Merilin Monronun öldüyü gecənin səs yazıları - Kennedinin sirri üzə çıxır

Merilin Monronun öldüyü gecənin səs yazıları - Kennedinin sirri üzə çıxırHollivud əfsanəsi Merilin Monro 62 il əvvəl faciəvi şəkildə dünyasını dəyişib. Onun haqqında nəşr edilən yeni kitabda aktrisanın öldüyü gecə lentə alınan və yeni üzə çıxan səs yazıları barədə qeydlər var.

Lent.az xarici mediaya istinadən maraqlı təfərrüatları təqdim edir.

Əsl adı Norma Jean Mortenson olan dünya şöhrətli aktrisa Merilin Monro 1962-ci ildə barbiturat maddəsinin həddindən artıq dozada qəbul etməsi səbəbindən vəfat edib. Monronun ölümünü Los-Angeles polisi rəsmi olaraq "intihar" hesab etsə də, o vaxtdan bəri məşhur aktrisanın vaxtsız ölümü ilə bağlı çoxlu fərziyyələr səslənir. Bəziləri hətta deyirdilər ki, Monronun ölümündə bu hadisədən bir il sonra sui-qəsd nəticəsində öldürülən ABŞ prezidenti Con Kennedi və onun qardaşı, baş prokuror Robert Kennedi ilə ehtimal olunan sevgi əlaqələri rol oynamış ola bilər.

Ümumiyyətlə, Monronun Kennedi qardaşlarının hər ikisi ilə sevgili olduğu barədə də fərziyyələr dolaşır.

Monronun Con Kennedi ilə münasibəti olması barədə şayiələr 1962-ci il mayın 19-da "Madison Square Garden"də keçirilən 45 illik yubiley mərasimində prezident üçün "Happy Birthday" mahnısını oxumasından sonra ortaya çıxıb. Daha sonra jurnalda Monronun Kennedinin qardaşı Robert ilə münasibətdə olması barədə şayiələr yayılmağa başlayıb.

Merilin Monronun 36 yaşında dünyasını dəyişməsindən uzun illər keçməsinə baxmayaraq, onun ölüm sirri hələ də insanları maraqlandırır. Merilin Monronun faciəvi ölümündə Con Kennedi və onun qardaşı Robert hansı rolu oynayıblar?

Polis məmuru vəzifəsindən istefaya getdikdən sonra özəl dedektivliklə məşğul olan Fred Otaş Monronun ölümündən bir neçə saat əvvəl ABŞ-ın o zamankı baş prokuroru Robert Kennedi ilə şiddətli mübahisə etdiyi və Kennedinin onu susdurmaq üçün aktrisaya narkotik maddə verdiyinə dair sübutların olduğunu deyib.

Otaşın qeydlərinə görə, Robert Merilinin yaxın dostu Piter Loufordun ona zəng edərək "Merilinin psixi sağlamlığından narahatam, gəlməlisən" deməsindən sonra San-Fransiskodan Los-Ancelesə uçub. Şəxsi detektiv qeydlərinə aşağıdakı ifadələri daxil edib:

"Robert Merilinin evinə gələndə səhər saat 11 idi, onlar arasında intim yaxınlıq olub. Günorta Robert evdən çıxıb. Eyni günün axşamı Robert Monrronun yaxın dostu Peter Lavford ilə birlikdə Merilinin evinə qayıdıb. Merilin əsəbləşərək Robertə qışqırmağa başlayıb. Merilin Roberti hədələyərək, ona çoxlu vədlər verdiyini xatırladıb,

"Uşağımızı abort etmək məcburiyyətində qalanda sən harada idin, əclaf!", deyib. Robert və ya Peter Merilini yastıqla susdurana qədər qışqırıqlar davam edib. Ola bilsin ki, o vaxt iki kişidən biri Merilinə sakitləşdirici dərman da verib. Saat 17.30-da Robert Kennedi evdən gedib.

Sonra Peter Merilindən onunla nahara getmək istəyib-istəmədiyini soruşub. Merilin deyib: "Özümü yaxşı hiss etmirəm. Mən bunu edəcək vəziyyətdə deyiləm,yatmaq istəyirəm, pis bir neçə gün oldu".

Həmin gecə Merilin Robertin qardaşı Con Kennedi ilə bir neçə dəfə əlaqə saxlamağa çalışıb. Gecə o dostu peterə zəng edərək, "özünü qoru, sən yaxşı adamsan" deyib və telefonun dəstəyi əlindən düşüb. Monro ölüb.

Merilin Monronun 1954-cü ildə evləndiyi və 1955-ci ildə boşandığı ikinci əri, aktyor Jo Di Maggio "Kennedilərin hamısı qadın qatilləri idi və onlar etdiklərinin cəzasını çəkmədilər" demişdi. Con Kennedi Maggionun Monronun dəfn mərasiminə gəlməyini qadağan eləmişdi", - keçmiş dedektiv kitabda xatirələrini bölüşüb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 969   Tarix: 22 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

08.11.2026 313
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

08.11.2026 321
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 779
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 714
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 739
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 357
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 402
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10.11.2026 265
.

Estetik əməliyyata 100 min dollar xərclədi - FOTOLAR

Sosial media fenomeni Eylül Öztürk estetik əməliyyat etdirmək üçün Amerikadan Türkiyəyə gəlib. 6 saatlıq əməliyyat üçün 100 min dollar ödəyib. Bunu Türkiyə mediasına istinadən bildirib. Öztürk əməliyyatdan sonra çəkilmiş fotolarını yayımlayıb. Fotolarda fenomenin alnındakı sarğılar və üzündəki əməliyya

12:08 334
.