Həyata dair 7 gözəl aforizm və qayda

Həyata dair 7 gözəl aforizm və qaydaHəyat bəzən boş, xaos kimi görünə bilər. Çətin anlarda bizə müdriklərin kəlamları dəstək ola bilər. Nə də olsa, onlar bu yolu artıq keçib gediblər.

Lent.az həyatı asanlaşdırmaq üçün 7 aforizm və qaydanı tqdim edir.

1. Ən dəyərli xəzinədən- zamandan özünə də pay al. Bir saatlıq da olsa hər gün dərin işə vaxt ayırın.
Dərin öyrənmə vərdişinə sahib olmaq ən vacib bacarıqlardan biridir. Telefonlar, e-poçtlar və bir çox başqa şeylər hər kəsin diqqətini yayındırarkən hər şeydən uzaqlaşa biləcəyiniz, diqqətinizi yalnız ona yönəltdiyiniz bir iş tapın. Zehni və fiziki çalışamq insanı həm gümrah edir, həm də qocalmasını ləngidir.

2. Sən doğru və yalnışlarınla, sən olduğun üçün özəlsən, qiymətlisən. Xüsusi bir şeyi öldürməyin ən sürətli yolu onu başqa bir şeylə müqayisə etməkdir.

Həyatda nəyisə başqa bir şeylə müqayisə etdikdə, ondan aldığımız sevincdən tamamilə məhrum oluruq. Gözəl bir tətil keçirərkən və hekayədəki adamın möhtəşəm yaxtada səyahət etdiyini görüb "Bax, onlar yaxtada səyahət edirlər, bizə bax" deyəndə, sahib olduğunuz gözəl şeyi itirirsiniz. Bu hər şeyə aiddir. Müqayisə, təzad qoyma vərdişindən əl çəkməyin və olanı olduğu kimi yaşaya bilmənin böyük gücü var.

3. Problemi həll etmək üçün öncə 1 saat yat. Yuxudan duranda o gözünə daha kiçik görünəcək. Böyük və qorxulu problem həll oluna bilən kiçik problemlərdən ibarətdir.
Bizə qorxulu görünən problemlər Everest dağının zirvəsi kimi görünə bilər. Ancaq kiçik addımlarla ora dırmaşmaq mümkündür. Nə vaxt qorxunc problemlə qarşılaşsaq, o problemi kiçik hissələrə bölsək və diqqətimizi o kiçik hissələrin həllinə yönəltsək, qorxulu problemin həll olunmağa başladığını görərik. Beynimizdəki kiçik də çox böyükdür. Gəlin böyük problemləri atomlara parçalamağa çalışaq.

4. Sevdiyin işlə məşğul olsan ömrün boyu işləməmiş kimi hiss edəcəksən.

Prosesə aşiq olduğunuzda, nəticələr nə olursa olsun qalib gəlirsiniz.
Nəticə yönümlü deyil, proses yönümlü olmaq. Bu düşüncə dəyişikliyi böyük rahatlıq yaradır. Yolda olmaq, səyahət zamanı fasilələr vermək və yanlış yolla getdiyimizi anladığımız zaman marşrutumuzu düzəltmək kimi baxdığınız zaman hər şey bir macəra kimi görünür. Biz prosesə diqqət yetirdikdə əldə etdiyimiz tərəqqi və qət etdiyimiz məsafəni qeyd edə bilərik. Nəticə gözlədiyimiz uğur olmasa belə, yaxşı iş görmüşəm demək rahatlıq verir.

5. Bu gününü işini sabaha qoyma. Başlamaq üçün heç vaxt gec deyil, amma başlamaq üçün daha yaxşı vaxt yoxdur.

Süründürməçilik dövriyyəsini qırmaq, mükəmməllikçi olmağı dayandırmaq və ideyanı olduğu kimi həyata keçirmək üçün addımlar atmaq. Başlamaq qorxusunu aradan qaldırmaq lazımdır. Biz onu zehnimizdə mükəmməl dizayn etmədikcə, bir şey etmirik. İşə, münasibətə başlamaq üçün doğru anı gözləyirik, karyeramızda fürsətlər üçün ən müsbət anı gözləyirik. Ancaq gözlədiyimiz müddətdə o doğru anlar gəlmir. Hərəkət etmək və düzgün anları yaratmaq bizim əlimizdədir.

6. Təcrübə çox bahalı məhsuldur. Psixi sağlamlığınıza baha başa gələn hər şey çox bahadır.

Ən qiymətli şey sağlamlığımızdır. Fiziki sağlamlığımıza diqqət etdiyimiz kimi psixi sağlamlığımıza da diqqət yetirməliyik. Beynimizdə baş verənləri fərq etmək və simptomları ayırd etmək çox çətindir. Çünki bilmirik. Bir şey ağrıyanda nə edəcəyimizi bildiyimiz halda, düşüncələrə qapıldıqda nə edəcəyimizi bilmirik. Ağlımızı tanımağa sərmayə qoymaq, ağlımızı bilmək və çətinliklərin öhdəsindən gəlməyi öyrənmək üçün ən vacib həll yollarından biridir. Tükənmişlik sindromunu tutmaq, depressiyaya düşmək və bir çox digər psixi proseslər bizə daha baha başa gələ bilər. Beynimizə yaxşı qulluq etməyə başlamaq üçün nəyi gözləyirik? Tərəqqinin açarı uzunmüddətli hədəfləri qısamüddətli fəaliyyətlərə bölməkdədir.
Hədəfimiz nə qədər böyük olsa da, hədəflərimizin kiçik parçalanmasına da ehtiyacımız var. Əldə etmək istədiklərimizə nail olmaq üçün gündəlik, həftəlik və aylıq hədəflərimiz olmalıdır ki, böyük hədəfimizdə irəliləyə biləcəyimizi özümüzə konkret şəkildə göstərə bilək. Bu gün həyat məqsədiniz üçün nə etdiniz?

7. Motivasiya etibarsızdır. Sistemlər ardıcıllığın açarıdır.

Gəlin motivasiya mifinə inanmağı dayandıraq. Motivasiya gözləməklə baş vermir, hərəkət tələb edir. Motivasiya hiss etmədikdə, bir az səylə kiçik addımlar atdığımızda motivasiyanın gəldiyini anlayırıq. Ona görə də motivasiyaya yox, sistemə və prosesə etibar etməliyik. Bizə xeyir verəcək sistemlər qurmalıyıq. Hər şeyə "hə" dediyiniz zaman, həyatınıza nəzarət etməkdən vaz keçərsiniz. "Yox" deyə bilmək əsl super gücdür! Düşünürəm ki, ən böyük dərketmələrdən biri yox deməyə başlamağın özümüzə bəli demək olduğunu başa düşməkdir. Daha çox şeyə yox dedikcə, bəli dediyimiz şeylərin dəyərini artırırıq.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1952   Tarix: 12 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.