Sürücülərin maşınla bağlı bir-birlərinə verdiyi 10 zərərli TÖVSİYƏ

Sürücülərin maşınla bağlı bir-birlərinə verdiyi 10 zərərli TÖVSİYƏBir çox avtomobil həvəskarları öz maşınlarını yaxşılaşdırmaq üçün bir-biriləri ilə məsləhətləşirlər. Lakin bunlardan bir çoxu zərərli ola, hətta bahalı təmirlə nəticələnə bilər.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın "Za rulem" avtomobil jurnalının ekspertləri ən geniş yayılmış mifləri sadalayıblar.

Mütəxəssislər ən təhlükəli miflərdən biri kimi həddindən artıq qatı motor yağının istifadəsini qeyd ediblər.

"Belə bir seçim mühərrikə ciddi zərər verə və onun vaxtından əvvəl aşınmasına səbəb ola bilər", - mütəxəssislər xəbərdarlıq edirlər.

Onlar həmçinin mühərriki çox tez-tez, xüsusilə də ciddi ehtiyac olmadan yumağı tövsiyə etmirlər.

Digər zərərli vərdiş kimi gölməçələrdə sürətlə keçmək qeyd olunur. Su damcıları elektronikaya düşə və qısa qapanmaya səbəb ola bilər.

Standart lampalarının "təkmilləşdirilmiş" lampalara dəyişdirilməsi də avtobili daha yaxşı etmir.

"Ciddi səbəblər olmadan LPG-yə keçid, yağ və yanacağa dəbdə olan əlavələrin istifadəsi, xüsusən şaxtada "avtomatik işəsalma" sistemindən sui-istifadə, mühərrikin çip-tüninqi və həddindən artıq tonlama - bütün bu "təkmilləşdirmələr" avtomobil üçün ciddi problemlərə səbəb ola bilər", - deyə onlar bildiriblər.

Sonda ekspertlər adi maşınlara sıfır müqavimətli filtrlər qoymamağı qətiyyətlə məsləhət görüblər.

"Adi maşınlara onlar qətiyyən lazım deyil. Belə filtrlər mühərriklərin uzunömürlülüyünün prioritet olmadığı yarış idman avtomobilləri üçün nəzərdə tutulub. Gündəlik sürüş üçün onlar tamamilə lazımsızdır", - deyə mütəxəssislər sözlərini yekunlaşdırıblar.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1098   Tarix: 16 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dondurulmuş su butulkası otağı sərinləşdirə bilərmi?

Yayın istisində bir çox insan evi kondisionersiz sərin saxlamağın sadə yollarını axtarır. Son vaxtlar geniş yayılan üsullardan biri isə dondurulmuş su butulkasından istifadə etməkdir. Bəs bu üsul doğrudanmı otağın temperaturunu aşağı salır?. xəbər verir ki, bu metod üçün sadəcə plastik (PET) butulka

02.08.2026 225
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

02.08.2026 256
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

09.08.2026 438
.

Smartfonu uzun müddət qoruyub saxlamağın düzgün yolları AÇIQLANDI

Smartfonu uzun müddət istifadə etmədən saxlayarkən müəyyən qaydalara əməl etmək lazımdır. bildirir ki, bu barədə "BGR" portalı yazıb. Portalın mütəxəssisləri müəyyən səbəblərdən smartfonlarını uzun müddət istifadə etmədən saxlamalı olan şəxslər üçün tövsiyələr siyahısı hazırlayıblar. İlk növbədə

09.08.2026 230
.

"WhatsApp Web" istifadəçilərinə şad xəbər: Bu yenilik sizin üçündür

"WhatsApp Web" istifadəçiləri artıq brauzer üzərindən birbaşa səsli və görüntülü zəng edə biləcəklər. xəbər verir ki, bunun üçün ayrıca masaüstü tətbiqini yükləməyə ehtiyac qalmayacaq. Yeni funksiya həm fərdi, həm də qrup zənglərini dəstəkləyir. Zənglər başdan-başa şifrələnəcək və ekran paylaşımı

02.08.2026 241
.

Pendiri daha uzun saxlamaq üçün sadə üsul

Açıldıqdan sonra tez quruyan pendiri daha uzun müddət təzə saxlamaq üçün sadə bir üsul təklif olunur. Pendiri duzlu suda saxlamaq onun yumşaqlığını və dadını qorumağa kömək edir. Bunun üçün pendiri təmiz qaba yerləşdirib üzərini tam örtəcək qədər soyuq su əlavə etmək və az miqdarda duz qatmaq kifayətdir

02.08.2026 475
.

Xarab olmuş kərə yağını anlamanın sadə yolları

Mətbəxlərdə yeməklərə ləzzət qatmaq və səhər yeməklərini zənginləşdirmək üçün tez-tez istifadə etdiyimiz kərə yağı yağ strukturunun oksidləşməsi və ətrafdakı qoxuları udması səbəbindən zamanla təravətini itirə bilər. Kərə yağında yaranan acılaşma və ya soyuducudakı üstü açıq qidalardan sinən kəskin qoxula

08.08.2026 229
.

Yaponların qəribə vərdişi: niyə üzü divara tərəf?

Yaponiyada tualet mədəniyyəti sadəcə gündəlik vərdiş deyil, həm də gigiyena və funksionallığa verilən önəmin göstəricisidir. Ölkədə yüksək texnologiyalı ağıllı tualetlərlə yanaşı, "washiki" adlanan ənənəvi yer tipli tualetlər də bu günə qədər geniş istifadə olunur. Bu tualetlərdən istifad

02.08.2026 330
.

Ağcaqanadlardan qorunmağın ən sadə yolu açıqlandı

Ev şəraitində ağcaqanadlardan qorunmaq üçün qablarda və digər yerlərdə yığılan durğun suları vaxtında boşaltmaq lazımdır. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, ağcaqanadlar əsasən durğun sularda çoxaldığı üçün evdə və həyətlərd

02.08.2026 508
.

TOP MP3