Gözəllik naminə kor olmaq: Evdə saç boyama qadına baha başa gəldi
Fransada 61 yaşlı bir qadının evdə saçlarını özü boyama qərarı onun üçün baha başa gəlib. Qadın gözlərini itirmə təhlükəsi ilə üzləşib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə gazeta.ru xəbər verib.
Bildirilir ki, prosedurdan bir neçə gün sonra qadının görmə qabiliyyətində problemlər yaranıb. O, demək olar ki, kor olduğunu gördükdə xəstəxanaya müraciət edib. Aparılan təhlillər zamanı korluğun səbəbinin məhz saç boyası olduğu müəyyənləşib. Boyanın tərkibindəki parafenilendiamin retinopatiyanın (gözün işığa həssas toxumasını qidalandıran qan damarlarının zədələnməsi) inkişafına səbəb olub. Qadın bir az da gec müraciət etsəydi, bu, korluğu geridönülməz edə bilərdi.
Alimlərin sözlərinə görə, parafenilendiamin tez-tez saç boyalarında (xüsusən də tünd rənglərdə) istifadə olunur. Ehtimal ki, kimyəvi maddə baş dərisindəki mikro zədələr vasitəsilə qan dövranına daxil olub və göz hüceyrələrinin sağlamlığını qoruyan kimyəvi reaksiyalara müdaxilə edib.
Həkimlər bunu boya komponentinə nadir allergiya təzahürü ilə izah edirlər. Adətən belə yan təsirlər təlimatlara riayət edilmədikdə və həddindən artıq miqdarda tərkib tətbiq edildikdə baş verir.
Xoşbəxtlikdən, zərərçəkənin görmə qabiliyyəti dörd ay ərzində tam bərpa olunub.
Tədqiqatın nəticələri "JAMA Ophthalmology" jurnalında dərc edilib. Alimlər sağlamlıq risklərindən qaçmaq üçün parafenilendiamin tərkibli boyalardan ehtiyatla istifadə etməyə və istehsalçının göstərişlərinə ciddi şəkildə əməl etməyə çağırırlar.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 4876 Tarix: 14 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
08.11.2026 313 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
08.11.2026 321 Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri
01.11.2026 779 Turlar.az - Turizm elanları saytı
saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə
03.11.2026 714 Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər
Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric
01.11.2026 739 Meqan Marklın atası həbs edildi
Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd
07.11.2026 357 Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar
07.11.2026 402 "Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10.11.2026 265 Estetik əməliyyata 100 min dollar xərclədi - FOTOLAR
Sosial media fenomeni Eylül Öztürk estetik əməliyyat etdirmək üçün Amerikadan Türkiyəyə gəlib. 6 saatlıq əməliyyat üçün 100 min dollar ödəyib. Bunu Türkiyə mediasına istinadən bildirib. Öztürk əməliyyatdan sonra çəkilmiş fotolarını yayımlayıb. Fotolarda fenomenin alnındakı sarğılar və üzündəki əməliyya
12:08 334