Sevgilisinin evindən 201 minlik oğurluq edən və əmlakını yandıran qadın azadlığa buraxıldı
İsmayıllıda külli miqdarda oğurluqda və əmlakı qəsdən məhvetmə və ya zədələmədə təqsirləndirilən Sona Abdullayevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilib, Sona Abdullayevaya şərti cəza verilib. Qadın dərhal Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsindən həbsdən azad olunub.
İttihama görə, Sona Abdullayeva özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq edib və özgənin xeyli miqdarda əmlakını yandırmaqla qəsdən məhv edib.
Belə ki, təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı zərərçəkmiş S.Qasımovun ona laqeyd münasibət bəslədiyinə görə, həmin şəxsdən qisas almaq üçün pul və qızıl-zinət əşyalarını gizli talamaqla, daha sonra isə həmin cinayətin izini gizlətmək məqsədilə daşınmaz əmlakını içindəki əşyalarla birlikdə məhv etməklə qəsdən cinayət törətmək qərarına gəlib. O, 21 aprel 2022-ci il tarixdə, saat 10 radələrində zərərçəkmiş şəxsə məxsus İsmayıllı şəhəri, V.Osmanov küçəsində yerləşən mənzilin yataq otağından ümumilikdə 209 325 manat dəyərində oğurluq edib. Bundan dərhal sonra Sona Abdullayeva törətdiyi oğurluq cinayətinin izini gizlətmək üçün mənzilin otağını yandıraraq, S.Qasımova ümumilikdə 8 588 manat ziyan vurub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi isə təmin etməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 817 Tarix: 15 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident onları təltif etdi - Siyahı
Azərbaycan energetikləri təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:. 2-ci dərəcəli "Əmək" ordeni ilə. Quliye
19.10.2026 389 Baş nazirin müavinlərinin sayı 4 oldu
Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba
19.10.2026 439 İlk tək səyahət üçün ən ideal 5 istiqamət
Solo səyahətlər dünya turizmində güclü tendensiyaya çevrilib. Xaricə tək səyahət edən turist istirahət formatını ailə üzvlərinin və ya dostlarının deyil, məhz öz maraqlarına uyğun seçə bilər. Lakin psixoloji baxımdan belə bir addım atmaq bəzən olduqca çətin olur. Qaynarinfo xəbər verir ki, dünyanın 100-də
19.10.2026 337 İtinizə bu 7 sözü deməyin
İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay
19.10.2026 331 Bu meyvə təzyiqin azalmasına kömək edir
Bəzi meyvələr tərkibindəki vitamin və antioksidantlarla sağlam qidalanmanın vacib hissəsi hesab olunur. Yeni araşdırmada isə az tanınan feixoa meyvəsinin qan təzyiqinə mümkün təsiri diqqət çəkib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yeni Zelandiyanın Oklend Universitetinin alimləri feixo
19.10.2026 306 İlyas Yalçıntaş 10 il həbs oluna bilər
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya təmin edilməsi ittihamı ilə bağlı ittiham aktı hazırlanıb. Sənətçi təqsirli bilinərsə, 10 ildən artıq müddətə azadlıqdan məhrum edilə bilər. Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq zamanı müğənninin evində aparıla
19.10.2026 356 Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19.10.2026 334 Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək
Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad
19.10.2026 317 Azərbaycanda yumurta bahalaşdı
Azərbaycanda kənd yumurtasının qiyməti ötən illə müqayisədə artıb. Satıcıların sözlərinə görə, hazırda kənd yumurtası 35-40 qəpiyə satılır. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Ucar və Tovuz sakinləri qiymət artımını daşınma xərcləri, vasitəçilərin qazancı və payız mövsümündə toyuqları
19.10.2026 345