Hovuz seçərkən nələrə diqqət etməli? - ARAŞDIRMA

Hovuz seçərkən nələrə diqqət etməli? - ARAŞDIRMASon illər Azərbaycanda populyarlaşan idman növlərindən biri də üzgüçülükdür. Artıq sadə insanlar arasında da üzgüçülüyə maraq xeyli artıb. Həkimlər də üzgüçülüklə məşğul olmanın sağlamlıq üçün çox faydalı olduğunu deyirlər.

Maraqlıdır, görəsən, hazırda bu sahədə qiymətlər necədir, hansı problemlər var?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Qiymətlər yaşdan və məşqçinin iştirakından asılı olaraq dəyişir

Qeyd edək ki, bu gün paytaxtla yanaşı, respublikanın əksər bölgələrində üzgüçülük hovuzları mövcuddur. Rəsmi məlumata görə, hazırda ölkə ərazisində 60-dan çox üzgüçülük hovuzu fəaliyyət göstərir. Bunlardan beşi olimpiya standartlarına tam cavab verir. Üzgüçülük hovuzlarında qiymətlər müştərilərin yaşından və məşqçinin iştirakından asılı olaraq dəyişir. Apardığımız araşdırmaya əsasən deyə bilərik ki, qiymətlər əhalinin bütün təbəqəsi üçün əlçatan deyil. Belə ki, bir girişin qiyməti məkandan asılı olaraq 10-25 manat arasındadır. Müştəriyə istəyinə uyğun üç formada - limitsiz, səkkiz və ya 12 giriş olmaqla aylıq hovuz paketi təklif edilir. Paytaxtın mərkəzi ərazilərinə yaxın yerləşən məkanlarda böyüklər üçün limitsiz aylıq paketlərin qiyməti 150-250 manat civarındadır. Mərkəzi hissədən kənar ərazilərdə qiymətlər 105 manatdan başlayır. Dərslərin müddəti isə məşqçi ilə 45 dəqiqə, sərbəst şəkildə bir saat nəzərdə tutulub. 6-12 yaş arası uşaqlar üçün məşqçi ilə aylıq qiymətlər 85 manatdan başlayır.

Düzgün qamət, möhkəm əzələ

Həkim-fizioterapevt Könül Həsənovanın sözlərinə görə, üzgüçülük insan üçün fiziki yükləmənin ən yaxşı növüdür. Həkim bildirib ki, əks göstəriciləri olmadığına görə üzgüçülüklə hər kəs məşğul ola bilər:

"Üzərkən yürüş və qaçış zamanı olduğu kimi dayaq-hərəkət sisteminə yük düşür, lakin suda qravitasiya az təsir etdiyinə görə onun optimal paylaşması baş verir. Suda onurğa sütununa vertikal yükləmə düşmür. Suda hərəkət edərək müqaviməti qət etmək lazım olur. Bu prosesdə gündəlik həyatda işləməyən əzələlər fəaliyyət göstərir. Üzmə zamanı əlavə olaraq avtoxron əzələlər işləməyə başlayır. Məhz bu əzələlər bel sütununu şaquli vəziyyətdə saxlayır. Beldə və qamətdə problem olduğuna görə bu əzələlər çox vaxt pis inkişaf edir".

K.Həsənova deyib ki, hovuzda məşqlər zamanı hərəkət tənzimlənməsi yaxşılaşır, skelet möhkəmlənir, qamət düzəlir. Qan dövranı, ağciyərlərin fəaliyyəti yaxşılaşır, əzələ tonusu möhkəmlənir.

Həkim onu da vurğulayıb ki, su hovuzunda məşqə başlayan uşaqlar fiziki cəhətdən tez inkişaf edir, onların immun sistemi möhkəm olur. Eyni zamanda, onların maddələr mübadiləsi yaxşı işləyir, dayaq-hərəkət aparatı ilə problemləri olmur:

"Müalicəvi üzgüçülük bütün uşaqlar üçün xeyirlidir. Həkimin icazəsi ilə sağlamlığında problem olan uşaqlar üzgüçülüklə məşğul ola bilərlər. Bu idman növü nevroloji problemlərin aradan qaldırılmasına, dayaq-hərəkət sistemində nasazlıq olan uşaqların sağalmasına kömək edir".

Su idman növlərinə maraq hələ də qaneedici deyil

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə isə qeyd edib ki, bir zamanlar bu sahədə ən böyük problem hovuzların sayının azlığı idi:

"Amma bu gün demək olar ki, bütün bölgələrdə, böyük şəhərlərdə üzgüçülük hovuzları və seksiyaları fəaliyyət göstərir. Hazırda 49 Olimpiya İdman kompleksi fəaliyyətdədir. Onların əksəriyyətində üzgüçülüklə peşəkar məşğul olmaq üçün imkanlar yaradılır. Bakı Su İdman Sarayı və Gəncə İdman Sarayı bunun bariz nümunələrindəndir. Apreldə dövlət başçısının açılışını etdiyi Gəncə İdman Sarayında "World Aquatics"in bütün beynəlxalq tələblərinə cavab verən su hovuzu istifadəyə verildi. Federasiya tərəfindən sözügedən üzgüçülük seksiyalarında dərslər keçən məşqçilər üçün mütəmadi seminarlar təşkil olunub və bundan sonra da təşkil olunması nəzərdə tutulub ki, bu da onların kvalifikasiyalarının yüksəlməsinə xidmət edir".

Federasiya rəsmisinin sözlərinə görə, bu gün ən vacib məsələ əhalinin üzgüçülüyə olan marağının kütləvi şəkildə təmin olunmasıdır:

"Təbii ki, ötən beş il ilə müqayisə etsək hazırda bu istiqamətdə vəziyyət xeyli dəyişib. Artıq regionlarda vətəndaşlarımız su hovuzlarına gəlir və üzgüçülüyün sirlərinə yiyələnmək üçün peşəkar məşqçilərdən dərslər alır, sağlamlıqlarını bu idman növü ilə gücləndirirlər. Lakin hazırda ölkəmizdə üzgüçülük üçün yaradılan münbit şəraitin müqabilində su idman növlərinə maraq bizi qane edəcək qədər deyil. Məhz bu vəziyyəti yaxşıya doğru dəyişmək üçün federasiya olaraq Gənclər və İdman Nazirliyi ilə birgə bir sıra kütləvi xarakter daşıyan layihələr icra edirik.

Nə ac, nə də tox vəziyyətdə...

Mütəxəssis bildirib ki, qərb ölkələrinin bir çoxunun təhsil sistemində üzgüçülük məcburi xarakter daşıyır və ayrıca fənn kimi tədris olunur:

"İdmanın bu növü ilə məşğul olmaq sağlamlıqla yanaşı, azyaşlılarda möhkəm iradənin formalaşmasına, o cümlədən məsuliyyət hissinin inkişafına da kömək edir. Bundan əlavə, üzgüçülük əzələ sistemini inkişaf etdirir, piylənmənin, şəkər xəstəliyinin və skoliozun qarşısını alır. Erkən yaşlarda həmin idman növü ilə məşğul olmaq gələcəkdə yarana biləcək su fobiyasını aradan qaldırır. Alimlərin fikrincə, uşaq yeriməzdən əvvəl mütləq üzməlidir. Mütəxəssislər artıq iki aylığından etibarən körpəni suya alışdırmağı məsləhət görürlər. Nə ac, nə də tox vəziyyətdə suya girmək tövsiyə olunmur. Yeməkdən 2-3 saat sonra üzmək daha məsləhətdir. Hovuzda suyun temperaturu 27 dərəcə civarında olmalıdır. Həftədə 2-3 dəfə olmaqla 5-6 yaşlarındakı uşaqlara yarım saat, altı yaşdan yuxarı olanlara isə 45 dəqiqə və ya bir saat məşq etmək tövsiyə edilir".

T.Abdullazadənin sözlərinə görə, üzgüçülük məşqlərinə yazılmaq istəyənlər seçdikləri məkanla bağlı bir sıra məqamlara diqqət yetirməlidirlər. Ən əsas amil hovuzun, daxilindəki suyun və onun ətraf mühitinin sanitar-gigiyenik tələblərə cavab verməsidir. Əlavə olaraq məkanda və soyunub-geyinmə otaqlarında havanın temperaturu lazımi dərəcədə olmalıdır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1325   Tarix: 07 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.