşdıraq. Hər şeyin əsası budur. Əks halda bu kimi cinayətlər davam edəcək".

"Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev də düşünür ki, uşaq cinayətləri cəmiyyət üçün ciddi problemdir. Onun fikrincə, bəzi hallarda edam cəzası tətbiq edilməlidir: "Xüsusi amansızlıqla qətl törədənlərə, təcavüz edənlərə qarşı ölüm hökmünün çıxarılmasının tərəfdarıyam. Bu, cəmiyyətdə sağlamlığın qorunması üçün həb ola bilər. Bəzən deyirlər ki, bizdə ölüm hökmü ləğv olunub, amma elə deyil. Azərbaycan Konstitusiyasının 27-ci maddəsində vətəndaşın yaşama hüququna hansı hallarda xitam verilməsi göstərilib. Vətəndaşların həyat və sağlamlıqlarına qarşı törədilən cinayətlərə, dövlətin konstitusion quruluşuna qarşı törədilən cinayətlərə, xüsusilə, ağır cinayətlərə görə ölüm hökmü tətbiq edilə bilər. Ölkənin konstitusiyasına dəfələrlə edilən dəyişikliklərə, əlavələrə baxmayaraq, 27-ci maddəyə hər hansı bir dəyişiklik edilməyib. Deməli, biz ölüm hökmünü bərpa edə bilərik. Ölüm hökmünün bərpası zamanın və cəmiyyətin tələbidir".

Psixoloq Fərqanə Mehmanqızı da edam cəzalarında bəzən günahsız şəxslərin qurban olduğunu düşünür: "İnsanlarda aqressiya, şizofreniya halları da artıb. Aqressiyanın da dərəcəsi var. Bu hadisələrin qarşısını almaq üçün məktəbdə, bağçada maarifləndirmə işləri gücləndirilməlidir. Edam cəzasına gəlincə, kim zəmanət verə bilər ki, cinayət səhv yöndə araşdırılmayacaq və günahsız insan edam edilməyəcək?"

Psixoloqun fikrincə, əgər bu gün cəmiyyətdə, mediada qətl haqqında rahat danışılırsa, bu hallar artacaq: "Sosial mediada cinayətlərdən, intihardan, şiddətdən danışıldıqca kütlədə bu cinayətlərə haqq qazandıranlar da olacaq. Biz nə qədər "yoxdur" desək də, var. Cinayətə haqq qazandıranlar olmasa, cinayətlər olmaz. Aramızda psixoloji problemləri olanlar, şizofreniya xəstələri, natamamlıq kompleksi altında əzilənlər çoxdur. Çox danışılan mövzular cəmiyyətdə adiləşir. Biz bu cinayətləri adiləşdirdikcə daha çox təkrarlanırlar".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova bildirir ki, komitəyə daxil olan hər bir müraciət nəzarətə götürülür, zərər çəkmiş şəxslərə dəstək məqsədi ilə dövlət orqanları arasında əlaqələndirmə həyata keçirilir. Onun sözlərinə görə, 2024-cü ilin ilk yeddi ayı ərzində komitəyə məişət zorakılığı ilə bağlı 339 müraciət daxil olub. Məişət zorakılığına məruz qalanlardan 25-i kişi, 303-ü qadın, 254-ü uşaq olub. ("Kaspi" qəzeti)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 672   Tarix: 23 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Elgizin verilişi bu tarixdə başlayacaq

Tanınmış teleaparıcı Elgiz Əkbər yeni verilişinin nə vaxt başlayacağını açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, aparıcının "Şadlıq olsun" adlı yeni layihəsinin ilk buraxılışı sentyabrın 7-si saat 15:00-da təqdim olunacaq. Aparıcı verilişin bütün sosial platformalarda yayımlanacağın

04.09.2026 346
.

ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü

ABŞ-ın Florida ştatının Hillsboro dairəsində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub. Aidiyyəti qurumlar qəzanın səbəblərini müəyyənləşdirmək üçün təhqiqata başlayıblar

04.09.2026 234
.

Ukraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq

Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy

16:52 137
.

Parisdə keçiriləcək sammit başlamamışdan "Makronun ən pis tədbiri" adlandırıldı

Parisdə planlaşdırılan qarşıdakı kosmik sammitin Fransa Prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə keçirilən ən uğursuz tədbir olacağı artıq qəbul edilib. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Altı iştirakçının bildirdiyinə görə, tədbir təşkilati baxımdan xaos içərisindədir

18:20 0
.

Səfir: Bakıda Ruanda Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur

Bakıda 2027-ci ildə Ruanda Mədəniyyəti Günlərinin təşkili nəzərdə tutulub. Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində rezidensiyası Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa deyib. Diplomat iki ölkə arasında qarşılıqlı səfərlər planına toxunaraq bildirib ki, dəqiq tarixlə

16:10 121
.

TASS: Uitkoffla Kuşner 5-6 sentyabrda Moskva və Kiyevə səfər edəcəklər

Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfə

04.09.2026 222
.

Bu ərzağı istifadə edənlər diqqətli olsun

Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay

04.09.2026 265
.

Qatlanan "iPhone" bu tarixdə çıxır: görüntüləri sızdırıldı

"Apple"ın ilk qatlana bilən "iPhone" modelinin təqdimatının sentyabrın 9-da keçirilməsi gözlənilir. Lakin cihazın ehtimal olunan prototipi rəsmi təqdimatdan bir həftə əvvəl videoda nümayiş etdirilib. xəbər verir ki, məşhur amerikalı texnobloqer Lyuis Hilsenteqer "Apple"ı

04.09.2026 261
.

Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO

Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər. Bu barədə Baku TV süjet hazırlayıb. Süjetdə bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi belə halların ilk olmadığını, maarifləndirmə və cərimələrin nəticə vermədiyini qeyd edir

16:07 166
.