Açılış mərasimi, yoxsa gey-parad? - Görüntülər ürək bulandırdı

Açılış mərasimi, yoxsa gey-parad? - Görüntülər ürək bulandırdıYay Olimpiya Oyunlarının açılış mərasimini canlı yayımlayan Fransanın "Fr2" telekanalının efirində aparıcı Ermənistan idmançıları Sena çayından keçərkən "erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə əlamətdar bir il oldu" kimi ifadə işlədib. Azərbaycan komandası keçəndə isə aparıcı Azərbaycanı "ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası" kimi təqdim edib.

Əslində bu yanaşmada təəccüblü heç nə yoxdur. ATƏT-in gorbagor olmuş Minsk qrupunda 30 il ərzində heç nəyə yaramayan, işğalçı Ermənistanın maraqlarını qoruyan bir ölkənin vətəndaşı, televiziya aparıcısı başqa nə deməli idi ki? Adamlar hələ də Azərbaycanın torpaqlarını işğaldan azad etməsini, ərazi bütövlüyünü təmin etməsini həzm edə bilmirlər. Bu üzdən də imkan düşdükcə müxtəlif platformalarda məkrli planlarını işə salır, çirkin əməllərindən əl çəkmirlər. Bu dəfə olimpiadanı özlərinə çirkab qusmaq üçün meydan seçdilər. Halbuki idman yarışlarında bu cür sərsəm açıqlamalara yer yoxdur.

Ümumiyyətlə, siyasəti idmana bulaşdırmaq cəhdləri qətiyyən qəbul edilmir. Çünki idman dağıdıcı deyil, tarixən birləşdirici qüvvə rolunu oynayıb, müxtəlif xalqların dostluq rəmzi kimi ön plana çıxıb. Bu baxımdan 4 illiyin ən böyük idman tədbiri sayılan Yay Olimpiya Oyunları da istisna təşkil etmir. Olimpiadalar keçirilən zaman hətta döyüş əməliyyatlarının dayandırılması, atəşkəs rejiminin tətbiqi ilə bağlı çağırışlar müsbət qarşılanıb. Görünən budur ki, dünyaya demokratiya dərsi keçməyə cəhd edən Fransa, indiki halda Makron hökuməti bu cür dəyərlərdən çox-çox uzaqdır. Təşkilatçılıq hüququndan sui-istifadə edərək Azərbaycana qarşı məkrli siyasətinə Yay Olimpiya Oyunlarını belə alətə çevirmək artıq son həddir.

Azərbaycanın idman jurnalistlərinin ikinci qrupunu gətirən təyyarə iyulun 26-sı səhər tezdən Parisə çatdı. Şarl De Qoll adına hava limanında diqqətimizi ilk növbədə uzun növbələr və avtomatla silahlanmış polislər çəkdilər. Elə Parisin küçələrində də eyni mənzərənin şahidi olduq. Hava limanında, daha sonra isə yarışların keçirildiyi məkanlarda rastlaşdığımız könüllülər də bir başqa söhbətin mövzusudur. Onların, demək olar ki, böyük əksəriyyəti ingilis dilində bilmirlər. Bu səbəbdən fikrini anlada bilmirsən, lazımi suallara cavab tapmaq cəhdlərin boşa çıxır. Maraqlıdır ki, könüllülərin hamısı Fransanın müstəmləkələrindən köç edən və bu işi cüzi pul qarşılığında görən qaradərili insanlardır. Parisin küçələrini bəzəyən "bomjlar" da başqa aləmdirlər.

Olimpiadanın Sena çayı ətrafında baş tutan açılış mərasimi də izləyənləri xəyal qırıqlığına uğratdı. Yerli təşkilat komitəsinin günahı ucbatından Azərbaycandan gələn idman jurnalistlərinin bir qismi bu prosesdən kənarda qaldılar. Televiziya vasitəsilə izlədiyimiz görüntülər isə ürək bulandırdı. Olimpiadanın açılış mərasimi ilk dəfə idi ki, konkret olaraq gey-paradı xatırladırdı. Bu azmış kimi, Parisin açılış planı sözün həqiqi mənasında suya qərq oldu. Yağışın yağması təşkilatçıları və ayrı-ayrı ölkələrin nümayəndə heyətlərini çətin vəziyyətdə qoydu. İdmançılar çıxış yolunu çətirdə və üzərlərinə "kulyonka" geyinməkdə görmüşdülər ki, bu da görüntü olaraq bərbad idi. Yarış məkanlarının şəhərdən uzaq olması da başqa problemdir. Təsəvvür edin ki, bu gün Azərbaycan avarçəkəni Diana Dımçenkonun yarışını izləmək üçün nə az, nə çox - düz 1 saat 50 dəqiqə yola vaxt sərf etdik...

İnanmaq istərdik bütün bu xoşagəlməzlikləri Azərbaycan idmançıları parlaq çıxışları ilə unutdurmağı bacaracaqlar. Çünki onların yeganə hədəfi Parisi fəth etmək, üçrəngli bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməkdir!

"Report" İnformasiya Agentliyi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1356   Tarix: 28 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

1500 illik məzardan qızıl ayaqqabılar çıxdı: Alimləri təəccübləndirən tapıntı

Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığındakı qədim məzarlıqda təxminən 1500 il əvvələ aid gənc qadının məzarı aşkarlanıb. Məzarda qızıl örtüklü ayaqqabılar, qızıl bəzəkli baş geyimi və kəmər də tapılıb. Alimlər ayaqqabıların gündəlik istifadə üçün deyil, dəfn mərasimi üçün hazırlandığını ehtima

19.10.2026 454
.

Zelenskinin seçkilərlə bağlı planı barədə iddia səsləndirilib

Kiprin jurnalisti Aleks Xristoforu Ukrayna lideri Vladimir Zelenskinin Avropa İttifaqının (Aİ) dəstəyini almaq məqsədilə ölkədə seçkilərin təxirə salınmasında maraqlı olduğunu iddia edib. xəbər verir ki, Xristoforu bu fikirləri özünün "YouTube" kanalında səsləndirib. "Məndə belə təəssüra

11:09 206
.

Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi

Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. BİG.AZ -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:14 434
.

Litvanın PUA iddiası Polşanın etirazına səbəb olub

Polşa Ukrayna istehsalı olduğu bildirilən pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentə görə Litvanın irəli sürdüyü ittihamları əsassız hesab edir. xəbər verir ki, bu barədə Polsat News telekanalı məlumat yayıb. Litva tərəfinin məlumatına görə, oktyabrın 18-də ölkənin şimalında hava məkanını pozara

10:48 201
.

Elçin Əfəndidən "İmtahan sualları çətin idi" deyənlərə SƏRT REAKSİYA

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib. Məleykə Abbaszadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib. DİM sədri qeyd edib ki, imtahanların çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün il

14:06 204
.

Çörçillin az bilinən istedadı: Siyasətdən uzaqlaşanda rəsm çəkirdi

Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill təkcə siyasi fəaliyyəti və İkinci Dünya müharibəsindəki rolu ilə deyil, rəssamlığa olan marağı ilə də tanınıb. O, həyatının təxminən 40 ilini rəsm çəkməyə həsr edib və 500-dən çox əsər yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Çörçil

12:05 207
.

Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi

Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy

19.10.2026 411
.

Qarabağ Milli Parkı yaradılır - Sərəncam

Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcə

16:22 133
.

Azərbaycan-Türkiyə münasibətlərinə kimlər zərbə vurmağa çalışır? - Politoloqdan İDDİA

"Azərbaycan-Türkiyə münasibətləri nə Türkiyədəki islamçı və ya hökumətə yaxın trolların, Azərbaycandakı uzantılarının poza biləcəyi münasibətlərdir. Bəli, hazırda bir böhran var. Lakin bunu Azərbaycan-Türkiyə münasibətlərinin pozulması kimi qiymətləndirmək düzgün yanaşma deyil". Bu sözlər

13:15 189
.