Müdafiə Nazirliyinin bölmə müdiri HƏBS OLUNDU
Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin müdiri Rəhim Laçınov həbs olunub.
Bizim.media-nın əldə etdiyi məlumata görə, Rəhim Laçınov Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
İstintaqın gedişi zamanı məlum olub ki, Müdafiə Nazirliyinin sifarişi ilə şirkətlər tərəfindən bəzi tikinti işləri zamanı külli miqdarda vəsait mənimsənilib və israf olunub.
Digər etibarlı mənbələrdən əldə olunan məlumata görə isə, cinayət işinə iyulun 29-da Bakı Hərbi Məhkəməsində baxılıb və R.Laçınov barəsində həbs qərarı verilib.
Bundan əlavə, istintaqın gedişində Rəhim Laçınovun sözügedən əməlləri Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin qərargah rəisi, polkovnik Elmar Heybətqulu oğlu Məmmədovla birgə həyata keçirdiyi məlum olub. Hazırda bu istiqamətdə istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar. Onlar 143 milyon manatlıq mənimsəmədə ittiham olunurlar. Məhkəmənin gedişində Rəhim Laçınov da şahid qismində dindirilmişdi.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 785 Tarix: 30 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu
Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları
19.10.2026 357 Hər gün bir ovuc çərəz yemək orqanizmdə nəyi dəyişə bilər?
Qoz, badam, fındıq və püstə gündəlik qidalanmada sadəcə qəlyanaltı deyil, həm də orqanizm üçün faydalı yağlar, zülal, lif, vitamin və minerallar mənbəyidir. Araşdırmalar göstərir ki, çərəzlərin müntəzəm istehlakı ürək-damar sağlamlığına müsbət təsir göstərə və bəzi xəstəliklərin yaranma riski ilə əlaqəl
15:17 183 İlk tək səyahət üçün ən ideal 5 istiqamət
Solo səyahətlər dünya turizmində güclü tendensiyaya çevrilib. Xaricə tək səyahət edən turist istirahət formatını ailə üzvlərinin və ya dostlarının deyil, məhz öz maraqlarına uyğun seçə bilər. Lakin psixoloji baxımdan belə bir addım atmaq bəzən olduqca çətin olur. Qaynarinfo xəbər verir ki, dünyanın 100-də
19.10.2026 425 Dağ-mədən və metallurgiya sektorunda süni intellektin tətbiqi genişlənə bilər
Azərbaycanın dağ-mədən və metallurgiya sektorunun inkişafı üçün hazırlanmış yeni dövlət proqramı sənayenin gələcəyini rəqəmsal transformasiya və süni intellekt (Sİ) texnologiyalarının tətbiqi ilə əlaqələndirməyi hədəfləyir. İstehsal proseslərinin daha səmərəli, təhlükəsiz və ekoloji baxımdan dayanıql
12:07 198 Elçin Əfəndidən "İmtahan sualları çətin idi" deyənlərə SƏRT REAKSİYA
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib. Məleykə Abbaszadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib. DİM sədri qeyd edib ki, imtahanların çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün il
14:06 204 Fransanın Cənubi Qafqaz siyasəti və Azərbaycanla münasibətlərdə ikili yanaşma
Fransa ilə Azərbaycan arasında münasibətlər uzun müddətdir diplomatik gərginlik mərhələsindədir. Qarabağ münaqişəsi, Fransanın Ermənistanla siyasi və hərbi əməkdaşlığını genişləndirməsi, Parisin Azərbaycanın regional siyasətinə münasibəti və qarşılıqlı ittihamlar bu gərginliyin əsas istiqamətlərini təşki
12:09 139 "Kupça"sız evə bu yolla sənəd almaq olar
Müxtəlif mənbələrdəki məlumatlara görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur. Belə yaşayış sahələrinin bir hissəsi müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlərdir. Digər hissəsi is
11:01 239 Litvanın PUA iddiası Polşanın etirazına səbəb olub
Polşa Ukrayna istehsalı olduğu bildirilən pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentə görə Litvanın irəli sürdüyü ittihamları əsassız hesab edir. xəbər verir ki, bu barədə Polsat News telekanalı məlumat yayıb. Litva tərəfinin məlumatına görə, oktyabrın 18-də ölkənin şimalında hava məkanını pozara
10:48 201 Sabah 28 dərəcə isti olacaq
Oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq
15:09 162